open video

AccessBank 2011-ci il üzrə maliyyə hesabatını dərc edib

AccessBank, müstəqil auditor şirkəti tərəfindən təsdiqlənən, 2011-ci il üzrə maliyyə hesabatını dərc edib.

Bakı, 24 may 2012-ci il. Bu gün AccessBank, Beynəlxalq maliyyə hesabatları standartlarına (BMHS) müvafiq qaydada hazırlanan və PricewaterhouseCoopers müstəqil auditor şirkəti tərəfindən təsdiqlənən, 2011-ci il üzrə konsolidasiya olunmuş maliyyə hesabatını dərc edib.

31 dekabr 2011-ci il tarixinə olan məlumatlara görə, Bankın aktivləri 383 milyon manatdan çox olub və beləliklə bank il ərzində öz aktivlərinin həcmini 4,8% artırıb. Bankın kredit portfeli 11% artaraq, demək olar ki, 300 milyon manatlıq həddə çatıb. Ötən ilin nəticələrinə görə, vergilər ödənildikdən sonra xalis mənfəət 17,268 milyon manat təşkil edib.

31 dekabr 2011-ci il tarixinə olan vəziyyətə görə, Bankın kapitalı 90,296 milyon manat, kapitalın kafilik əmsalının göstəricisi isə 27,71% təşkil edib. Bu zaman şəxsi kapitalın səmərəliliyi 19%-ə bərabərdir.

AccessBank-ın baş meneceri Andrev Pospielovsky auditor hesabatını şərh edərək deyib: «AccessBank şəffaflıq prinsiplərinə tam riayət edir və biz öz illik auditor hesabatımızı öz şəbəkə saytımızda yerləşdiririk. Burada hər bir kəs bizim maliyyə nəticələrimiz, xərclərimiz, mənfəətlərimiz və s. haqqında ətraflı məlumat əldə edə bilərlər».

Hesabatla taniş olmaq üçün bu faylı yükləyin

İlin xəbər arxivi

KREDİT KALKULYATORU
KREDİT SİFARİŞİ
22.05.2018
NAĞD NAĞDSIZ
ALIŞ
$ USD 1,6970
€ EUR 1,9616
₽ RUB -
£ GBP -
SATIŞ
1,7010
2,0216
-
-

Mükafatlar

AccessBank-ın təltif olunduğu mukafatlarla burada tanış ola bilərsiniz.

Müraciət

Şikayət və ya təkliflərinizlə bizimlə bölüşmək üçün bu səhifəyə daxil olun

Xəbərlər arxivi

Bu səhifədə Siz, Bankın xəbərləri ilə tanış ola bilərsiniz.

KİV-Mərkəzi

Burada Siz yeniliklər, reklam xarakterli məlumatlar və digər materiallarla tanış ola bilərsiniz.

Vakansiyalar

Cari vakansiyalar barədə məlumat almaq üçün elanlarımızı izləyin.

AccessQazanc

Nağdsız ödəniş edərkən pul qazanmaq?!

Ən sərfəli təkliflər və xəbərlər barədə məlumatları birinci almaq istəyirsiniz?
АccessBank-ın yeniliklərinə abunə olun!

Ad və soyad daxil edin!
Düzgün e-mail ünvan daxil edin!
Düzgün e-mail ünvan daxil edin!
Siz uğurla abunə oldunuz!