open video

AccessBank Symbiotics şirkətindən 10 milyon ABŞ dolları məbləğində vəsait cəlb edib

AccessBank bu gün Symbiotics şirkəti ilə 10 milyon ABŞ dolları məbləğində kredit müqaviləsinin bağlandığını elan edib. Həmin kredit 3 il müddətinə verilib. Cəlb edilən vəsaitin əsas hissəsi mikro, kiçik və orta sahibkarlığın kreditləşdirilməsinə yönələcək. AccessBank-n baş meneceri Mixael Hoffmann kreditin alınmasını şərh edərək, qeyd etdi, “Bankın çoxdankı tərəfdaşı olan “Symbiotics” ilə bu uzunmüddətli saziş Bankın xüsusilə öz filiallar şəbəkəsini daim genişləndirdiyi bölgələrdə, mikro- və kiçik sahibkarlar üçün kredit vermə fəaliyyətinin hazırkı inkişafına daha da kömək edcək”.

Symbiotics şirkətinin baş direktoru Roland Dominik (Roland Dominicé) qeyd edib: “Biz uzunmüddətli tərəfdaşımız AccessBank Azerbaijan-ın gələcək inkişafına öz töhfəmizi verdiyimiz üçün qürur hissi duyuruq. MKOM-n istiqrazları vasitəsilə biz çoxlu sayda investorlarla əməkdaşlıq edə bilər və mikro- kiçik müəssisələrin bazarının inkişafına yiyələnərək, inkişaf etməkdə olan ölkələrdə birinci dərəcəli maliyyə institutlarına birbaşa təsir etməyi təklif edə bilərik”.

Symbiotics şirkətinin missiyası kapital əldə etməyin asanlaşdırılmasına və aşkarlığın, sosial məsuliyyətin və sabitliyin təmin edilməsi ilə qlobal səviyyədə iqtisadi inkişafa öz töhfəsini verməkdən ibarətdir. Şirkət aşağı səviyyəli gəlirlərə malik ölkələrdə innovativ investisiya xidmətlərinin təqdim edilməsi yolu ilə sosial məsuliyyətli investorları mikro, kiçik və orta müəssisələrlə birləşdirir. Symbiotics öz fəaliyyəti dövründə çoxlu sayda investorlarla işləyərək, 1,3 milyard ABŞ dolları həcmində vəsaiti iqtisadiyyatı inkişaf etməkdə olan 45 ölkədə 150 maliyyə institutu vasitəsilə yarım milyona yaxın mikro, kiçik və orta müəssisələrin inkişafına yönəldib.

İlin xəbər arxivi

KREDİT KALKULYATORU
KREDİT SİFARİŞİ
20.11.2017
NAĞD NAĞDSIZ
ALIŞ
$ USD 1,6920
€ EUR 1,9669
£ GBP -
₽ RUB -
SATIŞ
1,7010
2,0271
-
-

Mükafatlar

AccessBank-ın təltif olunduğu mukafatlarla burada tanış ola bilərsiniz.

Müraciət

Şikayət və ya təkliflərinizlə bizimlə bölüşmək üçün bu səhifəyə daxil olun

Xəbərlər arxivi

Bu səhifədə Siz, Bankın xəbərləri ilə tanış ola bilərsiniz.

KİV-Mərkəzi

Burada Siz yeniliklər, reklam xarakterli məlumatlar və digər materiallarla tanış ola bilərsiniz.

Vakansiyalar

Cari vakansiyalar barədə məlumat almaq üçün elanlarımızı izləyin.

AccessQazanc

Nağdsız ödəniş edərkən pul qazanmaq?!

Ən sərfəli təkliflər və xəbərlər barədə məlumatları birinci almaq istəyirsiniz?
АccessBank-ın yeniliklərinə abunə olun!

Ad və soyad daxil edin!
Düzgün e-mail ünvan daxil edin!
Düzgün e-mail ünvan daxil edin!
Siz uğurla abunə oldunuz!