Dividend siyasəti

Bankın dividend siyasəti səhmdarlarına dividendlərin ödənilməsi qaydalarını tənzimləyir.

Bankın Dividend siyasəti aşağıdakı prinsiplərə əsaslanır:
  • şəffaflıq – dividend siyasətinin reallaşdırılmasında, o cümlədən, dividendlərin miqdarı və ödənilməsi qərarının qəbulu üçün məlumatın açıqlanması;
  • əsaslanma – Bankın inkişaf planının nəzərə alınması şərti ilə, dividendlərin miqdarı və ödənilməsi haqqında qərarın yalnız Bankın müsbət maliyyə nəticələri əldə edəcəyi halda qəbulunu müəyyən edir;
  • ədalətlilik – dividendlərin verilməsi, məbləği və verilmə qaydaları haqda məlumatın alınması üçün bütün səhmdarların bərabər hüquqla təmin edilməsi;
  • ardıcıllıq – dividend siyasətinin prosedur və prinsiplərinin mütləq qaydada icrası;
  • inkişaf – korporativ idarəetmənin təkmilləşdirilməsi məqsədi ilə dividend siyasətinin daimi yenilənməsi;
  • sabitlik – Bankın sabit dividend ödənişlərinin təmin etmək təşəbbüsü.


Dividend ödənişləri etmək qərarının verilməsi qaydaları.

Bank aşağıdakı hallarda səhmdarlarına dividend ödənilməsini təmin edir:
  • Bankın maliyyə vəziyyəti stabil və müsbət qiymətləndirildikdə, həmçinin inkişaf perspektivi olduqda;
  • Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dividendin ödənilməsi üçün məhdudiyyət olmadıqda;
  • Dividend ödənilməsi Bankın Səhmdarlarının Ümumi Yığıncağının qərarı əsasında həyata keçirilir.
  • Dividendin ödənilməsi yalnız Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Bankda dividendlərin ödənilməsinə razılığı olduqda Bankın Səhmdarlarının Ümumi Yığıncağı dividend ödənilməsi məsələsinə baxa bilər;
  • Bankın dividendlərin ödənilməsi barədə öhdəlikləri onların ödənilməsi haqqında Bankın Səhmdarlarının Ümumi Yığıncağının qərarın qəbul edildiyi gündən etibarən yaranır və 30 (otuz) gün müddətində icra edilir. Səhmdarların tərkibinin dəyişməsi dividendlərin ödənilməsi barədə qərarın bu müddətdə icra olunmasına təsir etmir.

Valyuta Məzənnələrİ

16.05.2022 ALIŞ SATIŞ
USD 1.6990 1.7020
EUR 1.7329 1.7860
Nağdsız ödəniş

Nağdsız ödəniş

16.05.2022 ALIŞ SATIŞ
USD 1.6990 1.7025
EUR 1.7506 1.7824
GBP 2.0400 2.1024

Kalkulyator*

AZN

* - hesablama nağd alış kursu üzrə aparılır

AZN