open video

AccessBank “Hər tərəfdən sərfəli!” kampaniyasına başlayır



 

Ölkədə nağdsız ödənişlərə daim dəstək verən “AccessBank” QSC plastik kartlarla bağlı yeni endirimli və uduşlu kampaniyaya başlayır.

 

27.11.2017 – 31.01.2018 tarixləri arasında keçiriləcək kampaniya çərçivəsində Mastercard Debit, Mastercard Standard, Mastercard Gold, Visa Classic və Visa Gold ödəniş kartları Bank tərəfindən 50% endirimlə təklif edilir.

 

Kartlar üzrə tariflərlə bu linkdən tanış ola bilərsiniz.

 

Bundan başqa, 31 yanvar 2018-ci il tarixinədək “AccessBank”QSC-nin emissiya etdiyi ödəniş kartlarının sahibləri nağdsiz ödəniş etməklə yeni iPhone X qazanmaq imkanı əldə edəcəklər.

 

Uduşlu kampaniyada iştirak etmək üçün, “AccessBank” tərəfindən dövriyyəyə buraxılmış Visa və Mastercard ödəniş kartları vasitəsilə (maaş kartları və biznes kartları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində və ölkədən kənarda yerləşən istənilən ticarət-xidmət müəssisəsində, həmçinin, İnternet üzərindən məhsullar və ya xidmətlər üzrə 20 AZN və ya ondan yuxarı məbləğdə əməliyyatlar aparmaq (kampaniyada iştirak etməyən əməliyyatlar istisna olmaqla) kifayətdir.

 

USD/EUR/GBP valyutalarında aparılan əməliyyatların AZN ekvivalenti əməliyyatın məbləğinin hesabdan silindiyi tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi valyuta məzənnəsi ilə hesablanacaq.

 

Kampaniyada iştirak etməyən əməliyyatlar:

• kommunal xidmətlərin internet və ya ödəniş terminalları vasitəsilə ödənilməsi;

• mobil/stasionar telefon balansının internet və ya ödəniş terminalları vasitəsilə artırılması;

• internetin və kabel TV-nin internet və ya ödəniş terminalları vasitəsilə ödənilməsi;

• sığorta xidmətlərinin internet və ya ödəniş terminalları vasitəsilə ödənilməsi;

• bank xidmətlərinin internet və ya ödəniş terminalları vasitəsilə ödənilməsi;

• bankomatlarda və NPM (nağd pul verilmə məntəqələri) və (və ya) digər kredit-maliyyə müəssisələrində nağd pul vəsaitlərinin çəkilməsi və ya daxil edilməsi əməliyyatları;

• pul vəsaitlərinin bank hesabından fiziki və/və ya hüquqi şəxslərin hesablarına köçürülməsi;

• vergi ödənişləri və digər dövlət xidmətlərinin ödənilməsi üzrə əməliyyatlar;

• ləğv edilmiş/qaytarılmış alış-veriş üzrə əməliyyatlar;

• Mərc oyunları və elektron cüzdan üzrə aparılan əməliyyatlar;

• Tirajlı stimullaşdırıcı lotereya biletlərinin alınması, kazino və totalizator üzrə hesablar, yol qəbzlərinin, obliqasiyaların və qiymətli metalların, həmçinin, İnternet üzərindən alınması;

• pul vəsaitinin bank hesabından karta köçürülməsi;

• pul vəsaitinin kartdan karta köçürülməsi.

 

Qaliblər kampaniya müddətində Bankın emissiya etdiyi ödəniş kartları vasitəsilə edilən əməliyyatların hesabatı nəticəsində seçiləcəkdir. Ən çox sayda əməliyyat edən 1 müştəri və ən böyük məbləğdə əməliyyat edən 1 müştəri yeni “IPhone X” smartfonu qazanacaq. Kampaniyada rezident və qeyri-rezident fiziki şəxslər iştirаk еdə bilər.

 

AccessBank-ın ödəniş kartlarını Bankın geniş filial şəbəkəsindən və ya bu linkdən keçərək onlayn sifariş etmək mümkündür.

 

Öz rəqabət qabiliyyətliliyi ilə seçilən AccessBankın beynəlxalq ödəniş kart çeşidləri vasitəsilə myAccess onlayn bankinq, SMS-məlumatlandırma, Cash-back xidməti, Card-to-Card, Cash by Code, 3D Secure və s. xidmətlərdən də istifadə etmək mümkündür.

İlin xəbər arxivi

KREDİT KALKULYATORU
KREDİT SİFARİŞİ
11.12.2017
NAĞD NAĞDSIZ
ALIŞ
$ USD 1,6920
€ EUR 1,9595
£ GBP -
₽ RUB -
SATIŞ
1,7010
2,0195
-
-

Mükafatlar

AccessBank-ın təltif olunduğu mukafatlarla burada tanış ola bilərsiniz.

Müraciət

Şikayət və ya təkliflərinizlə bizimlə bölüşmək üçün bu səhifəyə daxil olun

Xəbərlər arxivi

Bu səhifədə Siz, Bankın xəbərləri ilə tanış ola bilərsiniz.

KİV-Mərkəzi

Burada Siz yeniliklər, reklam xarakterli məlumatlar və digər materiallarla tanış ola bilərsiniz.

Vakansiyalar

Cari vakansiyalar barədə məlumat almaq üçün elanlarımızı izləyin.

AccessQazanc

Nağdsız ödəniş edərkən pul qazanmaq?!

Ən sərfəli təkliflər və xəbərlər barədə məlumatları birinci almaq istəyirsiniz?
АccessBank-ın yeniliklərinə abunə olun!

Ad və soyad daxil edin!
Düzgün e-mail ünvan daxil edin!
Düzgün e-mail ünvan daxil edin!
Siz uğurla abunə oldunuz!