open video

Müşahidə Şurası

Səhmdarların Ümumi Yığıncağı tərəfindən seçilən və səhmdar cəmiyyətin idarə heyətinin fəaliyyətini tənzimləyən orqandır. Müşahidə Şurası bankın fəaliyyəti üzərində ümumi rəhbərliyi həyata keçirir. Müşahidə Şurasının səlahiyyətlərinə bank fəaliyyətinin prioritet istiqamətlərinin müəyyən olunması, Bankın İdarə Heyətinin sədrinin və üzvlərinin seçilməsi və onların səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması, Səhmdarların Ümumi Yığıncağının çağırılması və Səhmdarların Ümumi Yığıncağının səlahiyyətlərinə aid olmayan digər məsələlər daxildir.
Müşahidə Şurasının sədri onun üzvləri sırasından seçilir.


Doktor Yan Klasen

Müşahidə Şurasının Sədri

Doktor Yan Klasen 2017-ci ilin mart ayından bəri AccessBank-ın Müşahidə Şurasının üzvüdür, 2017-ci ilin iyul ayından isə bankın Müşahidə Şurasının sədri vəzifəsində çalışır. O, Köln Universitetində təhsilini biznes inzibatçılığı ixtisası üzrə bitirdikdən sonra 1994-cü ildə KfW-ə qoşulub. İdxal-İxrac Maliyyələşdirməsi şöbəsinin siyasi departamentinin Vitse-Prezidenti vəzifəsində çalışıb, daha sonra KfW nəzdindəki təbii ehtiyatların maliyyələşdirilməsi sektorunun heyətinə rəhbərlik edib. 2005-ci ilin aprel ayından başlayaraq, doktor Klasen KfW IPEX –Bankın korporativ işlər üzrə ofisinin nəzdində korporativ strategiya və inkişaf rəhbəri vəzifəsində yeni öhdəlikləri icra edib. 2009-cu ilin yayında KfW-ə qayıdaraq KfW-nin restrukturizasiya şöbəsinə rəhbərlik edib və köməkçi bankın qeyri-işçi aktivlərinə görə məsul şəxs təyin olunub.


Sayed Aftab Ahmed

Müşahidə Şurasının Üzvü

AccessBank yaradılandan (2002-ci ilin iyun ayından) bəri AccessBank-ın Müşahidə Şurasının üzvüdür. Cənab Ahmed 1989-cu ilin avqust ayından 2006-cı ilin dekabr ayınadək Beynəlxalq Maliyyə Korporasiyasında (BMK) çalışıb. BMK-də tutduğu son vəzifə Baş Menecer olub və BMK-nın qlobal mikromaliyyə strategiyasının və investisiya proqramlarının həyata keçirilməsi ilə məşğul olub. Korporasiyanı tərk etdikdən sonra cənab Ahmed Avropanın və Uzaq Şərqin digər 5 maliyyə institutunun və fondunun müşahidə şuralarının üzvü olub. Cənab Ahmed iqtisadiyyat sahəsində magistr dərəcəsinə malikdir. O, milliyyətcə pakistanlıdır, hal-hazırda ABŞ-da yaşayır və ingilis dilini mükəmməl bilir.



Tomas Enqelhardt

Müşahidə Şurasının Üzvü

2006-cı ilin sentyabr ayından etibarən AccessBank Müşahidə Şurasının üzvüdür. Bundan əvvəl o, AccessBank-ın yaradıldığı vaxtdan bəri bankın Baş Meneceri olub. O, AccessHolding İdarə Heyətinin sədri, LFS Financial Systems şirkətinin isə İcraçı Direktorudur. LFS-də o, 1996-cı ildən etibarən çalışır və AccessBank-ın yaradılmasına və təşkilinə görə məsul şəxs olub. Bundan əvvəl cənab Enqelhardt, Özbəkistanda, Azərbaycanda, Bosniya və Hersoqovinada həyata keçirilən Mikro, KOB və aşağı gəlirli layihələr ilə məşğul olub. Cənab Enqelhardt Berlində Azad Universitetini iqtisadiyyat sahəsi üzrə magistr dərəcəsi və Slavyan elmləri üzrə bakalavr dərəcəsi üzrə bitirib. Cənab Enqelhardt almandır və ingilis, alman və rus dillərini mükəmməl bilir.



Rayner Müller-Hanke

Müşahidə Şurasının Üzvü

Cənab Müller-Hanke 2014-cü ilin mart ayından etibarən AccessBank-ın Müşahidə Şurasının üzvüdür. O, Mərkəzi və Şərqi Avropa ölkələrində bankçılıq sahəsində 10 ildən artıq iş təcrübəsinə malikdir. Rusiyada Intesa Sanpaolo qrupunun bankı olan KMB Bankının Baş Direktoru (1999-2009) və Ukraynadakı Swedbank Bankının Baş Direktoru (2009-2013) vəzifələrində çalışıb. Onun əvvəlki iş təcrübəsi, həmçinin, Moskvadakı Almaniya-Rusiya Xarici Ticarət Palatasının İdarəetmə Komitəsinin üzvlüyünü və Beynəlxalq Məsləhətçilik Şirkətində Baş Bank Məsləhətçisi vəzifələrini, eləcə də AYİB Rusiya Kiçik Biznes Fondu Proqramının Həmsədri və bir sıra Rusiya banklarında Baş Məsləhətçilik Koordinatoru funksiyalarını ehtiva edir. Cənab Müller-Hanke Azad Berlin Universiteti (Freie Universität Berlin) iqtisadiyyat üzrə magistr dərəcəsinə layiq görülüb, Heydelberq və Madrid Universitetlərində iqtisadi təhsil alıb. Alman, ingilis, rus və ispan dillərini mükəmməl, italyan dilini yaxşı bilir .


Emre Yıldız

Müşahidə Şurasının Üzvü

Cənab Emre Yıldız 2017-ci ilin iyul ayından etibarən Müşahidə Şurasının üzvüdür. O, biznesin idarə olunması, marketinq, satış, korporativ əlaqələr və əməliyyatların idarə olunması sahəsində 18 ildən artıq iş təcrübəsinə malikdir. O, əvvəl Rusiya və Tükiyədə fəaliyyət göstərən Işbank Russia, Credit Europe Bank LTD., FinansBank və Bank Ekspres banklarında çalışıb. Cənab Yıldız Saratov Universitetində Beynəlxalq Münasibətlər üzrə magistr dərəcəsinə yiyələnib, İstanbul Universitetində Siyasi Elmlər üzrə bakalavr təhsili alıb. Cənab Yıldız serbiyalıdır, Serbiya və Türkiyə vətəndaşlığına malikdir. Türk, alman, ingilis, rus dillərini mükəmməl, serb dilini yaxşı bilir.

Haqqımızda

KREDİT KALKULYATORU
KREDİT SİFARİŞİ
22.08.2017
NAĞD NAĞDSIZ
ALIŞ
$ USD 1,6890
€ EUR 1,9488
£ GBP -
₽ RUB -
SATIŞ
1,7030
2,0088
-
-

Mükafatlar

AccessBank-ın təltif olunduğu mukafatlarla burada tanış ola bilərsiniz.

Müraciət

Şikayət və ya təkliflərinizlə bizimlə bölüşmək üçün bu səhifəyə daxil olun

Xəbərlər arxivi

Bu səhifədə Siz, Bankın xəbərləri ilə tanış ola bilərsiniz.

KİV-Mərkəzi

Burada Siz yeniliklər, reklam xarakterli məlumatlar və digər materiallarla tanış ola bilərsiniz.

Vakansiyalar

Cari vakansiyalar barədə məlumat almaq üçün elanlarımızı izləyin.

AccessQazanc

Nağdsız ödəniş edərkən pul qazanmaq?!

Ən sərfəli təkliflər və xəbərlər barədə məlumatları birinci almaq istəyirsiniz?
АccessBank-ın yeniliklərinə abunə olun!

Ad və soyad daxil edin!
Düzgün e-mail ünvan daxil edin!
Düzgün e-mail ünvan daxil edin!
Siz uğurla abunə oldunuz!