open video

Səhmdarlar

Bankın ali idarəetmə orqanı Səhmdarların Ümumi Yığıncağıdır. Bank yığıncaqlarda bütün səhmdarların bərabər səviyyədə iştirakını, onların gələcək yığıncaqlar haqqında vaxtında məlumatlandırılmasını təmin edir və yığıncağın gündəliyinə daxil edilən məsələlər üzrə qərar qəbul etmək üçün zəruri olan məlumatları və materialları onlara təqdim edir.AccessBank-ın Nizamnamə kapitalı 119,85 milyon manat təşkil edir. Bu, 100% xarici kapitaldan ibarət olub, 6 beynəlxalq maliyyə institutuna məxsusdur.

Qara Dəniz Ticarət və İnkişaf Bankı

(AccessBank-ın səhm kapitalının 20%-i)

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB), Qara Dəniz regionunun 11 ölkəsi tərəfindən yaradılmış beynəlxalq maliyyə təşkilatıdır. Bankın məqsədi, onun səhmdarları olan ölkələrin inkişaf etdirilməsindən və onlar arasında əməkdaşlığın sürətləndirilməsindən ibarətdir. 3 milyard Аvro həcmində nizamnamə kapitalına malik olan bu bank, ticarət və layihə maliyyələşməsini təmin edir, üzv ölkələrdəki dövlət və özəl müəssisələrin inkişafını və regional əməkdaşlığı təşviq etmək həmçinin, güclü iqtisadi əlaqələr yaratmaq üçün zəmanət verir.

Avropa Yenidənqurma və İnkişaf Bankı (20%)

Avropa Yenidənqurma və İnkişaf Bankı, Mərkəzi Avropadan Mərkəzi Asiyaya qədər 29 ölkədə həyata keçirilən layihələri dəstəkləyən beynəlxalq maliyyə təşkilatıdır. İlk növbədə, tələbatları bazarla tam ödənilə bilməyən özəl sektor müştərilərinə maliyyə yardımı göstərən bu bank sahibkarlığın inkişafı, açıq və demokratik bazar iqtisadiyyatına keçid üçün şərait yaradır. Regionda ən böyük investor olan AYİB, həmçinin, fəaliyyət göstərdiyi ölkələrə əhəmiyyətli dərəcədə xarici investisiyaları bilavasitə səfərbər edir. Bank, əsasən, özəl müəssisələri maliyyələşdirir və bunu, adətən, öz ticarət tərəfdaşları ilə birlikdə həyata keçirir. O, maliyyə sektorunda və real iqtisadiyyatda fəaliyyət göstərən mövcud şirkətlərə investisiya yatırmaqla onların maliyyələşdirilməsini həyata keçirir.
Bank, həmçinin, özəlləşməyə yardım, dövlət şirkətlərinin restrukturizasiyası və bələdiyyə xidmətlərinin təkmilləşdirilməsi sahələrində dövlət şirkətləri ilə əməkdaşlıq edir.
61 ölkəyə və 2 hökumətlərarası təşkilata məxsus olan AYİB hökumətlərlə, dövlət orqanları ilə və vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə sıx siyasi dialoq apararaq onların məqsədlərinin həyata keçirilməsinə yardım göstərir. Həyata keçirdiyi bütün əməliyyatlarda AYİB korporativ idarəetmə və davamlı inkişaf üzrə ən yüksək standartlara riayət edir. İctimai təşkilat olaraq, AYİB ciddi ictimai informasiya siyasətini həyata keçirir.

Beynəlxalq Maliyyə Korporasiyası (20%)

Dünya Bankı Qrupuna üzv olan BMK yoxsulluq səviyyəsinin azaldılmasına və əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına imkan yaradır. O, özəl sektorun inkişafına yardım etməklə, şəxsi kapitalı səfərbər etməklə, hökumət və biznes müəssisələrinə məsləhət və risklərin azaldılması üzrə xidmət göstərməklə ölkələrin sabit iqtisadi inkişafına kömək edir. 2009-cu maliyyə ilində BMK-nın yeni investisiyalarının cəmi 14,5 milyard ABŞ dolları təşkil edib və bu, maliyyə böhranı şəraitində, inkişaf etməkdə olan ölkələrə kapitalın yönəldilməsinə imkan yaradıb.

KfW - Kreditanstalt für Wiederaufbau (20%)

KfW İnkişaf Bankı, Almaniya hökumətinin adından inkişaf etməkdə olan ölkələrin əhalisinin iqtisadi-sosial şəraitinin yaxşılaşdırılması məqsədi ilə fəaliyyət göstərir. Onun məqsədi müvafiq ölkələrin ictimai və iqtisadi infrastrukturu yaratmaq və genişləndirmək və resursların qorunması və sağlam mühit təmin etmək məqsədilə maliyyə sistemini inkişaf etdirməkdir. KfW dünya üzrə məsuliyyətli və davamlı mikromaliyyə üzrə liderdir və dünyada hədəf qrupu yönümlü maliyyə institutları ilə məşğul olur. 2010-cu ilin dekabr ayının 30-na KfW-in balans hesabat cəmi 442 milyard Avrodur. KfW Almaniyada Moody’s, Standard & Poor’s və Fitch Ratings tərəfindən verilən ən yüksək renkinqlərdən biri AAA renkinqinə malikdir.

Access Microfinance Holding AG (16,53%)

AccessHolding mikromaliyyələşdirmə sənayesində strateji investordur. O, 2006-cı ildə LFS Financial Systems (16,12%) tərəfindən yaradılıb və hər birinin payı 16,12% olmaqla, beynəlxalq özəl və dövlət investorları qrupuna məxsusdur – bu qrupa CDC Group plc (Böyük Britaniya hökumətinə məxsus olan və iqtisadiyyatın inkişafına və güclənməsinə investisiya qoyan fond), AİB – Avropa İnvestisiya Bankı (Avropa İttifaqının maliyyə institutu), BMK, KfW İnkişaf Bankı, Omidyar Tafts Mikromaliyyələşdirmə Fondu (EBay təsisçisi tərəfindən yaradılıb), eləcə də LFS-in Micro- Assets (3,26%) heyət üzrə investisiya proqramı daxildir. AccessHolding mikromaliyyələşdirmə institutlarına investisiya qoymaq və səhm maliyyələşdirməsinin, xidmət və idarəetməyə yardım əməliyyatlarının bir araya gətirilməsi hesabına həmin investisiyaları inkişaf etdirmək, eləcə də ümumi brend fərdiliyinə malik qlobal mikromaliyyələşdirmə bankları şəbəkəsi yaratmaq məqsədi ilə fəaliyyət göstərir.

LFS Financial Systems GmbH (3,47%)

LFS Berlin şəhərində yaradılmış və inkişaf etməkdə olan ölkələrdə həyata keçirilən maliyyə sektoru layihələri və keçid iqtisadiyyatı üzrə ixtisaslaşan məsləhət şirkətidir. 1997-ci ildə yaradılmış LFS, mikro və kiçik biznes maliyyələşməsi sahəsində aparıcı məsləhət şirkətindən birinə çevrilib. LFS şirkətinin tətbiq etdiyi və daimi məsləhətçilərdən ibarət böyük bir qrupun həyata keçirdiyi kredit texnologiyaları və təcrübi yanaşmalar sayəsində bu şirkət beynəlxalq donorların və investorların faydalı tərəfdaşına çevrilib. Ənənəvi məsləhətləşmə fəaliyyəti çərçivəsindən kənara çıxaraq, LFS həm menecer və həm də investor qismində çıxış etməklə mikromaliyyələşdirmə təşkilatlarına investisiya qoyur. Bu növ investisiyaların ilk dəfə qoyulmasında qazanılan təcrübəyə əsaslanaraq, LFS hal-hazırda AccessBank brendi adı altında beynəlxalq mikromaliyyələşdirmə bankları şəbəkəsini yaradır.

Haqqımızda

KREDİT KALKULYATORU
KREDİT SİFARİŞİ
30.05.2017
NAĞD NAĞDSIZ
ALIŞ
$ USD 1,6510
€ EUR 1,8490
£ GBP -
₽ RUB -
SATIŞ
1,7110
1,9253
-
-

Mükafatlar

AccessBank-ın təltif olunduğu mukafatlarla burada tanış ola bilərsiniz.

Müraciət

Şikayət və ya təkliflərinizlə bizimlə bölüşmək üçün bu səhifəyə daxil olun

Xəbərlər arxivi

Bu səhifədə Siz, Bankın xəbərləri ilə tanış ola bilərsiniz.

KİV-Mərkəzi

Burada Siz yeniliklər, reklam xarakterli məlumatlar və digər materiallarla tanış ola bilərsiniz.

Vakansiyalar

Cari vakansiyalar barədə məlumat almaq üçün elanlarımızı izləyin.

AccessQazanc

Nağdsız ödəniş edərkən pul qazanmaq?!

Ən sərfəli təkliflər və xəbərlər barədə məlumatları birinci almaq istəyirsiniz?
АccessBank-ın yeniliklərinə abunə olun!

Ad və soyad daxil edin!
Düzgün e-mail ünvan daxil edin!
Düzgün e-mail ünvan daxil edin!
Siz uğurla abunə oldunuz!