open video

Lounge Key



“Lounge Key” dünyanın hər yerində olan hava limanlarının 850-dən artıq lounge zallarına asan və rahat giriş imkanını yaradan beynəlxalq proqramdır. Bakının hava limanlarının 3 lounge zalı var və bu proqram sayəsində zala girişi əvvəlcədən sifariş etməyə, yaxud əvvəlcədən ödəniş etməyə ehtiyac yoxdur.

İndi “Lounge Key” proqramı sayəsində, aviaşirkətdən və uçuş zamanı xidmət səviyyəsindən asılı olmayaraq, sadəcə, AccessBank-ın Visa Platinum və ya Visa Infinite premial kartını təqdim etməklə lounge zonasına daxil olmaq mümkündür.

 

 

“Lounge Key” zallarına daxil olma şərtləri:

  • AccessBank-ın hər bir Visa Platinum və ya Visa Infinite kart sahibi olan müştərisi “Lounge Key” proqramından istifadə edə bilər. Kartı xüsusi olaraq aktivləşdirməyə ehtiyac yoxdur.
  • Sakit və rahat “Lounge Key” zalında qəlyanaltı etmək, dincəlmək və ya işləmək, telefondan, faksdan, İnternetdən istifadə etmək, təzə qəzetlərlə tanış olmaq və s. mümkündür.
  • “Lounge Key” zalından bir nəfərin istifadə etməsi qiyməti - 27 ABŞ dollarıdır. Ödəniş lounge zalındakı qəbul masasında, ödəniş kartı vasitəsi ilə həyata keçirilir. Lounge zalına Sizinlə bərabər qonaqlarınız da daxil ola bilər. Lounge zalına dəvət oluna biləcək qonaqların sayı hər bir konkret “Lounge Key” zalının şərtlərindən asılıdır.

 

"Lounge Key"proqramına necə qoşulmaq olar?

  • İlk olaraq AccessBank-dan Visa Platinum və ya Visa Infinite kartı əldə edin.
  • “Lounge Key” proqramının İnternet saytına daxil olun, özünüz üçün şəxsi “Lounge Key” profili yaradın (“Lounge Key” mobil əlavəsinin sonrakı personalizasiyası üçün login və parol tələb olunur)
  • Telefonunuza “Lounge Key” əlavəsini (Android və iPhone üçün mümkündür) yükləyin və öz “Lounge Key” logininizi və parolunuzu əldə edin.

 

 

Bu və ya digər hava limanında "Lounge Key" lobbi zonasının mövcudluğu haqqında məlumatı, eləcə də xidmətlərin və şərtlərin tam siyahısını (yerləşmə şərtləri, iş saatları və istifadə xüsusiyyətləri) aşağıdakı mənbələrdən əldə etmək mümkündür:

  • Lounge Key saytından;
  • Lounge Key (iOS, Android, Windows) mobil əlavəsindən;
  • Lounge Key Çağrı Mərkəzindən.

 

AccessBank-dan özünüz üçün Visa Platinum və ya Visa Infinite premial kartı açın və

müstəsna üstünlükləri əldə edin!

Plastik kartlar

KREDİT KALKULYATORU
KREDİT SİFARİŞİ
26.09.2017
NAĞD NAĞDSIZ
ALIŞ
$ USD 1,6890
€ EUR 1,9656
₽ RUB -
£ GBP -
SATIŞ
1,7030
2,0362
-
-

Mükafatlar

AccessBank-ın təltif olunduğu mukafatlarla burada tanış ola bilərsiniz.

Müraciət

Şikayət və ya təkliflərinizlə bizimlə bölüşmək üçün bu səhifəyə daxil olun

Xəbərlər arxivi

Bu səhifədə Siz, Bankın xəbərləri ilə tanış ola bilərsiniz.

KİV-Mərkəzi

Burada Siz yeniliklər, reklam xarakterli məlumatlar və digər materiallarla tanış ola bilərsiniz.

Vakansiyalar

Cari vakansiyalar barədə məlumat almaq üçün elanlarımızı izləyin.

AccessQazanc

Nağdsız ödəniş edərkən pul qazanmaq?!

Ən sərfəli təkliflər və xəbərlər barədə məlumatları birinci almaq istəyirsiniz?
АccessBank-ın yeniliklərinə abunə olun!

Ad və soyad daxil edin!
Düzgün e-mail ünvan daxil edin!
Düzgün e-mail ünvan daxil edin!
Siz uğurla abunə oldunuz!