open video

AccessBank “Yeni jurnalistlər nəsli”ni dəstəkləyir

AccessBank British Council təşkilatı ilə birlikdə gənc jurnalistlərin inkişafı üzrə yeni layihəyə başlayıb.

Bakı, 25 aprel 2012-ci il. Bu gün AccessBank və British Council “Yeni jurnalistlər nəsli” adlı layihənin başlandığını elan edib. Layihə, British Council təşkilatı ilə birgə, Bakı Dövlət Universitetinin və Thomson Foundation dəstəyi ilə həyata keçiriləcək. Bu layihəyə, jurnalistika sahəsində beynəlxalq aləmdə tanınmış peşəkarlar tərəfindən Thomson Foundation fondunun xüsusi proqramı üzrə aparılan tədris kursu daxildir. Bu proqram, beynəlxalq standartlara müvafiq surətdə, jurnalistika sahəsində tələbələrin bilik və səriştəsinin yüksəldilməsinə yönəldilib.

Bu gündən başlayaraq may ayının 18-nə qədər tədris proqramında iştirak etmək üçün British Council ərizələri qəbul edir. Ərizə formasını və daha ətraflı məlumatı British Council və AccessBank-ın rəsmi internet saytlarında əldə etmək mümkündür - www.britishcouncil.az, www.accessbank.az. Seçilən 25 tələbə əsas məşğələlərə başlamazdan əvvəl bütünlüklə yay mövsümü ərzində sürətli ingilis dili kursu keçəcək. 2012-ci ilin sentyabr ayından 2013-cü ilin fevral ayına qədər əsas kurs keçiriləcək. Proqramın ən fəal iştirakçıları seçilərək 2013-cü ildə London və Kardiff şəhərlərinə göndəriləcək. Bu səfər zamanı məşhur qəzetlərdə, jurnallarda və digər KİV-də, o cümlədən BBC, CNN, Reuters agentliklərində staj təcrübəsinin keçilməsi, eləcə də Böyük Britaniyanın aparıcı jurnalistləri ilə görüşlər nəzərdə tutulur.

AccessBank-ın baş meneceri Andrev Pospielovsky layihənin başlanmasını şərh edərək deyib: «AccessBank Azərbaycanın təkcə iqdisadi deyil, həmçinin ictimai cəhətdən də inkişafı üçün çalışır və biz British Council, Bakı Dövlət Universiteti və Thompson Foundation-la birgə yeni nəsil jurnalistləri dəstəkləməyə şadıq».

British Council mədəni əlaqələr və təhsil imkanları üzrə Britaniyanın aparıcı beynəlxalq təşkilatıdır. Təşkilat dünyanın 109 ölkəsində fəaliyyət göstərir. British Council, xalqlar arasında etibarı möhkəmləndirmək, Böyük Britaniyanın xarici ölkələrdə ideya və nailiyyətlərini qiymətləndirmək məqsədi ilə Böyük Britaniyanın əhalisi ilə digər ölkələrin əhalisi arasında sıx münasibətlər yaradır.

Thomson Foundation fondu, bütün dünyada minlərlə jurnalistə müxtəlif KİV-lərin yaradılmasında və dəstəklənməsində kömək edən, mətbuatda yüksək etika və peşəkarlıq standartlarına riayət olunması üçün 100-dən artıq ölkədə fəaliyyət göstərən ən böyük Avropa təşkilatlarından biridir.

Ərizə formasını əldə etmək üçün bu faylı yükləyin.

İlin xəbər arxivi

KREDİT KALKULYATORU
KREDİT SİFARİŞİ
23.04.2017
NAĞD NAĞDSIZ
ALIŞ
$ USD 1,6170
€ EUR 1,7330
£ GBP -
₽ RUB -
SATIŞ
1,7040
1,8333
-
-

Mükafatlar

AccessBank-ın təltif olunduğu mukafatlarla burada tanış ola bilərsiniz.

Müraciət

Şikayət və ya təkliflərinizlə bizimlə bölüşmək üçün bu səhifəyə daxil olun

Xəbərlər arxivi

Bu səhifədə Siz, Bankın xəbərləri ilə tanış ola bilərsiniz.

KİV-Mərkəzi

Burada Siz yeniliklər, reklam xarakterli məlumatlar və digər materiallarla tanış ola bilərsiniz.

Vakansiyalar

Cari vakansiyalar barədə məlumat almaq üçün elanlarımızı izləyin.

AccessQazanc

Nağdsız ödəniş edərkən pul qazanmaq?!

Ən sərfəli təkliflər və xəbərlər barədə məlumatları birinci almaq istəyirsiniz?
АccessBank-ın yeniliklərinə abunə olun!

Ad və soyad daxil edin!
Düzgün e-mail ünvan daxil edin!
Düzgün e-mail ünvan daxil edin!
Siz uğurla abunə oldunuz!