15 ildir ki, kiçik sahibkaram. Biznesimin ilk illərində maddi sıxıntılar ilə üzləşirdim. Bu illərdə mənə yerli Avropa bankı olan “AccessBank” kömək etdi . Bankın köməkliyi ilə müştərilərə təklif etdiyim xidmətlərin sayını artırdım. Həmçinin yeni avadanlıqlar aldım. Kiçik sahibkarlara məsləhətim odur ki, biznes fəaliyyətinə başlayarkən “AccessBank”la başlasınlar. Çünki bu bank kiçik və orta sahibkarların dəstəkçisidir.
15 ildir ki, “AccessBank”ın müştərisiyəm. Bu illər ərzində dəfələrlə Bankdan kredit götürüb kiçik biznesimi inkişaf etdirmişəm. Çox sevinirəm ki, bizim ölkədə də kiçik biznesi düşünən, ona dəstək olan bank var.
“AccessBank”dan aldığım kredit sayəsində təsərrüfatımı qurmuşam. Hər zaman kredit lazım olduqda bu Banka müraciət etmişəm. Sayələrində indi geniş təsərrüfatım var. Hamıya tövsiyə edirəm. Vəsait almağa çəkinməyin. Alın, yaradın, inkişaf edin.
Hər kəs biznesə başlayanda sağlam tərəfdaş arzusunda olur. Mən bu tərəfdaş qismində “AccessBank”ı seçmişəm və yanılmamışam. İllərdir Bankın təklif etdiyi kreditlər sayəsində biznesimi inkişaf etdirirəm. Hər kəsə bu bankı məsləhət görürəm.
Su filtrlərinin satışı və kirayəsi ilə məşğul oluram. Bir neçə ildir ki, “AccessBank” ilə işləyirəm. Çox gözəl Bankdır, çox qısa müddətdə kredit verir. Mən hər bir vətəndaşımızı “AccessBank” ilə əməkdaşlığa çağırıram. “AccessBank”, təşəkkürlər!
Mən uzun illərdir ki, oksigen balonlarının satışı ilə məşğul oluram. 15 ildir mənə biznesimdə “AccessBank” dəstək olur. Kreditə ehtiyac duyduqda hər zaman rahatlıqla Banka müraciət edirəm və biznesimi daha da inkişaf etdirirəm. Sevinirəm ki, belə dayanıqlı və etibarlı tərəfdaşım var.
Artıq 14 ildir ki, “AccessBank” ilə əməkdaşlıq edirəm. Bu illər ərzində dəfələrlə Bankdan kredit almışam və hər zaman xidmətlərindən razı qalmışam. Ümid edirəm ki, əməkdaşlığımız daimi olacaq. “AccessBank”a, əməkdaşlarına bol-bol uğurlar diləyirəm.
“AccessBank”dan aldığımız kredit vasitəsilə yeni avadanlıqlar əldə etmişik. Bu avadanlıqlar sayəsində mebel istehsalı biznesimizi inkişaf etdiririk. Məhsullarımızın keyfiyyəti də günü-gündən artır. Bizə bu imkanı yaratdığı üçün “AccessBank”a təşəkkürümüzü bildiririk.