open video

MasterCard Black Edition

 

Tez-tez səyahət edən, rahatlığa və yüksək xidmət səviyyəsinə dəyər verən insanlar üçün World MasterCard Black Edition kartı işlənib hazırlanmışdır.

Bu kart rahat və asan istifadə oluna bilən maliyyə alətindən bir çox unikal təkliflərlə təqdim edən, Sizin yeni üstünlüklər və imtiyazlara olan açarınızdır.


 

KONSYERJ

Black Edition Concierge - sizin qlobal dünyaya vəsiqənizdir — kart istifadəçilərinin vaxt proqramlaşdırmasına və onların həyat tərzinin yaxşılaşdırılmasına 24 saat yardım edir.

  • Məlumat: Mastercard Concierge biznes və digər məqsədlərlə edilən səyahətlərin istiqamətləri ilə bağlı məlumat və məsləhətlər verir — şəhər bələdçiləri, xarici ölkələrdə biznes etiketləri, pasport və viza tələbləri, hava məlumatları.Mastercard Concierge həmçinin tur tarix­ləri, əyləncə və idman tədbirləri, bununla birlikdə dünyanın müxtəlif şəhərlərindəki restoranlarla bağlı tövsiyələr verir.
  • Səyahət: Tətil paketləri üçün bilet sifarişi xidmətlərini, uçuşları, otelləri, avtomobillərin
    icarəsini, və/və ya çarter reysi təyyarə və ya yaxtalarla özəl səyahətləri təşkil edir.
  • Əyləncə: Rok və pop konsertləri, opera və balet, idman tədbirləri, restoranlar, evdə və ya çöldə hər növ gecə əyləncəsi və digər bir çox əyləncə tədbirlərinə girişi təşkil edir.
  • Hədiyyə axtarışı və çatdırılması: Mastercard Concierge ölkə daxilində və xaricində gözəl hədiyyələr tapmaq imkanı təklif edir.
  • Yönləndirmələr: Əgər kart sahibi getdiyi yerdə güvənli və etibarlı xidmətlərə ehtiyac duyarsa, konsyerjlər onlara biznes xidmətləri (məs., katiblər, kuryer xidmətləri), şəhərdaxili və ev xidmətləri (məs., sanitar/elektrik ustaları, dayələr, dil kursları, şəxsi məşqçilər, və s.), və peşəkar xidmətlər (məs., həkimlər, stomatoloqlar, hüquqi xidmətlər, peyvənd və təcili tibbi yardım xidmətləri) məsləhət görə bilər. Bu məlumatları və daha artığını konsyerjlərdən rahatlıqla əldə edə bilərsiniz.
  • Xüsusi təcrübələr: Konsyerj komandası kart sahibinə peşəkar aşpazlar tərəfindən təşkil olunan dərslərlə bağlı məlumatın təmin edilməsi, döyüş təyyarələrində uçuşlar, özəl adaların icarəyə götürülməsi, vəhşi heyvanların yaşadığı yerlərə səyahət, vertolyotla gedilən yüksək zirvələrdə xizək idmanı kimi bir sıra təcrübələrə yiyələnməkdə dəstək verə bilər. Məsələni “necə” həll edəcəyini bilmək, məsələnin yarısından çoxunu həll etmək deməkdir — konsyerjlərimiz bunu sizin üçün asanlaşdıracaq.

 

HAVA LİMANININ VIP GÖZLƏMƏ ZALI

Azərbaycanda və ölkədən kənarda hava limanı VIP gözləmə zalı üstünlüklərindən həzz alın.

  • Priority Pass – dünya üzrə var olan 800 VIP proqram arasında ən üstünüdür.
  • Siz Priority Pass kartı ilə aviabiletdən və ya uçuş sinfindən asılı olmayaraq uçuşa qədər olan vaxtı çox gözəl keçirə bilərsiniz. İstədiyiniz uçuş şirkəti ilə uça bilmədiyiniz zaman bu sizin ən yaxşı yoldaşınız olacaq.

Bu üstünlük Priority Pass mövcud olan yerlərdə təmin olunur və həyata keçirilir. Sizin VIP gözləmə zalı
ziyarətlərinizə görə xərc tələb oluna bilər. Xahiş edirik, ətraflı məlumat üçün bankınıza müraciət edəsiniz.

 

TƏCİLİ XİDMƏTLƏR

Dünyanın harasına səyahət edirsinizsə edin, kartla bağlı istənilən problemlə əlaqədar Mastercard Global Service ilə əlaqə saxlaya bilərsiniz. Bizə günün 24 saatı, ilin 365 günü zəng edib aşağıdakı dəstək növlərini ala bilərsiniz:

  • İtirilmiş və ya oğurlanmış kartlar: Mastercard Global Service-in qaynar xəttinə zəng edərək kartınızı ləğv etdirə bilərsiniz.
  • Kartların təcili əvəzlənməsi: Kartı itirdiyiniz halda və ya kart oğurlanıbsa, Təcili Kart Əvəzlənməsi xidmətimizdən yararlanın. Hətta xaricdə olsanız belə əvəzlənmiş kart iki iş günü ərzində sizə çatdırılacaq.
  • Təcili nağd ehtiyatı: Əgər kartınız yanınızda deyilsə 250,000-dən çox Western Union şöbəsi vasitəsilə nağd ehtiyatınızdan yararlana bilərsiniz.
  • Mastercard®, Maestro®, və Cirrus® brendlərini dəstəkləyən ATM yerlərini müəyyənləşdirin

 

SƏYAHƏT SIĞORTASI

Kart istifadəçisi aşağıdakılardan yararlanmaq üçün səyahət xərclərinin hamısını Mastercard World Black Edition kartı ilə həyata keçirməlidir. Xahiş edirik, sığorta təminatı və şərtləri haqqında ətraflı məlumat almaq üçün sığorta ödənişləri cədvəlinə baxasınız.

Uçuş:

  • Təxirə salınmış uçuş/Uçuşun ləğvi (375 €-ya qədər)
  • Baqaj gecikməsi, 4 saat sonra, maksimum 12 saata qədər (375 €-ya qədər)

Təcili tibbi xərclər və digər xərclər (Yalnız Azərbaycandan kənarda):

  • Tibbi xərclər (115,000 €-ya qədər)
  • Kart sahiblərinin ölkəyə qaytarılması — hər hadisə üçün limit (75,000 €-ya qədər)
  • Təxliyyə və ölkəyə qaytarılma xərcləri (75,000 €-ya qədər)
  • Uşaqların ölkəyə qaytarılması (75,000 €-ya qədər + Ekonom klass uçuşu)

 Xaricdə səyahət hadisəsi:

  • Səyahət hadisəsi (374,500 €-ya qədər)
  • Xaricdə şəxsi bədbəxt hadisə (18,750 €-ya qədər)

 Alınmış əşyaların qorunması:

  • 365 günlük müddət üçün limit 15,000 €
  • Hər hadisə üçün limit 4,500 €
  • Hər əşya üçün limit 2,500 €

 Müddəti artırılmış qarantiya:

  • İstehsalçı və ya distribüterin verdiyi qarantiyanın 12 ay artırılması
  • Hər hadisə üçün 2,500 € və hər 365 gün üçün 15,000 €

 

 

World MasterCard Black Edition kartını necə əldə etmək olar?

  • Sadəcə olaraq şəxsiyyət vəsiqəsi ilə birlikdə “AccessBank”ın istənilən filialına yaxınlaşmaq lazımdır.

Plastik kartlar

KREDİT KALKULYATORU
KREDİT SİFARİŞİ
23.04.2017
NAĞD NAĞDSIZ
ALIŞ
$ USD 1,6170
€ EUR 1,7330
£ GBP -
₽ RUB -
SATIŞ
1,7040
1,8333
-
-

Mükafatlar

AccessBank-ın təltif olunduğu mukafatlarla burada tanış ola bilərsiniz.

Müraciət

Şikayət və ya təkliflərinizlə bizimlə bölüşmək üçün bu səhifəyə daxil olun

Xəbərlər arxivi

Bu səhifədə Siz, Bankın xəbərləri ilə tanış ola bilərsiniz.

KİV-Mərkəzi

Burada Siz yeniliklər, reklam xarakterli məlumatlar və digər materiallarla tanış ola bilərsiniz.

Vakansiyalar

Cari vakansiyalar barədə məlumat almaq üçün elanlarımızı izləyin.

AccessQazanc

Nağdsız ödəniş edərkən pul qazanmaq?!

Ən sərfəli təkliflər və xəbərlər barədə məlumatları birinci almaq istəyirsiniz?
АccessBank-ın yeniliklərinə abunə olun!

Ad və soyad daxil edin!
Düzgün e-mail ünvan daxil edin!
Düzgün e-mail ünvan daxil edin!
Siz uğurla abunə oldunuz!