open video

Missiyamız

AccessBank-ın missiyası Azərbaycanda, müvafiq maliyyə xidmətlərinin məhdudluğuna görə öz inkişafında maneələrlə üzləşən mikro, kiçik və orta biznes müəssisələrinə maliyyə xidmətləri göstərməkdən ibarətdir. AccessBank bütünlüklə mikro və kiçik bizneslərə, o cümlədən bu biznesin tərkib hissəsi hesab edilən ailə təsərrüfatlarına maliyyə xidmətləri göstərməklə geniş və əhatəli maliyyə sistemi yaradır.

 

AccessBank-ın missiyası Azərbaycanda mikro və kiçik sahibkarların, eləcə də aşağı və orta gəlirli ailələrin maliyyə xidmətlərindən istifadə etmələrinə imkan yaratmaqdan ibarətdir. AccessBank öz müştərilərinə tam çeşidli maliyyə xidmətləri, o cümlədən, kredit məhsulları, cari hesablar, əmanətlər, plastik kartlar, ticarətin maliyyələşdirilməsi, pulköçürmə və ödəmə xidmətləri göstərir. AccessBank-ın məqsədi, xüsusən bank əməliyyatlarının effektivliyi, şəffaflığı, müştərilərin tələbatlarının ödənilməsi, məsuliyyət, dəqiqlik və insan resurslarının inkişafı yönümündə ən yüksək bank standartlarına nail olmaqdan ibarətdir. Tam əhatəli bank əməliyyatları lisenziyasına malik AccessBank, həmçinin, digər kateqoriyalara mənsub müştərilərə, o cümlədən daha iri müəssisələrə və beynəlxalq təşkilatlara, xüsusilə AccessBank-ın əsas missiyasını bölüşən şirkətlərə maliyyə xidmətləri göstərir.

AccessBank mikro və kiçik biznes fəaliyyətinə xüsusi diqqət yetirir, çünki bu sahə Azərbaycan iqtisadiyyatının inkişafı və genişləndirilməsi, yeni iş yerlərinin yaradılması və yoxsulluğun aradan qaldırılması üçün həyati əhəmiyyət daşıyır. Əksər mikro və kiçik biznes müəssisələri mənfəətlə işləsə də və onların fəaliyyətinin elastikliyi iqtisadi gözlənilməzlikləri qəbul etməyə imkan versə də, onların inkişafı, çox zaman, maliyyə xidmətlərindən faydalanmaq imkanının olmaması ilə məhdudlaşır. AccessBank da məhz bu çatışmazlığı aradan qaldırmaq üçün yaranmışdır: bank, bütün mikro və kiçik biznes müəssisələrinə, o cümlədən qrup halında bu cür biznes sahələri ilə məşğul olan ailələrə Avropa standartlarına uyğun maliyyə xidmətləri təklif edir və geniş əhatəli maliyyə sistemi yaradır. AccessBank-ın xüsusi məhsulları, eləcə də bu sektorlara xidmət göstərmək məqsədi ilə işlənib hazırlanmış risk idarəçiliyi texnologiyası bu işləri uğurla həyata keçirməyimizə imkan verir. AccessBank-ın mənfəətlilik səviyyəsi bankın uzunmüddətli sabitliyini və sürətlə genişlənməsini təmin edir.

AccessBank-ın səhmdarları öz maraqlarını inkişaf yönümündə birləşdirərək AccessBank-ın öz xidmət çeşidlərini artırmasına və qısamüddətli mənfəətə diqqət yetirməməklə uzunmüddətli və sabit fəaliyyət üçün möhkəm bünövrə yaratmasına imkan verir. AccessBank öz müştərilərinə yüksək səviyyədə xidmət göstərilməsi və AccessBank-ın durmadan genişlənməsi məqsədi ilə öz gənc və yüksək perspektivli işçi heyətinin təlimatlandırılmasına böyük sərmayələr qoyur.

Haqqımızda

KREDİT KALKULYATORU
KREDİT SİFARİŞİ
24.09.2017
NAĞD NAĞDSIZ
ALIŞ
$ USD 1,6890
€ EUR 1,9833
£ GBP -
₽ RUB -
SATIŞ
1,7030
2,0545
-
-

Mükafatlar

AccessBank-ın təltif olunduğu mukafatlarla burada tanış ola bilərsiniz.

Müraciət

Şikayət və ya təkliflərinizlə bizimlə bölüşmək üçün bu səhifəyə daxil olun

Xəbərlər arxivi

Bu səhifədə Siz, Bankın xəbərləri ilə tanış ola bilərsiniz.

KİV-Mərkəzi

Burada Siz yeniliklər, reklam xarakterli məlumatlar və digər materiallarla tanış ola bilərsiniz.

Vakansiyalar

Cari vakansiyalar barədə məlumat almaq üçün elanlarımızı izləyin.

AccessQazanc

Nağdsız ödəniş edərkən pul qazanmaq?!

Ən sərfəli təkliflər və xəbərlər barədə məlumatları birinci almaq istəyirsiniz?
АccessBank-ın yeniliklərinə abunə olun!

Ad və soyad daxil edin!
Düzgün e-mail ünvan daxil edin!
Düzgün e-mail ünvan daxil edin!
Siz uğurla abunə oldunuz!