open video

Tələbələr “Jurnalistikada Yeni Nəsil” layihəsi çərçivəsində ilk kursu keçdilər

Tələbələr “Jurnalistikada Yeni Nəsil” layihəsi çərçivəsində ilk kursu keçdilər AccessBank gələcək jurnalistlər üçün ilk tədris kursunu başa çatdırdı. Bakı, 22 noyabr 2012-ci il. AccessBank, Bakı Dövlət Universiteti və Thomson Foundation təşkilatının dəstəyi altında British Council ilə əməkdaşlıqda həyata keçirilən “Yeni jurnalistlər nəsli” layihəsi çərçiv əs ində birinci treninqi keçirdi. Praktiki kurs onlayn jurnalistikaya həsr olunmuşdu və Thomson Foundation təşkilatının məsləhətçisi, təlimatçısı və onlayn-redaktoru Den Meyson (www.danmason.co.uk) tərəfindən tədris edilmişdi. Beş gün ərzində iştirakçılar saytların işlənib hazırlanması, veb-sayt və bloqa nəzarət, foto şəkillərin çəkilməsi və redaktə edilməsi, həmçinin audio və video yazılar daxil olmaqla onlayn kontentin aşkar edilməsi və yaradılması üçün onlayn-alətləri və texnikadan istifadə etmə qaydasını öyrənmək imkanına malik idilər. Həmçinin kurs çərçivəsində qaynar xəbərlərin işıqlandırılması üçün jurnalistikada sosial mətbuatdan məsul istifadə təhlil edildi. Bütün tələbələr Bakı Dövlət Universitetində British Council tərəfindən təşkil olunan ingilis dili dərsində iştirak etmək imkanına malik idi. Qeyd edək ki, 26 noyabr tarixində layihənin 2-ci kursu başalayacaq. Bu kurs Thompson Foundation Agentliyinin təcrübəli mütəxəssisi Oliver Ueyts tərəfindən keçiriləcək. Xatırladaq ki, proqramın ən fəal iştirakçıları 2013-cü ildə London şəhərinə səfər etmək üçün seçiləcəklər. Səfər zamanı tələbələr BBC, CNN, Reuters, və digər məşhur nəşriyyat evlərinə ziyarət edəcək, həmçini n Böyük Britaniyanın aparıcı jurnalistləri ilə görüşlər keçirəcəklər. British Council mədəni əlaqələrə və təhsil imkanlarına görə Britaniyanın aparıcı beynəlxalq təşkilatıdır. Təşkilat dünyanın 109 ölkəsində fəaliyyət göstərir. British Council xalqlar arasında etibarı artırmaq, xarici ölkələrdə Böyük Britaniyanın ideya və nailiyyətlərini qiymətləndirmək məqsədi ilə Böyük Britaniya və digər ölkələrin vətəndaşları arasında sıx əlaqələri təmin edir.

İlin xəbər arxivi

KREDİT KALKULYATORU
KREDİT SİFARİŞİ
20.11.2017
NAĞD NAĞDSIZ
ALIŞ
$ USD 1,6920
€ EUR 1,9669
£ GBP -
₽ RUB -
SATIŞ
1,7010
2,0271
-
-

Mükafatlar

AccessBank-ın təltif olunduğu mukafatlarla burada tanış ola bilərsiniz.

Müraciət

Şikayət və ya təkliflərinizlə bizimlə bölüşmək üçün bu səhifəyə daxil olun

Xəbərlər arxivi

Bu səhifədə Siz, Bankın xəbərləri ilə tanış ola bilərsiniz.

KİV-Mərkəzi

Burada Siz yeniliklər, reklam xarakterli məlumatlar və digər materiallarla tanış ola bilərsiniz.

Vakansiyalar

Cari vakansiyalar barədə məlumat almaq üçün elanlarımızı izləyin.

AccessQazanc

Nağdsız ödəniş edərkən pul qazanmaq?!

Ən sərfəli təkliflər və xəbərlər barədə məlumatları birinci almaq istəyirsiniz?
АccessBank-ın yeniliklərinə abunə olun!

Ad və soyad daxil edin!
Düzgün e-mail ünvan daxil edin!
Düzgün e-mail ünvan daxil edin!
Siz uğurla abunə oldunuz!