open video

AccessBank-ın İdarə Heyətinə yeni sədr təyin olundu

Bankın İdarə Heyətinin sədri vəzifəsinə Michael Hoffmann təyin edilib.

Bankın İdarə Heyətinin sədri vəzifəsinə Michael Hoffmann təyin edilib. Bakı, 08 noyabr 2012-ci il. Bu gün AccessBank İdarə Heyətinə yeni sədr təyin olunmasını elan etdi. Bankın İdarə Heyətinin sədri vəzifəsinə Michael Hoffmann təyin edilib. Ondan qabaq bu vəzifəni tutan Andrev Pospielovsky gələcək karyera planları ilə əlaqədar olaraq ailəsi ilə birlikdə xarici ölkəyə köçdüyü üçün vəzifəsini tərk edib.

AccessBank İdarə Heyətinin yeni sədri Michael Hoffmann bu vəzifəyə təyin olunması ilə əlaqədar deyib: “AccessBank-ın Baş Meneceri vəzifəsinə təyinatım mənim üçün böyük şərəf, eyni zamanda, böyük məsuliyyətdir. Bank dinamik surətdə inkişaf edən bu bazarda lazımi şəkildə yer tutub. Mən əminəm ki, növbəti illər ərzində Bankımızın Azərbaycanda həyata keçirdiyi biznesi uğurla inkişaf etdirmək üçün bizim bütün imkanlarımız var”. AccessBank İdarə Heyətinin sədri vəzifəsinə təyin olunmazdan əvvəl Michael Hoffmann 2005-ci ildən 2012-ci ilədək Avropa Yenidənqurma və İnkişaf Bankında (AYİB) çalışıb və 2007-ci ilin iyul ayında Samara şəhərində təsis edilən AYİB-ın Volqayanı federal əyalətindəki ofisinə rəhbərlik edib. Ofisin rəhbəri qismində M.Hoffmann iri korporasiyaları, özəl sektor müştərilərini və regional bankları əhatə edən yeni biznes sahələrinin inkişafına görə məsuliyyət daşıyıb.

Cənab Hoffmann öz karyerasına 1996-cı ildə Almaniyanın 10 ən qabaqcıl banklarından biri olan HSH Nordbank AG bankında başlayıb və burada o, Tallin Nümayəndəlik Ofisinin Rəhbəri vəzifəsində Baltika ölkələrində (Estoniya, Latviya və Litvada) Bank biznesi üzrə öhdəlikləri icra edib. Buradakı fəaliyyəti müddətində o, Baltikyanı və Skandinaviya ölkələrində iri korporativ və maliyyə institutlarının maliyyələşdirilməsini təmin edib.

Cənab Hoffmann, həmçinin, Chevrolet Niva markalı avtomobil istehsal edən və Tolyatti şəhərində yerləşən Avtovaz və General Motors şirkətlərinin GM-AvtoVaz birgə müəssisələrinin Direktorlar Şurasının üzvü olub (2008-2012). O, Çikaqo Universitetinin biznes sahəsində MBA dərəcəsinə, Booth School of Business və Kil Universitetinin iqtisadiyyat üzrə diplomuna malikdir. O, həmçinin Münster Universitetində politologiya və slavyan dilləri üzrə təhsil alıb. Cənab Hoffmann milliyyətcə almandır və alman dilindən əlavə, ingilis və rus dillərini də mükəmməl bilir.

İlin xəbər arxivi

KREDİT KALKULYATORU
KREDİT SİFARİŞİ
20.11.2017
NAĞD NAĞDSIZ
ALIŞ
$ USD 1,6920
€ EUR 1,9669
£ GBP -
₽ RUB -
SATIŞ
1,7010
2,0271
-
-

Mükafatlar

AccessBank-ın təltif olunduğu mukafatlarla burada tanış ola bilərsiniz.

Müraciət

Şikayət və ya təkliflərinizlə bizimlə bölüşmək üçün bu səhifəyə daxil olun

Xəbərlər arxivi

Bu səhifədə Siz, Bankın xəbərləri ilə tanış ola bilərsiniz.

KİV-Mərkəzi

Burada Siz yeniliklər, reklam xarakterli məlumatlar və digər materiallarla tanış ola bilərsiniz.

Vakansiyalar

Cari vakansiyalar barədə məlumat almaq üçün elanlarımızı izləyin.

AccessQazanc

Nağdsız ödəniş edərkən pul qazanmaq?!

Ən sərfəli təkliflər və xəbərlər barədə məlumatları birinci almaq istəyirsiniz?
АccessBank-ın yeniliklərinə abunə olun!

Ad və soyad daxil edin!
Düzgün e-mail ünvan daxil edin!
Düzgün e-mail ünvan daxil edin!
Siz uğurla abunə oldunuz!