Mükafatlar

Yaradıldığı gündən etibarən AccessBank yüksək keyfiyyətli bank xidmətləri göstərməyə çalışır. Dəqiqlik, şəffaflıq və uğurlu biznes prinsiplərinə əsaslanaraq Bank ən yaxşı bank xidmətlərinin göstərilməsi və müştərilərə yeni bank məhsullarının təqdim olunması üzrə lider olduğunu sübut etməyi bacarıb. AccessBank-ın etibarlı və dinamik maliyyə təşkilatı qismində nüfuzu, müştərilərin tələbatının yüksək səviyyədə ödənilməsinə və bankın ən vacib məqsədlərinə nail olmağa kömək etməklə bərabər, həm də bankın aparıcı maliyyə təşkilatı qismində beynəlxalq aləmdə tanınmasına şərait yaradır.


2010-ci il fevralın 22-də Azeri Business Award mükafatının təqdimat mərasimində AccessBank İdarə Heyətinin sədri, doktor Andrev Pospielovsky «İlin bankiri» nominasiyası üzrə mükafatlandırılıb. Bankın rəhbəri, ümumdünya maliyyə böhranı dövründə Azərbaycan vətəndaşlarının milli bank sektoruna inamının möhkəmlənməsinə verdiyi böyük töhfəyə görə bu mükafata layiq görülüb.

2010-ci il fevralın 15-də Azərbaycan Mikromaliyyə Assosiasiyası AccessBank-ı “Ən yaxşı işəgötürən Mikromaliyyə İnstitutu” qismində mükafatlandırıb. Bu mükafatın verilməsini şərtləndirən amil ondan ibarətdir ki, AccessBank-ın kadr siyasəti, əksər hallarda, bank sahəsində iş təcrübəsi olmayan universitet məzunlarının işə qəbul olunması prinsipi üzərində qurulub.

2009-ci il iyunun 5-də beynəlxalq «Financial Times» nəşri AccessBank-ı Şərqi Avropanın inkişaf edən ölkələrində ən sabit banklardan biri kimi tanıyıb. Bu mükafat, öz fəaliyyətində liderlik və innovasiya nümayiş etdirmiş banklar və maliyyə təşkilatları üçün nəzərdə tutulub.

2009-ci il yanvarın 8-də Microfinance Information Exchange, Inc. (MIX) tərəfindən AccessBank ən yaxşı mikromaliyyə institutları siyahısında 41-ci yerə layiq görülüb. Bu reytinq Mikromaliyyə Təşkilatlarının çoxtərəfli fəaliyyətində səmərəlilik, effektivlik və şəffaflıq göstəricilərinə əsaslanır.

2008-ci il sentyabrın 23-də Azərbaycan Micromaliyyə Assosiasiyasının konfransında AccessBank-ın aqrar kreditləri “Ən yaxşı yeni məhsul” nominasiyasında mükafat alıb. Bu kreditlər fermerlər və fermer təsərrüfatları, eləcə də kənd təsərrüfatı ilə əlaqədar bizneslə məşğul olan şəxslər üçün nəzərdə tutulub


Valyuta Məzənnələrİ

22.01.2019 ALIŞ SATIŞ
USD 1.6990 1.7030
EUR 1.8923 1.9502
Nağdsız ödəniş

Nağdsız ödəniş

22.01.2019 ALIŞ SATIŞ
USD 1.6990 1.7170
EUR 1.9212 1.9502
GBP 2.1466 2.2114
RUB 0.0251 0.0252

Kalkulyator*

AZN

* - hesablama nağd alış kursu üzrə aparılır

Hesablamaq
AZN