open video

FAQ

 İnternet Bankçılıq haqqında

  • Internet Bankçılıq nədir?
  • AccesBank hesablarınıza nəzarət , qalıqlara baxış , köçürmələr etmək və digər imkanlar üçün mövcud ən sürətli və ən rahat yollarından biridir. İnternetə çıxışı olan təhlükəsiz şəxsi cihazlardan(komputerdən) istifadə edərək unikal istifadəçi adınızı və şifrənizi daxil etməklə Siz onlayn bank əməliyyatları edə biləcəksiniz . Bu, təhlükəsiz, rahat və 3 ay müddətində pulsuzdur. (fiziki şəxslər və fərdi sahibkarlar üçün).
  • myAccess nədir?
  • AccessBank Azərbaycan QSC tərəfindən yaradılmış İnternet Bankçılıq sistemidir.
  • Hansı bank əməliyyatlarını myAccess vasitəsilə həyata keçirmək mümkündür?
  • myAccess onlayn əməliyyatlar etmək və bütün bank məhsllarına nəzarət etməyə imkanı yaradır:
  • * Əmanətlər, kreditlər, ipoteka və kartlar üzrə əməliyyatlar və qalıqlara baxış
  • * 01.11.2014 tarixindən myAccess vasitəsilə həyata keçirilmiş bütün əməliyyatlara baxış
  • * 01.11.2014 tarixindən cari hesab, əmanət və kart hesablarının hesabdan çıxarışlarına baxış. Kartdan çıxarışlar isə son 3 ay üçün mümkündür. Əgər Siz daha əvvəlki dövr üçün çıxarış istəyirsinizsə, o zaman hər hansı yaxın bankımızın filialı ilə əlaqə saxlayın.
  • * AccessBank hesablarınız arasında köçürmələr
  • * Bankdaxili köçürmələr - AccessBank-da hesabı olan digər şəxslərə vəsaitlər göndərə bilərsiniz
  • * Azərbaycan daxilində AZN ilə digər maliyyə institutlarına (banklara) vəsait göndərmək (Azərpoçt pul köçürmələri həmçinin)
  • * Kreditlər haqqında ətraflı məlumat - Ödəniş planı və ödəniş tarixçəsi daxil olmaqla
  • * myAcces məhsulları və xidmətləri haqqında ətraflı məlumat üçün bizim Çağrı mərkəzi ilə çat və ya e-mail vasitəsilə istədiyiniz vaxt əlaqə saxlayın. Həmçinin Çağrı mərkəzinə saat 22:00-dək 151 nömrəsinə zəng edib sullarınız ünvanlandıra bilərsiniz. *Şifrənin onlayn bərpası - myAccess üçün nəzərdə tutulmuş şifrəni unutmuş müştərilər myAccess-ə dərhal daxil olmaq üçün yenidən müvəqqəti şifrəni banka yaxınlaşmadan artıq özlərinə göndərə bilərlər. Daha banka gəlməyə ehtiyac qalmayacaq.
  • myAccess-dən istifadə üçün nə lazımdır?
  • myAccess-ə daxil olmaq üçün heç bir proqram tələb olunmur. Sizə lazım olan sadəcə kompüter(digər qurğular) və internet bağlantısıdır. myAccess-dən istifadə üçün tövsiyə olunan internet brauzer versiyaları:
  • - MS Internet Explorer v 9.
  • - Mozilla Firefox v 16.0
  • - Google Chrome v 24 Brauzer JavaScript-i və CSS3 dəstəkləməlidir.
  • Bəzi brauzerlər avtomatik proqram yenilənməsini təklif edə bilər - Sizin kompüter skan olunur və əgər brauzerin köhnəlmiş versiya olduğu aşkarlanırsa, brauzer Sizə yenilənməni (update) quraşdırmaq seçimi verir.

Təhlükəsizlik və myAccess

  • myAccess nə dərəcədə təhlükəsizdir?
  • Onlayn təcrübənizin təhlükəsiz qalması üçün Accessbank tərəfindən hər cür tədbirlər görülür. Davamlı olaraq onlayn bank əməliyyatlarını qorumaq üçün səylər göstərərək, AccessBank İnternet Bankçılığın istifadəsi üçün tam SHA256-bit şifrləməni tələb edir. Şifrləmə həssas məlumatları göndərilməmişdən qabaq baş verən tanınmaz simvollar sətrinə çevirmə prosesidir ki, internet üzərindən göndərilən məlumatları bankın serveri və Sizin internet brauzer arasında təhlükəSiz saxlayır. Şifrləməyə əlavə olaraq hər dəfə xidmətdən istifadə zamanı Sizin unikal istifadəçi adınız, şifrə və SMS-kod (BDŞ) Sizin sistemə girişinizi təsdiqləyəcək. myAccess sistemi üçün təhlükəsizlik üzrə tövsiyələr haqqında daha ətraflı: Təhlükəsizlik üzrə tövsiyələr 
  • Sizin şəxsi məlumatılarınızın təhlükəsizliyi daim Accessbank üçün prioritetdir.
  • myAccess-ə necə qoşulmaq olar?
  • Sadəcə ən yaxın Accessbank filialına yaxınlaşın və myAccess-ə qoşulmaq istəyinizi bildirin. Xahiş olunur, öz Şəxsiyyət vəsiqənizi gətirməyi unutmayın.
  • Şifrəmi onlayn daxil etmək nə dərəcədə təhlükəsizdir?
  • Şifrləmə sayəsində myAccess vasitəsilə məlumat göndərilməsi və qəbulu artıq daha etibarlıdır. Şifrləmə bankın serveri və internet brauzer arasında məlumatların təhlükəsiz (şifrəniz və ya həyata keçirdiyiniz əməliyyatlar kimi) saxlanılmasına kömək edir.
  • myAccess haqqında daha ətraflı haradan öyrənmək olar?
  • Köməkçi bir sıra mənbələr :
  • - Video - təlimatlar vasitəsilə
  • - Tez-tez Verilən Suallar (Müntəzəm Verilən Suallar) bölməsindəki sual və cavablara yenidən nəzərdən keçirin
  • - Siz myAccess vasitəsilə təhlükəsiz ismarıc göndərə bilərsiniz. Sadəcə, İnformasiya menyusu və Mənim ismarıclarım altmenyusunu sıxmaqla Siz birbaşa bizim Çağrı mərkəzinə müraciət edə bilərsiniz.
  • - Bizim Çağrı mərkəzinə müraciət üçün 151-ə zəng edə bilərsiniz.
  • - Onlayn çat vasitəsilə də bizim Çağrı mərkəzi ilə əlaqə saxlamaq mümkündür. Çat 24/7 saat fəaliyyət göstərir. Biz Sizin myAccess-ə giriş və onun istifadəsi haqqında istənilən sualınıza cavab verməyə şad olarıq.

 

 myAccess-dən istifadə

  • myAccessdən istifadə yalnız kompyuter vasitəsilə mümkündür?
  • Sistemə giriş internetə çıxışı olan istənilən qurğu ilə mümkündür
  • Günün hansı vaxtı əməliyyat etmək mümkündür?
  • myAccess 24/7 saat fəaliyyət göstərir
  • myAccessdən istifadə zamanı hər hansı bir məhdudiyyətlər varmı?
  • myAccess istifadə edərkən məbləğ üzrə limitlərin olduğunu unutmamaq lazımdır. Limitlər barədə daha ətraflı məlumat üçün Tariflər bölməsinə keçin
  • Ölkə hüdudlarında kənarda myAccess-dən istifadə edə bilərəm?
  • Əlbəttə. Əgər Siz qeydiyyatdan keçmiş istifadəçisizsə və internetə çıxışınız varsa, Siz dünyanın istənilən nöqtəsində myAccess-dən istifadə edə bilərsiniz.
  • Ölkədən kənarda olduqda SMS kod almaq mümkün olacaqmı?
  • Ölkədən kənarda olan zaman SMS kod almaq üçün ölkəni tərk etməzdən əvvəl mobil nömrənizi rouminq xidmətinə keçirməyiniz xahiş olunur
  • Ölkədən kənarda olduqda daxil olan SMS kod pulsuz olacaq?
  • Adətən daxil olan SMS pulsuzdur, amma daha dəqiq məlumat üçün öz mobil rabitə operatorunuz ilə əlaqə saxlamağınız tövsiyyə olunur.
  • Xarici mobil nömrəsinə (operatoruna) SMS kod almaq mümkündürmü?
  • Bəli, amma bunun üçün Siz ilk öncə nömrənizi myAcces-ə birləşdirməlisiniz. Bu istənilən Sizə uyğun Accessbank filialında edilə bilər.
  • Mobil nömrəyə SMS kod gəlmirsə nə etməli?
  • İlk öncə telefonu söndürüb yenidən yandırmağa çalışın. Əgər Siz hələ də kodu əldə etməmisinizsə o zaman 151 nömrəsinə zəng etməklə və ya onlayn çata yazmaqla Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz. Əks halda istənilən AccessBank filialına müraciət edə bilərsiniz.
  • myAccess-dən istifadə etməməyə başlasam nə baş verəcək?
  • myAccess xidməti 3 ay ərzində pulsuzdur. Sonra sistem passiv rejimə keçəcək, Siz xidmətdən istifadə etmək üçün artıq ödəniş etməli olacaqsınız. Yəni, əgər sistemdən istifadə üçün müddət uzadılmayıbsa sistemin rejimi avtomatik oalraq passiv rejimə dəyişdiriləcək.
  • Loqini unutsam nə baş verəcək?
  • myAccess-ə loqin istənilən Accessbank filialından dəqiqləşdirilə bilər. Xahiş olunur, öz Şəxsiyyət vəsiqənizi gətirməyi unutmayın.
  • Şifrəni unutsam nə baş verəcək?
  • myAcces vasitəsilə Siz özünüzə(mobil nömrəyə) yeni müvəqqəti şifrə göndərib daha sonra isə daimi şifrə qeyd edib dəyişə bilərsiniz. Əks halda, Sizə uyğun istənilən AccessBank filialına müraciət edə bilərsiniz.
  • Şifrə hansı qaydalara uyğun qeyd edilməlidir?
  • Daimi şifrənin tərtib olunma qaydası:
  • - minimum 8 simvol
  • - latın əlifbasının hərfləri - rəqəmlər
  • Niyə öz maliyyə məlumatlarımı əldə etmək üçün cookies-i qəbul etməliyəm?
  • Cookie - Sizin kompüterdə olan mətn faylı. Sizin məlumatların təhlükəsizliyinin tərkib hissəsi kimi, cookie, Sizin xüsusi brauzer imtiyazlarınızı və təhlükəsizlik tələblərinizi Accessbanka (myAccess-ə) xatırladır. Əgər brauzer cookie-ni qəbul etməyə Sizi təhrik edirsə Siz bunu qəbul etməlisiniz. Əks halda məxfi informasiya çıxışına icazə verilməyəcək. Cookie-lər hər sayta uyğun fərqli olduğundan, yalnız Accessbank məlumatlarınızdan istifadə edə, deşifrə edə və istifadəyə verə bilər
  • Niyə internet bankinqdən istifadəni bitirdikdən sonra çıxış etmək tövsiyyə olunur?
  • Təhlükəsizlik məqsədilə myAccess hesabınızın seansı (sessiya) 15 dəqiqədən sonra avtomatik bağlanır. Öz myAccess hesabınızın təhlükəsiz olmasını təmin etmək üçün Siz həmişə ekranın yuxarı sağ küncündə yerləşən Çıxış düyməsindən istifadə edərək sistemdən çıxış etməlisiniz.  

 

 

 Şəxsi parametrləri dəyişmək

  • Öz Loqin və Şifrəmi dəyişə bilərəm?
  • Loqin (İstifadəçi Adı) - onlayn dəyişdirilə bilməz. Dəyişmək üçün Sizə uyğun filialara yaxınlaşmalı və şəxsən müraciət etməlisiniz. Şifrə - Bəli, Sizin myAccess "Şəxsi parametrlər" səhifəsindən daxil olub "Təhlükəsizlik parametrləri" bölməsində ilk öncə köhnə şifrəni , sonra isə yeni şifrəni 2 dəfə qeyd edin. Qeyd: Şifrənizi dəyişərkən heç kimin təxmin edə bilməyəcəyi bir şifrə təyin etmək tövsiyyə olunur. Siz onu heç vaxt hardasa qeyd etməyin. Siz Login və Şifrəni yadda saxlamalısınız. Bu mühüm addımlar Sizin maliyyə məlumatlarızın icazəsiz əldə etmək istəyən üçünçü tərəflərin əlinə keçməyinin qarşısını alacaq.
  • Öz hesablarıma ad qoya bilərəm?
  • Bəli, Siz hesablarınızı daha asan izləmə və nəzarət üçün onlara adlar verə bilərsiniz. Hər bir hesabın əməliyyat menyusundan adını dəyişmək düyməsini sıxmaqla, arzuladığınız hesab adını qeyd edə bilərsiniz. Bu adlar Sizin hesablarınıza, qalıqlara və ya onların vasitəsilə edilən köçürmələrə heç bir təsir göstərmir Mən haradan bilərəm ki, istifadə etdiyim interent səhifə təhlükəsizdir? Sizin onlayn maliyyə məlumatlarınızı özəl və təhlükəsiz saxlamaq naminə myAccess səhifəsi "secured" (qorunulan) internet saytdır. Siz brauzerin ünvanı bölməsinin əvvəlində https:// görürsünüzsə deməli, artıq təhlükəsiz saytdasınız.
  • 1 ildən daha uzun müddətə olan hesabdan çıxarışı necə əldə edə bilərəm?
  • Əmanət hesabları üçün myAccess vasitəsilə 5 il müddətinə qədər olan elektron hesabdan çıxarışları əldə edə bilərsiniz . Əgər Siz çıxarışı əldə etməklə bağlı çətinlik yaşayırsınızsa və ya əgər Siz digər hesablar üçün çıxarış lazımdırsa Çağrı mərkəzimizə telefon və ya çat vasitəsilə müraciət edə bilərsiniz. Qeyd edək ki: Əgər hesab bağlanmışdırsa onlayn hesabdan çıxarış əldə etmək mümkün deyil. Tövsiyyə olunur ki, hesabınız bağlanmadan hesabdan çıxarışları yükləyəsiniz.

 

 Məlumatların təhlükəsizliyi

  • Onlayn oğurlanma və ya fırıldaqçılıq qurbanı olduğunuz zaman nə etməli?
  • Belə bir halın olduğunu aşkarlayan kimi dərhal bankımızın 151 nömrəsi vasitəsilə Çağrı mərkəzi ilə əlaqə saxlayın.
  • Onlayn informasiyanı təhlükəsiz saxlamaq üçün hansı tövsiyyələri tətbiq etməliyəm?
  • Sizin məlumatlarınız təhlükəsizliyi AccessBankda birinci dərəcəli işdir. Bizim sistemlərimiz və təhlükəsizlik prosedurlarımız bütün dövrlərdə Sizin şəxsi və maliyyə məlumatlarınızı məxfi saxlamaq üçün nəzərdə tutulub. Sizin də bu işdə müstəsna rolunuz var və Siz  AccessBankın təklif etdiyi "təhlükəsizlik üzrə tövsiyyələr" faylını,oxuyaraq təcrübədən keçirin və maliyyə məlumatlarınızı icazəsiz istifadədən bizimlə birlikdə mühafizə edin

İnternet Bankinq

KREDİT KALKULYATORU
KREDİT SİFARİŞİ
23.04.2018
NAĞD NAĞDSIZ
ALIŞ
$ USD 1,6990
€ EUR 2,0445
₽ RUB -
£ GBP -
SATIŞ
1,7040
2,1071
-
-

Mükafatlar

AccessBank-ın təltif olunduğu mukafatlarla burada tanış ola bilərsiniz.

Müraciət

Şikayət və ya təkliflərinizlə bizimlə bölüşmək üçün bu səhifəyə daxil olun

Xəbərlər arxivi

Bu səhifədə Siz, Bankın xəbərləri ilə tanış ola bilərsiniz.

KİV-Mərkəzi

Burada Siz yeniliklər, reklam xarakterli məlumatlar və digər materiallarla tanış ola bilərsiniz.

Vakansiyalar

Cari vakansiyalar barədə məlumat almaq üçün elanlarımızı izləyin.

AccessQazanc

Nağdsız ödəniş edərkən pul qazanmaq?!

Ən sərfəli təkliflər və xəbərlər barədə məlumatları birinci almaq istəyirsiniz?
АccessBank-ın yeniliklərinə abunə olun!

Ad və soyad daxil edin!
Düzgün e-mail ünvan daxil edin!
Düzgün e-mail ünvan daxil edin!
Siz uğurla abunə oldunuz!