POS terminallar və E-ticarət

Nağdsız ödənişlərin qəbulu üçün AccessBank-ın təmassız POS-terminal xidmətindən faydalanın

Elektron ticarət

Üstünlüklər

  • 24/7 texniki dəstək – pulsuz
  • İnternet bankçılıq – pulsuz
  • Xidmətə qoşulma – pulsuz
  • Aylıq/İllik xidmət haqqı – pulsuz
  • Visa və MasterCard beynəlxalq ödəniş kartlarının qəbulu
  • Web səhifənizdə kartların ödənişə qəbulu zamanı 3D Secure protokolunun tətbiqi
  • Bankın bütün digər korporativ xidmətlərindən istifadə

Tələb olunan sənədlər

Fərdi sahibkar üçün
  1. Ərizə-anket forması
  2. Resursun domeninin (elektron sayt) müştərinin istifadəsində olmasının təsdiqi:
  • Fərdi sahibkar üçün - fərdi kabinetin ekranının şəkli (screenshot) (Resurs.az zonasında olduğu halda)
  • Resursun hostinq xidmətini təqdim edən platformada qeydiyyatı haqqında sənəd

Resurs haqqında əlavə məlumat:

  • Alt-domen(lər) haqqında məlumat (əgər varsa) - məqsədi, qoşulmuş ETX (əgər varsa)
  • Resursda https prokolonunun mövcudluğunu təsdiq edən ekran şəkli (screenshot)
  • SSL sertifikasının müddəti haqqında məlumat
  • VÖEN
  • Sahibkarın şəxsiyyətini təsdiq edən sənəd
Hüquqi şəxslər üçün
  1. Ərizə-anket forması
  2. Resursun domeninin (elektron sayt) müştərinin istifadəsində olmasının təsdiqi:
  • Hüquqi şəxslər üçün - https://online.az/ saytından çıxarış (Resurs.az zonasında olduğu halda)
  • Resursun hostinq xidmətini təqdim edən platformada qeydiyyatı haqqında sənəd
  • VÖEN
  • Dövlət reyesterindən çıxarış
  • Nizamnamə
  • Hüquqi şəxsin direktoru, təsisçi(ləri), son benifisiar(lar)ın və rəsmi nümayəndəsi olduqda onların şəxsiyyətlərini təsdiq edən sənədlərin surətləri
  • Fəaliyyət sahəsi tələb etdikdə müvafiq lisenziya
  • Hesabdan çıxarış (müştərinin tarixçəsi varsa)

Mobil POS ilə Biznesinizi Daha da Asanlaşdırın!

Günümüzdə kiçik və orta sahibkarların qarşılaşdığı ən böyük problemlərdən biri ödənişlərin sürətli və təhlükəsiz şəkildə qəbul edilməsidir. Ənənəvi POS terminalları əlavə cihazlar, quraşdırma və bəzən depozit tələb etdiyi üçün xüsusilə kiçik bizneslər üçün əlverişli olmaya bilər. Amma indi AccessBank Mobil POS xidməti ilə bütün bu çətinlikləri geridə qoyaraq işiniz axarında olsun!

Mobil POS nədir?

Mobil POS — smartfonunuz vasitəsilə təhlükəsiz nağdsız ödənişlər qəbul etməyə imkan verən texnologiyadır. Artıq əlavə cihazlara ehtiyac yoxdur! Sadəcə NFC dəstəkləyən Android mobil telefonunuza mobil POS tətbiqi yükləyərək istənilən yerdə və zamanda ödənişləri qəbul edə bilərsiniz. Bu, kiçik sahibkarlar üçün POS Terminal olmadan ödəniş həllini asan və əlçatan edir.

Mobil POS-un üstünlükləri

  1. Depozitsiz və dövriyyəsiz qoşulma – Hər kəs üçün açıq və sərfəli!
  2. Google pay və Apple Pay dəstəyi - Smartfonla ödəniş qəbulu
  3. Visa və Mastercard dəstəyi – Kartla ödəniş qəbulu indi daha rahatdır.
  4. Təhlükəsiz ödəniş – Visa-nın təhlükəsizlik standartlarına tam uyğundur.
  5. Əldə cihazsız ödənişlər – Smartfonunuzu POS terminal kimi istifadə edin.
  6. Sürətli aktivasiya – Mobil tətbiqi yükləyin, kodunuzu daxil edin və ödəniş qəbuluna başlayın!

Kimlər üçün uyğundur?

AccessBank mobil POS terminalı, xüsusilə kiçik bizneslər (Butiklər və geyim mağazaları, Kuryer və çatdırılma xidmətləri, Köşklər və kiçik marketlər, Bərbərxana və gözəllik salonları və s.) ideal seçimdir. Mobil POS ilə POS terminal olmadan ödəniş qəbulu indi çox asandır!

Necə qoşulmaq olar?

Əvvəlcə Android və ya İOS cihazınıza mobil POS tətbiqini yükləyin. Sonra sadə addımları izləyərək təhlükəsiz ödənişləri qəbul etməyə başlayın. Artıq kartla ödəniş qəbulu, Google Pay, Apple Pay və digər təmassız texnologiyalarla biznesiniz daha da sürətlənəcək.