AccessBank-ın Müşahidə Şurasının tərkibində dəyişiklik olub

26 aprel 2024
Fernanda Molejon AccessBank-ın Müşahidə Şurasının yeni üzvü vəzifəsini 2024-cü il aprelin 15-dən icra etməyə başlayıb və bu vəzifədə Verner Klası əvəz edib.

Fernanda Molejon inkişaf etməkdə olan bazarların maliyyə sektorlarında 25 illik təcrübəyə malikdir, o cümlədən Beynəlxalq Maliyyə Korporasiyasında (International Finance Corporation - IFC) risk və portfelin idarə olunması sahəsində müxtəlif rəhbər vəzifələrdə çalışıb.  IFC-də fəaliyyəti dövründə o, Latın Amerikası, Avropa, Yaxın Şərq, Şimali Afrika və Asiyanın maliyyə institutları ilə əməkdaşlıq edib. Ondan əvvəl  Molejon CitiBank Argentinada çalışıb və müxtəlif sənaye sahələrini əhatə edən korporativ bankçılığı idarə edib.

Hazırda Fernanda Molejon Asiya İnfrastruktur İnvestisiya Bankının (Asian Infrastructure Investment Bank – AIIB) Kredit və İnvestisiya Riskləri üzrə rəhbərinin müşaviri vəzifəsini icra edir.
Fernanda Molejon Madriddə (İspaniya) Maliyyə Tədqiqatları Fondunda Beynəlxalq Maliyyə üzrə magistr dərəcəsi, Torkuato di Tella Universitetində (Argentina) Maliyyə üzrə aspirantura və Argentinanın Katolik Universitetində Biznesin İdarə Edilməsi və Mühasibat Uçotu üzrə iki bakalavr dərəcəsi alıb.

İngilis, İspan və Portuqal dillərini bilir.
Paylaşmaq