open video

AccessBank myAccess mobil bankinq tətbiqini istifadəyə verdi

Bakı, 03 aprel 2017-ci il. AccessBank yeni myAccess mobil bankinq tətbiqini müştərilərin istifadəsinə verdi. Android və İOS platformaları üçün hazırlanan myAccess tətbiqi müştərilərə bank əməliyyatlarını olduqca asan və rahat şəkildə həyata keçirməyə imkan yaradır.

“Həyat tərzi sürətlə dəyişir, artıq smartfonlar insanların şəxsi və işgüzar həyatının ayrılmaz bir hissəsinə çevrilir. Təbii olaraq rəqəmsal texnoloqiyalar inkişaf etdikcə xidmət kanalları da dəyişir. Son illərin təcrübəsi göstərir ki, Bankımızın onlayn bankinq istifadəçilərinin sayı sürətlə artdıqca, insanların əyani şəkildə bank xidmətlərini əldə etmək tələbatı azalır. Rəqəmsal bankçılıq sayəsində Bankın coğrafi əhatəsi genişlənir, məhsul və xidmətləri müştərilərin olduğu yerdən asılı olmayaraq onlara daha yaxın və əlçatan olur. Biz anlayırıq ki, bank xidmətlərinin rəqəmsal kanallarla çatdırılmasını və xidmət şəbəkəsinin transformasiyasını fəal şəkildə həyata keçirən və biznes-modelini dəyişən banklar gələcəkdə daha üstün mövqedə olacaq” - AccessBank-ın İdarə Heyətinin sədr müavini Anar Həsənov şərhində bildirib.

Qeyd edək ki, əməliyyatların yüksək təhlükəsizliyini təmin edən myAccess mobil bankinq xidməti əlavə funksiyalar əlavə olunmaqla daim yenilənəcək. myAccess tətbiqini artıq App StoreGoogle Play-dən yükləmək mümkündür. .

İlin xəbər arxivi

KREDİT KALKULYATORU
KREDİT SİFARİŞİ
23.04.2017
NAĞD NAĞDSIZ
ALIŞ
$ USD 1,6170
€ EUR 1,7330
£ GBP -
₽ RUB -
SATIŞ
1,7040
1,8333
-
-

Mükafatlar

AccessBank-ın təltif olunduğu mukafatlarla burada tanış ola bilərsiniz.

Müraciət

Şikayət və ya təkliflərinizlə bizimlə bölüşmək üçün bu səhifəyə daxil olun

Xəbərlər arxivi

Bu səhifədə Siz, Bankın xəbərləri ilə tanış ola bilərsiniz.

KİV-Mərkəzi

Burada Siz yeniliklər, reklam xarakterli məlumatlar və digər materiallarla tanış ola bilərsiniz.

Vakansiyalar

Cari vakansiyalar barədə məlumat almaq üçün elanlarımızı izləyin.

AccessQazanc

Nağdsız ödəniş edərkən pul qazanmaq?!

Ən sərfəli təkliflər və xəbərlər barədə məlumatları birinci almaq istəyirsiniz?
АccessBank-ın yeniliklərinə abunə olun!

Ad və soyad daxil edin!
Düzgün e-mail ünvan daxil edin!
Düzgün e-mail ünvan daxil edin!
Siz uğurla abunə oldunuz!