myCard

myCard - depozit və debet kartlarının xüsusiyyətlərini özündə birləşdirən və eyni zamanda əlavə üstünlüklərə malik olan beynəlxalq kartdır.
myCard ilə Siz dünyanın istənilən ölkəsində alış-veriş edə və öz vəsaitinizdən əlavə qazanc əldə edə bilərsiniz.
myCard ilə ATM, POS terminal və internet olan hər yerdə ödəniş etmək mümkündür.
Şərtlər:
|
myCard Classic* | myCard Gold | myCard Platinum |
Kartın valyutası |
AZN / USD / EUR | AZN / USD / EUR | AZN / USD / EUR |
Kartın dəyəri - 1 il |
mövcud deyil | 45 AZN | 60 AZN |
Kartın dəyəri - 2 il |
mövcud deyil | 60 AZN | 80 AZN |
Kartın dəyəri - 3 il |
20 AZN | 70 AZN | 100 AZN |
Faiz hesablanması üçün minimal məbləğ |
500 AZN / USD | 500 AZN / USD | 500 AZN / USD |
Müsbət qalığa hesablanacaq faiz dərəcəsi** | AZN-5%; USD-1% | AZN-6%; USD-1% | AZN-6%; USD-1% |
Gündəlik limit*** | 1500 AZN | 2000 AZN | 3000 AZN |
Aylıq limit*** | 7000 AZN | 10000 AZN | 15000 AZN |
AccessBank bankomatlarında tutulan nağdlaşdırma komissiyası**** | 0% | 0% | 0% |
AccessBank POS terminallarında tutulan nağdlaşdırma komissiyası | 1% | 1% | 1% |
*«myCard Classic» kartı 3 il müddətinə buraxılır.
**EUR valyutasına faizin hesablanması nəzərdə tutulmur.
***Bu limitə AccessBank bankomatlarda aparılan nağdlaşdırma əməliyyatlarının cəmi, eləcə də myAccess sistemi ilə edilən pul köçürmələri daxildir.
****AccessBank-ın bankomatlarında yalnız AZN və USD valyutası nağdlaşdırmaq mümkündür.
Üstünlüklər:
- myCard-la edilən ödənişlərə AccessQazanc proqramı çərçivəsində cash-back xidməti tətbiq olunur. Bu xidmət sayəsində AccessBank-ın kartı ilə edilən ödənişlərin bir hissəsi müştərinin kartına geri qayıdır;
- İnternet-Bankinq və Mobile Banking xidmətlərindən 1 illik pulsuz istifadə öz hesablarınıza 24/7 rejimində nəzarət və idarə etmə imkanı yaradır;
- SMS-Bankinq xidmətlərindən 1 illik pulsuz istifadə və aparılan hər bir əməliyyat haqqında SMS vasitəsilə məlumatın alınması ;
- Card-to-card xidmətindən istifadə bankomat vasitəsilə kartdan karta operativ şəkildə pulköçürmə etməyə şərait yaradır;
- 3D Secure xidmətinə qoşulma bank kartı ilə edilən onlayn-ödənişlərin təhlükəsizliyini yüksək səviyyədə təmin edir.