open video

Fitch AccessBank-ın BB+ reytinqini təsdiqləyib

Fitch Ratings AccessBank-ın reytinqini yenidən təsdiqləyərək onu dəyişməz saxlayıb. AccessBank-ın uzunmüddətli emitent defoltu reytinqi (EDR), reytinq üzrə Sabit proqnozla «BB+» səviyyəsində təsdiqlənib – bu, Azərbaycanın maliyyə institutları arasında ən yüksək reytinqdir. Qısamüdətli EDR «В» səviyyəsində, dayanıqlılıq reytinqi isə «b+» səviyyəsində təsdiqlənib. AccessBank bu reytinqi Fitch tərəfindən verildiyi vaxtdan 2008-ci ildən qoruyub saxlayır. Son illərin maliyyə böhranı şəraitində bu reytinqin sabit qalması isə AccessBank-ın möhkəmliyinin göstəricisidir.

AccessBank-ın EDR reytinqinin sabit proqnozla «ВВ+» səviyyəsində olaraq təsdiqlənməsi, onun səhmdarları olan beynəlxalq maliyyə təşkilatları tərəfindən yardım göstərilməsi ehtimalı haqqında Fitch agentliyinin rəyini əks etdirir. Dayanıqlılıq reytinqi «b+» aktivlərin yüksək keyfiyyətini, yüksək gəlirlilik, əsaslı şəxsi kapital yastığı, adekvat likvidlik və risklərin prudensial idarə olunmasını əks etdirir.

AccessBank-ın Baş Meneceri Andrev Pospielovsky reytinqin təsdiqlənməsini şərh edərək deyib: «Fitch Ratings Agentliyi tərəfindən AccessBank-ın reytinqinin təkrarən Azərbaycan bankları arasında ən yüksək olan sabit proqnozla «ВВ+» səviyyəsində olaraq təsdiqlənməsi AccessBank-ın sabitliyinin və gücünün göstəricisidir».

Fitch Ratings, dünyanın kredit bazarlarına müstəqil və perspektiv kredit qərarlarını, tədqiqatlarını və məlumatlarını təqdim edən ümumdünya reytinq agentliyidir. Bütün dünyada 50 nümayəndəliyə malik olan Fitch Ratings agentliyinin yerli bazar təcrübəsinin qazanılmasına əsaslanan qlobal təcrübəsi 150-dən artıq ölkənin kapital bazarlarını əhatə edir. Fitch Ratings öz fəaliyyətinin etibarlılığı və şəffaflığı sayəsində investorlar, emitentlər və bank rəhbərləri tərəfindən yüksək səviyyədə tanınıb.

АccessBank-ın missiyası, Azərbaycanda mikro və kiçik sahibkarlara, eləcə də aşağı və orta gəlirli ailələrə maliyyə xidmətləri göstərməkdən ibarətdir. АccessBank, Global Finance (2011) və Euromoney Nəşriyyat Qrupu (2010-2011) tərəfindən “Azərbaycanda Ən Yaxşı Bank” və The Banker nəşri tərəfindən isə “İlin bankı” adına layiq görülüb. AccessBank 100% xarici kapitala malikdir və 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bunlar Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Kfw Development Bank – Almaniya Hökumətinin İnkişaf Bankı (hərəsi 20%), mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən Access Holding (16.5%) və Almaniyanın LFS Financial Systems GmbH (3.5%) şirkətləridir.

İlin xəbər arxivi

KREDİT KALKULYATORU
KREDİT SİFARİŞİ
22.02.2018
NAĞD NAĞDSIZ
ALIŞ
$ USD 1,6960
€ EUR 2,0448
₽ RUB -
£ GBP -
SATIŞ
1,7015
2,1074
-
-

Mükafatlar

AccessBank-ın təltif olunduğu mukafatlarla burada tanış ola bilərsiniz.

Müraciət

Şikayət və ya təkliflərinizlə bizimlə bölüşmək üçün bu səhifəyə daxil olun

Xəbərlər arxivi

Bu səhifədə Siz, Bankın xəbərləri ilə tanış ola bilərsiniz.

KİV-Mərkəzi

Burada Siz yeniliklər, reklam xarakterli məlumatlar və digər materiallarla tanış ola bilərsiniz.

Vakansiyalar

Cari vakansiyalar barədə məlumat almaq üçün elanlarımızı izləyin.

AccessQazanc

Nağdsız ödəniş edərkən pul qazanmaq?!

Ən sərfəli təkliflər və xəbərlər barədə məlumatları birinci almaq istəyirsiniz?
АccessBank-ın yeniliklərinə abunə olun!

Ad və soyad daxil edin!
Düzgün e-mail ünvan daxil edin!
Düzgün e-mail ünvan daxil edin!
Siz uğurla abunə oldunuz!