open video

Fitch AccessBank-ın kredit reytinqini (IDR) BB+ səviyyəsində təsdiqlədi və dayanıqlıq reytinqini endirdi

Bakı, 01 fevral 2017. Fitch Ratings AccessBank-ın kredit reytinqini BB+ səviyyəsində təsdiqlədi. Bu, Azərbaycanın suveren reytinqi ilə eyni səviyyədədir və AccessBank ölkənin bank sektorunda ən yüksək kredit reytinqinə malik maliyyə qurumu olmaqda davam edir. Eyni zamanda, reytinq agentliyi Bankın dayanıqlıq reytinqini “b+” səviyyəsindən “f” səviyyəsinə endirib. Buna səbəb rezervlərin əhəmiyyətli dərəcədə artırılmasıdır, bu addım isə, öz növbəsində bankın kapitalına təzyiq göstərir. Bankın kapital bazasını möhkəmləndirmək məqsədi ilə 2016-cı ilin dekabr ayında səhmdarlar kapitalın 20 milyon ABŞ dolları məbləğində (manat ekvivalentində) artmasını təsdiqlədi. Bu prosesin 2017-ci ilin 1-cü rübünün sonuna qədər həyata keçirilməsi planlaşdırılır.

AccessBank-ın İdarə Heyətinin Sədri Michael Hoffmann bu reytinqi şərh edərək deyib: «Biz IDR reytinqinin suveren BB+ səviyyəsində təsdiqlənməsini alqışlayırıq. Bu, Bankın möhkəm mövqeyini və yüksək sabitliyini əks etdirir. Hazırki çətinliklərin öhdəsindən birgə gəlmək üçün biz müştərilərimizi fəal şəkildə dəstəkləyirik. Eyni zamanda, biz kreditləşməyə məsuliyyətlə yanaşaraq hər seqmentdə olan müştərilərimizi milli valyutada maliyyələşdiririk. Bankın nüfuzlu səhmdarları və onların güclü dəstəyi hazırki şəraitdə bizim ən güclü cəhətlərimizdən biridir”.

İlin xəbər arxivi

KREDİT KALKULYATORU
KREDİT SİFARİŞİ
26.09.2017
NAĞD NAĞDSIZ
ALIŞ
$ USD 1,6890
€ EUR 1,9656
₽ RUB -
£ GBP -
SATIŞ
1,7030
2,0362
-
-

Mükafatlar

AccessBank-ın təltif olunduğu mukafatlarla burada tanış ola bilərsiniz.

Müraciət

Şikayət və ya təkliflərinizlə bizimlə bölüşmək üçün bu səhifəyə daxil olun

Xəbərlər arxivi

Bu səhifədə Siz, Bankın xəbərləri ilə tanış ola bilərsiniz.

KİV-Mərkəzi

Burada Siz yeniliklər, reklam xarakterli məlumatlar və digər materiallarla tanış ola bilərsiniz.

Vakansiyalar

Cari vakansiyalar barədə məlumat almaq üçün elanlarımızı izləyin.

AccessQazanc

Nağdsız ödəniş edərkən pul qazanmaq?!

Ən sərfəli təkliflər və xəbərlər barədə məlumatları birinci almaq istəyirsiniz?
АccessBank-ın yeniliklərinə abunə olun!

Ad və soyad daxil edin!
Düzgün e-mail ünvan daxil edin!
Düzgün e-mail ünvan daxil edin!
Siz uğurla abunə oldunuz!