open video

AccessBank AYİB-lə birgə maliyyələşdirmə xətti üzrə ilk kredit müqaviləsini imzaladı

Bakı, 18 aprel 2016-cı il. AccessBank Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə həyata keçirdiyi birgə maliyyələşdirmə layihəsi çərçivəsində uzun müddət əməkdaşlıq etdiyi Eurohome şirkəti ilə ilk kredit müqaviləsini imzalayıb. Bank Azərbaycanda yeni inşaat bazarlarının inkişaf etdirilməsi məqsədilə AYİB-lə birlikdə Eurohome şirkətini maliyyələşdirəcək.

“Biz yaxın tərəfdaşımız və təsisçimiz olan AYİB-lə birlikdə icra etdiyimiz birgə maliyyələşdirmə layihəsini alqışlayırıq. Bu layihə təşkilatlarımız arasında sıx əməkdaşlığı əks etdirir. Eurohome Azərbaycanın inşaat materialları bazarının güclü və təcrübəli iştirakçısıdır. Birgə maliyyələşdirmə xətti üzrə dəstəklənən layihə iqtisadi cəhətdən gərgin dövrdə uzaqgörən sərmayə qoyuluşunun bariz nümunəsidir” - AccessBank adından İdarə Heyətinin sədri Michael Hoffmann deyib.

«Biz AccessBank-la birlikdə Eurohome şirkətini dəstəkləməkdən məmnunuq. Özəl qeyri-neft sektoru üçün mürəkkəb olan hazırki dövrdə iqtisadiyyatı diversifikasiya etmək məqsədilə rəqabət qabiliyyətli, müstəqil şirkətlərlə əməkdaşlığı davam etdirmək çox əhəmiyyətlidir» - AYİB Azərbaycanın Bakı Ofisinin rəhbəri Neyl Makkeyn çıxışında qeyd edib. .

İlin xəbər arxivi

KREDİT KALKULYATORU
KREDİT SİFARİŞİ
ALIŞ
$ USD 1,7850
€ EUR 1,8769
£ GBP 2,0958
SATIŞ
1,8670
1,9812
2,2462

Mükafatlar

AccessBank-ın təltif olunduğu mukafatlarla burada tanış ola bilərsiniz.

Müraciət

Şikayət və ya təkliflərinizlə bizimlə bölüşmək üçün bu səhifəyə daxil olun

Xəbərlər arxivi

Bu səhifədə Siz, Bankın xəbərləri ilə tanış ola bilərsiniz.

KİV-Mərkəzi

Burada Siz yeniliklər, reklam xarakterli məlumatlar və digər materiallarla tanış ola bilərsiniz.

Vakansiyalar

Cari vakansiyalar barədə məlumat almaq üçün elanlarımızı izləyin.

AccessQazanc

Nağdsız ödəniş edərkən pul qazanmaq?!