AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
3 may 2024
Razılaşmaya əsasən responsAbility Investment AG tərəfindən idarə olunan iki maliyyə fondu ilə 3 il müddətinə - 3 milyon ABŞ dolları və 2 milyon ABŞ dolları dəyərində iki Kredit Müqaviləsi təsdiqlənib. Cəlb edilən vəsaitlər Azərbaycanda sahibkarlığın təşviqi və inkişafına yönəlmiş təşəbbüslərə, o cümlədən Bankın əsas prioritet istiqamətlərindən olan mikrokreditlərin maliyyələşdirilməsinə yönəldiləcək.
“İnvestorumuz olan responsAbility Investment AG-dən aldığımız bu maliyyə dəstəyini çox yüksək qiymətləndiririk. Bu razılaşma yalnız biznes əməliyyatı deyil, həm də qarşılıqlı etimad və bankımızın Azərbaycanda sahibkarların imkanlarının genişləndirilməsi siyasətinə sadiqliyimizin bariz nümunəsidir. Cəlb edilən vəsaitlər hesabına biz regionda iqtisadi artım və inkişafı təşviq etmək üçün təşəbbüslərimizi daha da gücləndirəcəyik. Hər bir kredit yeni üfüqlərə çatmaq üçün bir fürsətdir və biz bu səyahətin bir hissəsi olmaqdan qürur duyuruq. Məqsədimiz müştərilərimiz üçün maliyyə sabitliyi və inkişaf yolunda etibarlı tərəfdaş olmaqdır”, - bunu AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri bildirib.
responsAbility Investment AG dünyada aktivlərin idarə edilməsi və inkişafa yatırımlar edən aparıcı şirkətlərindən biridir. Şirkət inkişaf etməkdə olan iqtisadiyyatlarda müxtəlif investisiya mexanizmlərinin idarə edilməsin həyata keçirir. AccessBank-la imzalanan Kredit Müqaviləsi şirkətin bankın siyasətinə və potensialına etibarını əks etdirir. responsAbility Investment AG 70 ölkədə 250-dən çox şirkətə sərmayə qoymuş 4,5 milyard ABŞ dollarından çox aktivə malikdir.