Mükafatlar

Yaradıldığı gündən etibarən AccessBank yüksək keyfiyyətli bank xidmətləri göstərməyə çalışır. Dəqiqlik, şəffaflıq və uğurlu biznes prinsiplərinə əsaslanaraq Bank ən yaxşı bank xidmətlərinin göstərilməsi və müştərilərə yeni bank məhsullarının təqdim olunması üzrə lider olduğunu sübut etməyi bacarıb. AccessBank-ın etibarlı və dinamik maliyyə təşkilatı qismində nüfuzu, müştərilərin tələbatının yüksək səviyyədə ödənilməsinə və bankın ən vacib məqsədlərinə nail olmağa kömək etməklə bərabər, həm də bankın aparıcı maliyyə təşkilatı qismində beynəlxalq aləmdə tanınmasına şərait yaradır.


Global Finance jurnalı növbəti dəfə AccessBank-ı “Dünyanın inkişaf edən bazarlarının ən yaxşı bankı (Asiya regionu üzrə)” nominasiyasında «Azərbaycanın ən yaxşı bankı» adına layiq görüb. Bank sektoru üzrə analitiklərin, korporasiya rəhbərlərinin və bank məsləhətçilərinin köməyi ilə jurnalın redaktorları, regionun inkişaf edən bazarının 22 ölkəsi arasında ən yaxşı bankı seçiblər.

2012-ci il noyabr ayında The Banker jurnalı AccessBank-ı növbəti dəfə «Azərbaycanda ilin bankı» adına layiq görüb. The Banker jurnalı dünyanın hər bir regionundan 147 ölkə arasında ən qabaqcıl, yaradıcı, dayanıqlı bankları qeyd edir.

2012-ci ildə Euromoney Nəşriyyat Qrupu növbəti dəfə АccessBank-ı «Azərbaycanın ən yaxşı Bankı» elan edib. Bank artıq ardıcıl üçüncü dəfədir ki, bu nominasiyada mükafata layiq görülür. Biznes və maliyyə sahəsində aparıcı nəşr tərəfindən təqdim olunan bu mükafat maliyyə aləmində ən nüfuzlu mükafat hesab olunur və dünyanın bir çox ölkələrində aparıcı banklara və maliyyə institutlarına təqdim edilir.

2011-ci il noyabr ayında The Banker jurnalı AccessBank-ı «Azərbaycanda ilin bankı» adına layiq görüb. The Banker jurnalı dünyanın hər bir regionundan 147 ölkə arasında ən qabaqcıl, yaradıcı, dayanıqlı bankları qeyd edir.

Euromoney Nəşriyyat Qrupu 2011-ci il iyul ayında AccessBank-ı Azərbaycanın ən yaxşı bankı adına layiq görüb. Bu nominasiyada bank artıq ikinci ildir ki, bu mükafatı qazanır. Maliyyə dünyasında ən nüfuzlu sayılan Euromoney mükafatı, dünyanın 100-dən artıq ölkəsinin bank və maliyyə institutuna təqdim olunur.

AccessBank inkişaf etdikcə, müştərilərin tələbatlarını ödəmək məqsədi ilə, özünü təkcə Azərbaycan bankları ilə deyil, həmçinin bütün dünyanın maliyyə təşkilatları ilə müqayisə edərək daim öz məhsullarının və xidmətlərinin keyfiyyətini artırmağa çalışır. Aktivlərin artımı, mənfəətlilik, müştəri xidmətləri, rəqabətli qiymətqoyma və istehsal innovasiyası göstəricilərinin maliyyə analizi əsasında 2011-ci ilin may ayında Global Finance Jurnalı AccessBank-ı “Azərbaycanın ən yaxşı bankı” adına layiq görüb.

2010-ci il oktyabrın 21-də «Standard & Poor’s» Reytinq Agentliyi, Azərbaycan Banklarının ilkin “İnformasiya şəffafliğinin tədqiqatı”nda (T&D) AccessBank-ı «Azərbaycanın ən şəffaf bankı» adına layiq görüb. Bu tədqiqat, bank aktivləri cəminin 96%-nə malik olan 30 ən böyük Azərbaycan bankını əhatə edir və burada hamı tərəfindən nəzərdən keçirilə biləcək illik hesabatlar, İnternetdə yerləşdirilmiş məlumatlar, eləcə də ictimai idarəetmə hesabatları öz əksini tapır.

2010-cu ildə AccessBank Euromoney nəşriyyat qrupu tərəfindən “Azərbaycanın ən yaxşı bankı” adına layiq görülüb. Dünyanın ən nüfuzlu mükafatlarından biri olan Euromoney 100-dən artıq ölkədə aparıcı banklara və maliyyə institutlarına verilir. Bu mükafatın verilməsi zamanı, iqtisadiyyatın diversifikasiyasına, iş yerlərinin yaradılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına kömək etmək məqsədi ilə AccessBank-ın orta və aşağı gəlirli Azərbaycan ailələrinə xidmət göstərmək cəhdi qeyd olunub.

2010-ci il iyunun 4-də, Mikromaliyyələşdirmə Mərkəzinin (MFC) Qazaxıstanda keçirilmiş illik konfransında АccessBank Müştərilərin Mühafizəsi və müştərilərin ifrat borclanmasının qarşısının alınması sahəsində təcrübəsinə görə mükafat alıb.

2010-ci il mayın 24-də, mikromaliyyə sektorunda biznes sahəsi üzrə informasiya xidmətlərinin aparıcı təchizatçısı Microfinance Information Exchange (MIX), AccessBank-ı özünün ən yüksək reytinqi olan «beş brilyantla» mükafatlandırıb.


Valyuta Məzənnələrİ

16.03.2019 ALIŞ SATIŞ
USD 1.6971 1.7015
EUR 1.8886 1.9464
Nağdsız ödəniş

Nağdsız ödəniş

16.03.2019 ALIŞ SATIŞ
USD 1.6971 1.7015
EUR 1.9078 1.9425
GBP 2.2138 2.2816
RUB 0.0259 0.0266

Kalkulyator*

AZN

* - hesablama nağd alış kursu üzrə aparılır

Hesablamaq
AZN