Lombard krediti
AccessBank – dan qızıl kimi kredit!
Kredit kalkulyatoru
Lombard krediti üçün
Lombard krediti üçün müraciət edin — real qızıl qazanmaq şansı əldə edin.
- Bu səhifədə və ya “Qızıl şans” səhifədə sorğu göndərməklə lotereyada iştirak edə bilərsiniz
- Lotereya 19 dekabr 2025 il tarixədək davam edəcək
Niyə AccessBank?
Ətraflı
Şərtlər
Kredit məbləği | 50 000 AZN-dək |
Müddət | 1 - 36 ay |
Aylıq faiz dərəcəsi | 1,5%-dən başlayaraq |
FİFD (Faktiki illik faiz dərəcəsi) | 24,96% - dən |
Komissiya | 1% (min 10AZN) - dən |
Təminat | qızıl-zinət əşyaları |
Ödəniş | annuitet sxemlə (bərabər hissələrlə) / sərbəst qrafikli ödəniş ( aylıq faiz ödənişi ilə) |
Tələblər
- Azərbaycan Respublikasının vətəndaşlığı
- 21-70 arası yaş həddi
- Şəxsiyyət vəsiqəsi
AccessBank-dan Qızıl Girovu ilə Lombard Krediti
Qızıl ilə Lombard bank məhsullarından biridir.Gözlənilməz xərclər, ehtiyac krediti halları və ya şəxsi planlar üçün maliyyə dəstəyi lazım olduqda, AccessBank-ın qızıl lombard krediti etibarlı və sürətli həll yoludur. Bu kredit növü qızıl zinət əşyaları qarşılığında verilir və yalnız şəxsiyyət vəsiqəsi tələb olunur. Gəlir sənədi və ya zaminə ehtiyac olmadığı üçün bu tez kredit forması həm sadə, həm də çevikdir.
Lombard Kreditin məbləği və müddəti rahat seçilir
AccessBank-ın lombard krediti çərçivəsində siz qızıl girovu müqabilində 50 000 AZN-dək nağd pul krediti əldə edə bilərsiniz. Kreditin müddəti isə 1 aydan 36 ayadək sərbəst seçilir ki, bu da fərdi maliyyə ehtiyaclarınıza uyğunlaşma imkanı yaradır. Bu ehtiyac krediti sizin qısa və ya uzunmüddətli planlarınıza uyğun olaraq rahatlıqla tənzimlənə bilər.
Aylıq faiz dərəcəsi
Kreditin aylıq faiz dərəcəsi 1,5%-dən başlayır və bu göstərici müştərinin seçdiyi kredit məbləği və müddətindən asılı olaraq dəyişə bilər. Faktiki İllik Faiz Dərəcəsi (FİFD) 24,96%-dən başlayaraq hesablanır ki, bu da ümumi kredit xərclərini real şəkildə əks etdirir. AccessBank-ın təqdim etdiyi bu şərtlər kreditle pul əldə etmək istəyənlər üçün şəffaf və müştəriyönümlü maliyyə modeli yaradır.
Lombard kredit üçün ödəniş forması müştərinin rahatlığına uyğunlaşdırılıb
Müştərilər ödənişləri öz seçimi ilə annuitet (bərabər hissələrlə) və ya sərbəst qrafikli (yalnız aylıq faiz ödənişi) ilə həyata keçirə bilirlər. Bu çevik seçimlər kredit götürmək istəyənlər üçün rahatlıq yaradır. Əlavə olaraq, ödənişləri filiala getmədən, onlayn mobil tətbiq vasitəsi ilə və ya AccessBank-ın rəsmi saytından həyata keçirmək olar.
Nümunə
Annuitet ödəniş (bərabər hissələrlə):
Bu üsulda hər ay eyni məbləğdə ödəniş edirsən. Yəni həm faiz, həm də əsas borcun bir hissəsi birlikdə ödənilir. Hər ayın ödənişi sabit olur.
Sərbəst qrafikli ödəniş (yalnız aylıq faiz):
Bu variantda hər ay yalnız faiz hissəsini ödəyirsən. Əsas borcu isə sonda – kreditin sonunda bir dəfəlik ödəyirsən. Bu, xüsusilə tecili kredit və ya qısamüddətli pul krediti ehtiyacı olan şəxslər üçün daha əlverişli seçim ola bilər.
Lombard kredit üçün Kimlər müraciət edə bilər?
Lombard kreditlərindən yararlanmaq üçün yalnız Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilər. Müraciət edən şəxsin yaşı 21 ilə 70 yaş arasında olmalıdır. Kreditin rəsmiləşdirilməsi üçün şəxsiyyət vəsiqəsi kifayət edir. Əlavə sənədlər və zamin tələb olunmur, bu da kredit götürmək istəyən şəxslər üçün prosesi daha sadə və sürətli edir.
Lombard kredit üçün Müraciət prosesi çox asandır
Sizin lombard modeli əsasında hazırlanmış bu məhsula müraciət AccessBank-ın rəsmi saytında yerləşən online Lombard krediti formunu doldurmaqla başlayır.. Daha sonra qızıl-zinət əşyalarının təqdimatı həyata keçirilir və kredit təsdiqləndikdən sonra vəsait birbaşa hesabınıza köçürülür. Bu da kreditler üçün tez və rahat çıxış imkanı verir.
Kredit kalkulyatoru vasitəsilə aylıq ödəniş məbləğini əvvəlcədən hesablamaq mümkündür. Kredit şərtlərini dəyərləndirmək və sizə uyğun olan variantı seçmək üçün kredit kalkulyatorundan istifadə edərək faiz və ödənişləri dəqiq hesablaya bilərsiniz.