open video

AYİB AccessBank-ı ticarətin maliyyələşdirilməsi sahəsində ən fəal emitent bank elan edib

Bakı, 11 may 2017-ci il. Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Ticarətə Yardım Proqramı (The Trade Facilitation Programme, TFP) çərçivəsində AccessBank-ı 2016-cı il üzrə Azərbaycanda ticarətin maliyyələşdirilməsi sahəsində ən fəal emitent bank adına layiq görüb. Mükafat AYİB-in 09 may 2017-ci il tarixində Nikosiya şəhərində keçirdiyi İllik Yığıncağı və Biznes Forumu zamanı baş tutan təntənəli mərasimdə təqdim olunub.

AccessBank-ın İdarə Heyətinin sədri Rolf Reichardt bu təltifatı alqışlayaraq şərh edib: “Biz AYİB kimi nüfuzlu beynəlxalq təşkilat tərəfindən bu cür fəxri mükafata layiq görülməyimizlə qürur duyuruq. Bu, bir daha təsdiq edir ki, AccessBank yerli sahibkarlığın dəstəklənməsi üzrə missiyasını uğurla həyata keçirir və missiyamızın vacib hissələrindən biri də xarici ticarət əməliyyatlarının maliyyələşdirilməsidir. Bank korporativ bankçılığın inkişaf strategiyası çərçivəsində təqdim etdiyi korporativ məhsul və xidmətlərin çeşidini genişləndirməyi, həmçinin ticarətin maliyyələşdirilməsi üzrə əməliyyatların həcmini daha da artırmağı planlaşdırır”.

AYİB-in Ticarətə Yardım Proqramı 1999-cu il tarixindən fəaliyyət göstərir və hal-hazırda özündə əməliyyat dövriyyəsi 15 mlrd avrodan çox olan 28 ölkədən 100-dən artıq emitent-bankı birləşdirir. Xatırladaq ki, AYİB AccessBank-ın strateji səhmdarlarından biridir və Bankın nizamnamə kapitalında 20% paya sahibdir.

İlin xəbər arxivi

KREDİT KALKULYATORU
KREDİT SİFARİŞİ
22.08.2017
NAĞD NAĞDSIZ
ALIŞ
$ USD 1,6890
€ EUR 1,9579
₽ RUB -
£ GBP -
SATIŞ
1,7030
2,0181
-
-

Mükafatlar

AccessBank-ın təltif olunduğu mukafatlarla burada tanış ola bilərsiniz.

Müraciət

Şikayət və ya təkliflərinizlə bizimlə bölüşmək üçün bu səhifəyə daxil olun

Xəbərlər arxivi

Bu səhifədə Siz, Bankın xəbərləri ilə tanış ola bilərsiniz.

KİV-Mərkəzi

Burada Siz yeniliklər, reklam xarakterli məlumatlar və digər materiallarla tanış ola bilərsiniz.

Vakansiyalar

Cari vakansiyalar barədə məlumat almaq üçün elanlarımızı izləyin.

AccessQazanc

Nağdsız ödəniş edərkən pul qazanmaq?!

Ən sərfəli təkliflər və xəbərlər barədə məlumatları birinci almaq istəyirsiniz?
АccessBank-ın yeniliklərinə abunə olun!

Ad və soyad daxil edin!
Düzgün e-mail ünvan daxil edin!
Düzgün e-mail ünvan daxil edin!
Siz uğurla abunə oldunuz!