open video

AccessBank IFC-dən 15 milyon ABŞ dolları cəlb edib.

Bu gün AccessBank, Beynəlxalq Maliyyə Korporasiyasından (IFC) 15 milyon ABŞ dolları məbləğində kredit cəlb etdiyini elan etdi. Bu uzunmüddətli kredit, Bank tərəfindən xarici investorlarından əvvəllər də cəlb olunan bütün kreditlər kimi, aşağı gəlirli və inkişafı maliyyə xidmətlərinə girişin olmaması ilə məhdudlaşan mikro- və kiçik sahibkarlıqların maliyyələşdirilməsinə yönəldiləcək. Kreditin bir hissəsi kənd təsərrüfatı sektorunun maliyyələşdirilməsinə istiqamətlənəcək.

AccessBank-n Baş meneceri Mixael Hoffmann kreditin alınmasını şərh edərkən qeyd etdi: ”Çox vaxt maliyyə dəstəyin olmaması kiçik və orta biznesin inkişafına mane olur. Xüsusilə bunu, ölkənin bölgələrinə və kiçik kənd təsərrüfatılarında müşahidə etmək olar. AccessBank bu çatışmazlığı aradan qaldırmaq üçün yaradılıb – kiçik və orta biznes-cəmiyyətləri üçün Avropa standartlarına uyğun maliyyə xidmətlərindən yararlanma imkanını təmin etmək və daha əhatəli maliyyə sistemini yaratmaq. IFC-dən cəlb edilən kredit hazırkı istiqamətdə bizim uğurlu addımlarımızı dəstəkləyəcək”.

IFC-in Cənubi-Qafqaz bölgəsi üzrə bölgə meneceri Tomas Lubek bildirdi: “Bu layihə çərçivəsində bizim uzunmüddətli tərəfdaşımız AccessBank ticarət, xidmətlər və kənd təsərrüfatı kimi sahələrdə maliyyələşdirmənin həcmini artıracaq. Hazırkı əməkdaşlıq, bizim qeyri-neft sektorunun maliyyələşdirilməsi və məsləhət xidmətləri yolu ilə iqtisadiyyatın davamlı inkişafı və diversifikasiyasına köməklik göstərməkdən ibarət olan strategiyamızın Azərbaycanda reallaşdırılması istiqamətində atılan növbəti addımdır.”

Dünya Bankı Qrupunun üzvü olan IFC, müstəsna olaraq özəl sektorun inkişafını dəstəkləyən dünyada ən böyük inkişaf təşkilatıdır. IFC investisiyaların maliyyələşdirilməsi, kapitalın beynəlxalq bazarlarda toplanması və bizneslər və hökumətlərə məsləhət xidmətləri göstərilməsi vasitəsilə inkişaf etməkdə olan ölkələrin davamlı inkişaf məqsədlərinə nail olmasına yardım edir.

İlin xəbər arxivi

KREDİT KALKULYATORU
KREDİT SİFARİŞİ
11.12.2017
NAĞD NAĞDSIZ
ALIŞ
$ USD 1,6920
€ EUR 1,9595
£ GBP -
₽ RUB -
SATIŞ
1,7010
2,0195
-
-

Mükafatlar

AccessBank-ın təltif olunduğu mukafatlarla burada tanış ola bilərsiniz.

Müraciət

Şikayət və ya təkliflərinizlə bizimlə bölüşmək üçün bu səhifəyə daxil olun

Xəbərlər arxivi

Bu səhifədə Siz, Bankın xəbərləri ilə tanış ola bilərsiniz.

KİV-Mərkəzi

Burada Siz yeniliklər, reklam xarakterli məlumatlar və digər materiallarla tanış ola bilərsiniz.

Vakansiyalar

Cari vakansiyalar barədə məlumat almaq üçün elanlarımızı izləyin.

AccessQazanc

Nağdsız ödəniş edərkən pul qazanmaq?!

Ən sərfəli təkliflər və xəbərlər barədə məlumatları birinci almaq istəyirsiniz?
АccessBank-ın yeniliklərinə abunə olun!

Ad və soyad daxil edin!
Düzgün e-mail ünvan daxil edin!
Düzgün e-mail ünvan daxil edin!
Siz uğurla abunə oldunuz!