open video

AccessBank Şəmkir şəhərində filial açıb.

Yeni filialın açılması ilə AccessBank-ın filiallarının sayı 33-ə çatıb.

Bakı, 10 may 2012. Bu gün AccessBank ölkənin qərbində - Şəmkir şəhərində öz növbəti filialını açıb. Bu filialın açılması ilə Bankın filiallarının ümumi sayı 33-ə, regional filialların sayı isə 15-ə çatıb. AccessBank-ın filiallarının böyük əksəriyyəti kimi, yeni filial da həm fiziki, həm də hüquqi şəxslərə tam çeşidli xidmətlər göstərəcək. Bu xidmətlərə cari və əmanət hesablarının açılması, Visa plastik kartlarının rəsmiləşdirilməsi, həm ölkə daxilində, həm də xarici ölkələrə pul köçürülməsi və əlbəttə ki, kiçik, biznes və istehlak kreditlərinin verilməsi aiddir.

AccessBank-ın filial şəbəkəsi ildən-ilə daha çox regionu əhatə edir. Bank bu yolla, paytaxtdan kənarda yaşayan əhalinin bank məhsullarından istifadə etməsinə imkan yaradır, ən əsası isə, regionlarda biznesin inkişafına töhfə verir. Bu, təsisçilərin bankın qarşısına qoyduğu əsas məqsədlərdən biridir.

AccessBank-ın baş meneceri Andrev Pospielovsky filialın açılışını şərh edərək deyib: «AccessBank Şəmkirdə artıq 3000-dən artıq müştərini maliyyələşdirir. İndiyədək bu müştərilərə AccessBank-ın Gəncə filialları tərəfindən xidmət göstərilirdi ki, bu da Şəmkirdən 39 km aralıda yerləşir. Mən çox şadam ki, indi AccessBank Şəmkir rayonundan olan cari və gələcək müştərilər üçün daha yaxın və daha rahatdır. AccessBank öz müştərilərinə göstərilən xidmətləri daim təkmilləşdirməyə çalışır».

İlin xəbər arxivi

KREDİT KALKULYATORU
KREDİT SİFARİŞİ
22.05.2018
NAĞD NAĞDSIZ
ALIŞ
$ USD 1,6970
€ EUR 1,9616
₽ RUB -
£ GBP -
SATIŞ
1,7010
2,0216
-
-

Mükafatlar

AccessBank-ın təltif olunduğu mukafatlarla burada tanış ola bilərsiniz.

Müraciət

Şikayət və ya təkliflərinizlə bizimlə bölüşmək üçün bu səhifəyə daxil olun

Xəbərlər arxivi

Bu səhifədə Siz, Bankın xəbərləri ilə tanış ola bilərsiniz.

KİV-Mərkəzi

Burada Siz yeniliklər, reklam xarakterli məlumatlar və digər materiallarla tanış ola bilərsiniz.

Vakansiyalar

Cari vakansiyalar barədə məlumat almaq üçün elanlarımızı izləyin.

AccessQazanc

Nağdsız ödəniş edərkən pul qazanmaq?!

Ən sərfəli təkliflər və xəbərlər barədə məlumatları birinci almaq istəyirsiniz?
АccessBank-ın yeniliklərinə abunə olun!

Ad və soyad daxil edin!
Düzgün e-mail ünvan daxil edin!
Düzgün e-mail ünvan daxil edin!
Siz uğurla abunə oldunuz!