open video

AccessBank Asiya İnkişaf Bankı ilə institusional inkişaf üzrə tərəfdaşlığa başlayır

Bakı, 05 fevral 2016-cı il. AccessBank Asiya İnkişaf Bankı (AİB) ilə 2018-ci ilin sonunadək çərçivə müqaviləsi imzalayıb. Sazişə əsasən AİB Bankın institusional inkişafı və potensialının daha da güclənməsi üçün dəstək verəcək. Bu əməkdaşlıq çərçivəsində AİB iki strateji sahədə - elektron bankçılığa əsaslanan pərakəndə xidmətlərin inkişafı, eləcə də şəhər və kəndlərdə fəaliyyət göstərən kiçik və orta biznes (KOB) müştəriləri üçün qeyri-maliyyə xidmətlərinin tətbiqi istiqamətində Banka texniki yardım göstərəcək.

"Biz AİB ilə uğurlu tərəfdaşlığımızı genişləndirməkdən məmnunuq və bu yeni razılaşmanı bizə və uzunmüddətli münasibətlərimizə göstərilən etimad kimi dəyərləndiririk. Mən əminəm ki, bu əməkdaşlıq sayəsində Bankımız ölkədə fəaliyyət göstərən bütün müştərilərimizin rahatlığı üçün xidmətlərini daha da təkmilləşdirəcək və məhsul çeşidlərini genişləndirəcək”, - deyə AccessBank-ın İdarə Heyətinin Sədri Michael Hoffmann bildirib.

“Sahibkarlara dəstək məqsədi ilə AİB-nın özəl sektorda keçirdiyi əməliyyatlar çərçivəsində AccessBank-la əməkdaşlıq etməkdən çox şadıq. Bu əməliyyatların köməyi ilə AİB xüsusən Azərbaycan regionlarında, sahibkarlara maliyyə xidmətlərinin göstərilməsinə və onların təşkilati imkanlarının genişləndirilməsinə şərait yaradır”, - deyə AİB-nın Dövlət İdarəçiliyi, Maliyyə Sektoru və Ticarət məsələləri üzrə Direktoru Rainer Hartel bildirib.

Manila şəhərində təsis olunan AİB dövlət və özəl sektorlarda əməliyyatlar həyata keçirməklə, hərtərəfli və dayanıqlı iqitsadi inkişafı stimullaşdıraraq Azərbaycanı dəstəkləyir.

İlin xəbər arxivi

KREDİT KALKULYATORU
KREDİT SİFARİŞİ
21.02.2017
NAĞD NAĞDSIZ
ALIŞ
$ USD 1,7300
€ EUR 1,7627
₽ RUB -
£ GBP -
SATIŞ
1,8300
1,9334
-
-

Mükafatlar

AccessBank-ın təltif olunduğu mukafatlarla burada tanış ola bilərsiniz.

Müraciət

Şikayət və ya təkliflərinizlə bizimlə bölüşmək üçün bu səhifəyə daxil olun

Xəbərlər arxivi

Bu səhifədə Siz, Bankın xəbərləri ilə tanış ola bilərsiniz.

KİV-Mərkəzi

Burada Siz yeniliklər, reklam xarakterli məlumatlar və digər materiallarla tanış ola bilərsiniz.

Vakansiyalar

Cari vakansiyalar barədə məlumat almaq üçün elanlarımızı izləyin.

AccessQazanc

Nağdsız ödəniş edərkən pul qazanmaq?!

Ən sərfəli təkliflər və xəbərlər barədə məlumatları birinci almaq istəyirsiniz?
АccessBank-ın yeniliklərinə abunə olun!

Ad və soyad daxil edin!
Düzgün e-mail ünvan daxil edin!
Düzgün e-mail ünvan daxil edin!
Siz uğurla abunə oldunuz!