open video

Mükafatlar

Yaradıldığı gündən etibarən AccessBank Azərbaycan əhalisinə yüksək keyfiyyətli bank xidmətləri göstərməyə çalışır. Dəqiqlik, şəffaflıq və uğurlu biznes prinsiplərinə əsaslanaraq Bank ən yaxşı bank xidmətlərinin göstərilməsi və müştərilərə yeni bank məhsullarının təqdim olunması üzrə lider olduğunu sübut etməyi bacarıb. AccessBank-ın etibarlı və dinamik maliyyə təşkilatı qismində nüfuzu, müştərilərin tələbatının yüksək səviyyədə ödənilməsinə və bankın ən vacib məqsədlərinə nail olmağa kömək etməklə bərabər, həm də bankın aparıcı maliyyə təşkilatı qismində beynəlxalq aləmdə tanınmasına şərait yaradır.

Financial Times Ltd. qrupuna aid və ən nüfüzlü beynəlxalq maliyyə nəşrlərdən biri olan The Banker 07 dekabrda Londonda keçirilən təltifat mərasimində AccessBank-ı «Azərbaycanda İlin ən yaxşı Bankı» nominasiyasında mükafatlandırıb. Son altı il ərzində artıq dördüncü dəfədir ki, Bank bu ali mükafata layiq görülür.

6 iyul 2016-cı il tarixində AccessBank nüfuzlu beynəlxalq maliyyə nəşri Euromoney tərəfindən Londonda keçirilən “2016-cı il üzrə ən Yaxşı Nəticələr” mükafatlandırma mərasimində “Azərbaycanın ən yaxşı Bankı” adına layiq görülüb. 2010-cu ildən etibarən artıq altıncı dəfədir ki, Bank bu nominasiyada mükafat qazanır.

AccessBank The Banker tərəfindən İlin ən Yaxşı Bankı elan edilib (FT qrupu. Financial Times Ltd. qrupuna aid və ən nüfüzlü beynəlxalq maliyyə nəşrlərdən biri olan The Banker 02 dekabrda Londonda keçirilən təltifat mərasimində AccessBank-ı «Azərbaycanda İlin ən yaxşı Bankı» nominasiyasında mükafatlandırıb. Artıq üçüncü dəfədir ki, Bank son beş il ərzində bu ali mükafata layiq görülür.

Global Finance jurnalı 2015-ci ilin mükafatlandırma mərasimində AccessBank-ı “Asiya-Sakit okean regionu üzrə inkişaf edən bazarların ən yaxşı bankı” nominasiyasında «Azərbaycanın ən yaxşı bankı» adına layiq görüb. Bank sektoru üzrə analitiklərin, korporasiya rəhbərlərinin və bank məsləhətçilərinin köməyi ilə jurnalın redaktorları, regionun inkişaf edən bazarının 25 ölkəsi arasında ən yaxşı bankı seçiblər.

5 fevral 2015-ci il tarixində AccessBank Azərbaycanda Amerika Ticarət Palatasının keçirdiyi AMCHAM CSR 2014 Excellence Award müsabiqəsinin “Mədəniyyət” nominasiyasında qalib və “Korporativ Filantropiya” nominasiyasında ikinci yerin sahibi oldu!

"International Finance Magazine" (IFM) jurnalının qiymətləndirməsi əsasında London şəhərində nüfuzlu "Financial Awards 2014" mükafatlarının rəsmi təqdimat mərasimi keçirilmişdir.

AccessBank “Ən yaxşı pərakəndə bank” mükafatına layiq görülüb.

AccessBank 10 iyul 2014-cü il tarixində Londonda Euromoney Nəşriyyat Qrupu tərəfindən hər il keçirilən “Ən Yaxşı Nəticələr” mükafatlandırma mərasimində “Azərbaycanın ən yaxşı Bankı” adına layiq görülüb. Bu nominasiyada Bank artıq beşinci ildir ki, bu mükafatı qazanır.Maliyyə dünyasında ən nüfuzlu mükafatlardan biri sayılan Euromoney mükafatı dünyanın 100-dən artıq ölkəsində aparıcı banklara və maliyyə təşkilatlarına təqdim olunur.

AccessBank İngiltərənin nüfuzlu maliyyə nəşri olan International Finance Magazine (IFM) jurnalının 2013-cü ilin “Ən yaxşı kommersiya bankı” nominasiyasının qalibi elan olunub. Baş ofisi Londonda yerləşən IMF, beynəlxalq maliyyə ictimaiyyətinə məlumatları etibarlı, qısa və başadüşülən formada çatdırmaq missiyası ilə yaradılıb.

AccessBank 11 iyul 2013-cü il tarixində Londonda Euromoney Nəşriyyat Qrupu tərəfindən hər il keçirilən “Ən Yaxşı Nəticələr” mükafatlandırma mərasimində “Azərbaycanın ən yaxşı Bankı” adına layiq görülüb. Bu nominasiyada Bank artıq dördüncü ildir ki, bu mükafatı qazanır. Mükafat bankın nəticələri, beynəlxalq müxbir bankların, məşhur maliyyəçilərin və bankirlərin müşahidələri nəticəsində əldə olunan məlumatlar əsasında təqdim edilir.

2013-cü ilin mart ayında AccessBank “GUAM çərçivəsində həyata keçirilən «Beynəlxalq layihələrdə ən fəal iştirak edən Bank” nominasiyasında “Ən yaxşı GUAM bankları – 2012” III Beynəlxalq müsabiqəsinin qalibi elan olunub. Müsabiqənin məqsədi – GUAM üzvü olan və Azərbaycan Respublikası, Gürcüstan, Ukrayna və Moldova Respublikası ərazilərində həyata keçiridikləri ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə ən yaxşı bankları müəyyən etməkdən ibarət olub.

Global Finance jurnalı növbəti dəfə AccessBank-ı “Dünyanın inkişaf edən bazarlarının ən yaxşı bankı (Asiya regionu üzrə)” nominasiyasında «Azərbaycanın ən yaxşı bankı» adına layiq görüb. Bank sektoru üzrə analitiklərin, korporasiya rəhbərlərinin və bank məsləhətçilərinin köməyi ilə jurnalın redaktorları, regionun inkişaf edən bazarının 22 ölkəsi arasında ən yaxşı bankı seçiblər.

2012-ci il noyabr ayında The Banker jurnalı AccessBank-ı növbəti dəfə «Azərbaycanda ilin bankı» adına layiq görüb. The Banker jurnalı dünyanın hər bir regionundan 147 ölkə arasında ən qabaqcıl, yaradıcı, dayanıqlı bankları qeyd edir.

2012-ci ildə Euromoney Nəşriyyat Qrupu növbəti dəfə АccessBank-ı «Azərbaycanın ən yaxşı Bankı» elan edib. Bank artıq ardıcıl üçüncü dəfədir ki, bu nominasiyada mükafata layiq görülür. Biznes və maliyyə sahəsində aparıcı nəşr tərəfindən təqdim olunan bu mükafat maliyyə aləmində ən nüfuzlu mükafat hesab olunur və dünyanın bir çox ölkələrində aparıcı banklara və maliyyə institutlarına təqdim edilir.

2011-ci il noyabr ayında The Banker jurnalı AccessBank-ı «Azərbaycanda ilin bankı» adına layiq görüb. The Banker jurnalı dünyanın hər bir regionundan 147 ölkə arasında ən qabaqcıl, yaradıcı, dayanıqlı bankları qeyd edir.

Euromoney Nəşriyyat Qrupu 2011-ci il iyul ayında AccessBank-ı Azərbaycanın ən yaxşı bankı adına layiq görüb. Bu nominasiyada bank artıq ikinci ildir ki, bu mükafatı qazanır. Maliyyə dünyasında ən nüfuzlu sayılan Euromoney mükafatı, dünyanın 100-dən artıq ölkəsinin bank və maliyyə institutuna təqdim olunur.

AccessBank inkişaf etdikcə, müştərilərin tələbatlarını ödəmək məqsədi ilə, özünü təkcə Azərbaycan bankları ilə deyil, həmçinin bütün dünyanın maliyyə təşkilatları ilə müqayisə edərək daim öz məhsullarının və xidmətlərinin keyfiyyətini artırmağa çalışır. Aktivlərin artımı, mənfəətlilik, müştəri xidmətləri, rəqabətli qiymətqoyma və istehsal innovasiyası göstəricilərinin maliyyə analizi əsasında 2011-ci ilin may ayında Global Finance Jurnalı AccessBank-ı “Azərbaycanın ən yaxşı bankı” adına layiq görüb.

2010-ci il oktyabrın 21-də «Standard & Poor’s» Reytinq Agentliyi, Azərbaycan Banklarının ilkin “İnformasiya şəffafliğinin tədqiqatı”nda (T&D) AccessBank-ı «Azərbaycanın ən şəffaf bankı» adına layiq görüb. Bu tədqiqat, bank aktivləri cəminin 96%-nə malik olan 30 ən böyük Azərbaycan bankını əhatə edir və burada hamı tərəfindən nəzərdən keçirilə biləcək illik hesabatlar, İnternetdə yerləşdirilmiş məlumatlar, eləcə də ictimai idarəetmə hesabatları öz əksini tapır.

2010-cu ildə AccessBank Euromoney nəşriyyat qrupu tərəfindən “Azərbaycanın ən yaxşı bankı” adına layiq görülüb. Dünyanın ən nüfuzlu mükafatlarından biri olan Euromoney 100-dən artıq ölkədə aparıcı banklara və maliyyə institutlarına verilir. Bu mükafatın verilməsi zamanı, iqtisadiyyatın diversifikasiyasına, iş yerlərinin yaradılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına kömək etmək məqsədi ilə AccessBank-ın orta və aşağı gəlirli Azərbaycan ailələrinə xidmət göstərmək cəhdi qeyd olunub.

2010-ci il iyunun 4-də, Mikromaliyyələşdirmə Mərkəzinin (MFC) Qazaxıstanda keçirilmiş illik konfransında АccessBank Müştərilərin Mühafizəsi və müştərilərin ifrat borclanmasının qarşısının alınması sahəsində təcrübəsinə görə mükafat alıb.

2010-ci il mayın 24-də, mikromaliyyə sektorunda biznes sahəsi üzrə informasiya xidmətlərinin aparıcı təchizatçısı Microfinance Information Exchange (MIX), AccessBank-ı özünün ən yüksək reytinqi olan «beş brilyantla» mükafatlandırıb.

2010-ci il fevralın 22-də Azeri Business Award mükafatının təqdimat mərasimində AccessBank İdarə Heyətinin sədri, doktor Andrev Pospielovsky «İlin bankiri» nominasiyası üzrə mükafatlandırılıb. Bankın rəhbəri, ümumdünya maliyyə böhranı dövründə Azərbaycan vətəndaşlarının milli bank sektoruna inamının möhkəmlənməsinə verdiyi böyük töhfəyə görə bu mükafata layiq görülüb.

2010-ci il fevralın 15-də Azərbaycan Mikromaliyyə Assosiasiyası AccessBank-ı “Ən yaxşı işəgötürən Mikromaliyyə İnstitutu” qismində mükafatlandırıb. Bu mükafatın verilməsini şərtləndirən amil ondan ibarətdir ki, AccessBank-ın kadr siyasəti, əksər hallarda, bank sahəsində iş təcrübəsi olmayan universitet məzunlarının işə qəbul olunması prinsipi üzərində qurulub.

2009-ci il iyunun 5-də beynəlxalq «Financial Times» nəşri AccessBank-ı Şərqi Avropanın inkişaf edən ölkələrində ən sabit banklardan biri kimi tanıyıb. Bu mükafat, öz fəaliyyətində liderlik və innovasiya nümayiş etdirmiş banklar və maliyyə təşkilatları üçün nəzərdə tutulub.

2009-ci il yanvarın 8-də Microfinance Information Exchange, Inc. (MIX) tərəfindən AccessBank ən yaxşı mikromaliyyə institutları siyahısında 41-ci yerə layiq görülüb. Bu reytinq Mikromaliyyə Təşkilatlarının çoxtərəfli fəaliyyətində səmərəlilik, effektivlik və şəffaflıq göstəricilərinə əsaslanır.

2008-ci il sentyabrın 23-də Azərbaycan Micromaliyyə Assosiasiyasının konfransında AccessBank-ın aqrar kreditləri “Ən yaxşı yeni məhsul” nominasiyasında mükafat alıb. Bu kreditlər fermerlər və fermer təsərrüfatları, eləcə də kənd təsərrüfatı ilə əlaqədar bizneslə məşğul olan şəxslər üçün nəzərdə tutulub.

Tövsiyələr

KREDİT KALKULYATORU
KREDİT SİFARİŞİ
20.11.2017
NAĞD NAĞDSIZ
ALIŞ
$ USD 1,6920
€ EUR 1,9669
£ GBP -
₽ RUB -
SATIŞ
1,7010
2,0271
-
-

Mükafatlar

AccessBank-ın təltif olunduğu mukafatlarla burada tanış ola bilərsiniz.

Müraciət

Şikayət və ya təkliflərinizlə bizimlə bölüşmək üçün bu səhifəyə daxil olun

Xəbərlər arxivi

Bu səhifədə Siz, Bankın xəbərləri ilə tanış ola bilərsiniz.

KİV-Mərkəzi

Burada Siz yeniliklər, reklam xarakterli məlumatlar və digər materiallarla tanış ola bilərsiniz.

Vakansiyalar

Cari vakansiyalar barədə məlumat almaq üçün elanlarımızı izləyin.

AccessQazanc

Nağdsız ödəniş edərkən pul qazanmaq?!

Ən sərfəli təkliflər və xəbərlər barədə məlumatları birinci almaq istəyirsiniz?
АccessBank-ın yeniliklərinə abunə olun!

Ad və soyad daxil edin!
Düzgün e-mail ünvan daxil edin!
Düzgün e-mail ünvan daxil edin!
Siz uğurla abunə oldunuz!