open video

AccessBank Caspian Cup turnirinə sponsorluq etdi.

AccessBank 2-ci beynəlxalq “Caspian Cup” futbol turnirinin keçirilməsində AFFA-ya dəstək verdi.

Bakı, 5 iyun 2012-ci il. AccessBank, Azərbaycan Futbol Federasiyaları Assosiyası (AFFA) tərəfindən təşkil olunan 17 yaşınadək futbolçular arasında 29 may-4 iyun tarixlərində keçirilən 2-ci beynəlxalq «Caspian Cup» futbol turnirinin keçirilməsinə təşkilati dəstək verdi.

Yarışda 8 ölkənin milli yığma komandaları iştirak edib. «А» qrupunda Azərbaycan, Qazaxıstan, Litva və Qırğızıstan, «В» qrupunda isə Gürcüstan, Özbəkistan, Türkiyə və Yaponiya yığmaları mübarizə aparıb. Oyunlar iki meydançada: «Dalğa Arena» və “AZAL Arena” stadionlarında keçirilib.

Turnirin son günündə üçüncü yer uğrunda Qazaxıstan və Özbəkistan komandaları qarşılaşıb. Oyunun əsas vaxtı 2:2 hesabı ilə başa çatdığı üçün, oyunsonrası penalti seriyasının nəticələrinə əsasən Özbəkistan yığması turnirin bürünc mükafatçısı olub.

Finalda isə Azərbaycan və Gürcüstan yığmaları üz-üzə gəlib. Görüşdə yeganə topu gürcü futbolçu Revaz Baramidze 72-ci dəqiqədə vurub. Bununla da 1:0 hesabı ilə qalib gələn Gürcüstan yığması turnirin qalibi olub, Azərbaycan yığması isə gümüş medalı qazanıb.

Turnirin sonunda futbolçular aşağıdakı nominasiyalarda mükafatlandırılıb: Turnirin ən yaxşı qapıçısı – Teimosi Şiraoka (Yaponiya), Turnirin ən sərrast futbolçusu – İbrahim Aripov – 5 qol (Qazaxıstan), Turnirin ən yaxşı futbolçusu – Luka Zarandiya (Gürcüstan) və Fair Play mükafatına Türkiyə yığması layiq görülüb. Fəhmin Muradbəyli (Azərbaycan) “Ən yaxşı oyunçu” nominasiyasında AccessBank-dan xüsusi mükafat alıb.

AccessBank-ın Baş Meneceri Andrev Pospielovsky turnirin nəticələrini şərh edərək deyib: «Oyun mənə çox gözəl təəssürat bəxş etdi. Uşaqlar gözəl oyun nümayiş etdirdilər. Gürcüstan komandasını qələbə ilə, Azərbaycan yığmasını isə gümüş medal qazanmaq münasibətilə təbrik edirəm və əminəm ki, gələcəkdə biz, hər bir komandanın oyunçularının daha böyük nailiyyətlərinin şahidi olacağıq».

2010-cu ilin aprel ayından etibarən AccessBank AFFA-nın və Azərbaycan milli futbol komandalarının, o cümlədən qadın yığma komandalarının, futzal üzrə yığma komandaların, çimərlik futbolu üzrə Azərbaycan yığma komandasının, eləcə də gənclər yığma komandalarının sponsorudur. Bank AFFA-nın Azərbaycan futbolunun inkişafına yönəldilmiş fəaliyyətini dəstəkləyərək idmanın inkişafına və sağlam həyat tərzinə öz töhfəsini verir.

АccessBank-ın missiyası, aşağı və orta gəlirli Azərbaycan ailələrinə, eləcə də mikro və kiçik sahibkarlara maliyyə xidmətləri göstərməkdən ibarətdir. АccessBank Fitch beynəlxalq reytinq agentliyi tərəfindən Azərbaycan bankları arasında ən etibarlı bank adına layiq görülüb (sabit proqnozla “BB+” səviyyəsində), həmçinin Global Finance (2011) və Euromoney Nəşriyyat Qrupu (2010-2011) tərəfindən “Azərbaycanın ən yaxşı bankı” və The Banker nəşri tərəfindən isə “İlin bankı” adına layiq görülüb. AccessBank 100% xarici kapitala malikdir və 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bunlar Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, KfW Development Bank – Almaniya Hökumətinin İnkişaf Bankı (hərəsi 20%), mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən AccessHolding (16.5%) və Almaniyanın LFS Financial Systems GmbH (3.5%) şirkətləridir.

İlin xəbər arxivi

KREDİT KALKULYATORU
KREDİT SİFARİŞİ
22.06.2018
NAĞD NAĞDSIZ
ALIŞ
$ USD 1,6970
€ EUR 1,9350
₽ RUB -
£ GBP -
SATIŞ
1,7025
1,9942
-
-

Mükafatlar

AccessBank-ın təltif olunduğu mukafatlarla burada tanış ola bilərsiniz.

Müraciət

Şikayət və ya təkliflərinizlə bizimlə bölüşmək üçün bu səhifəyə daxil olun

Xəbərlər arxivi

Bu səhifədə Siz, Bankın xəbərləri ilə tanış ola bilərsiniz.

KİV-Mərkəzi

Burada Siz yeniliklər, reklam xarakterli məlumatlar və digər materiallarla tanış ola bilərsiniz.

Vakansiyalar

Cari vakansiyalar barədə məlumat almaq üçün elanlarımızı izləyin.

AccessQazanc

Nağdsız ödəniş edərkən pul qazanmaq?!

Ən sərfəli təkliflər və xəbərlər barədə məlumatları birinci almaq istəyirsiniz?
АccessBank-ın yeniliklərinə abunə olun!

Ad və soyad daxil edin!
Düzgün e-mail ünvan daxil edin!
Düzgün e-mail ünvan daxil edin!
Siz uğurla abunə oldunuz!