Tariximiz

Azərbaycan Mikromaliyyələşdirmə Bankı (AMMB) QSC 29 oktyabr 2002-ci ildə Bakıda fəaliyyət göstərməyə başlayıb. 8 sentyabr 2008-ci il tarixindən Bank adını dəyişdirərək öz fəaliyyətini «AccessBank» olaraq davam etdirməyə başlayıb. Bank qısa müddət ərzində sürətlə inkişaf edib və nəticədə böyük nailiyyətlər əldə edib. Aşağıda ən zəruri inkişaf mərhələləri göstərilir.

2018
  • Anar Həsənov AccessBank-ın İdarə Heyətinin Sədri vəzifəsinə təyin edildi.
  • AccessBank nizamnamə kapitalını 140 mln. manat artırdı
  • AccessBank əməliyyat sistemini yeniləyərək T24 bank əməliyyat sisteminin R10 versiyasından R16 versiyasına keçmişdir
2017
  • AYİB AccessBank-ı ticarətin maliyyələşdirilməsi sahəsində ən fəal emitent bank elan edib
  • Rolf Reyxardt AccessBank-ın İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib
  • AccessBank myAccess mobil bankinq tətbiqini istifadəyə verdi
  • Avropa İnvestisiya Bankı AccessBank-a 20 mln Avro məbləğində kredit ayırıb
2016
  • The Banker dördüncü dəfə AccessBank-ı "Azərbaycanda İlin Ən yaxşı Bankı" adına layiq gördü
  • AccessBank kiçik və orta biznesin maliyyələşdirilməsi üçün QDTİB-dən 17 milyon ABŞ dolları cəlb edib
  • Euromoney 6-cı dəfə AccessBank-ı “Azərbaycanın ən yaxşı Bankı” adına layiq gördü
  • AccessBank yeni çoxfunksiyalı mycard kartını istifadəyə verdi
  • AccessBank AYİB-lə birgə maliyyələşdirmə xətti üzrə ilk kredit müqaviləsini imzaladı
  • AccessBank Asiya İnkişaf Bankı ilə institusional inkişaf üzrə tərəfdaşlığa başlayır
2015
  • AccessBank The Banker tərəfindən İlin ən Yaxşı Bankı elan edilib (FT qrupu)
  • AccessBank i “myAccess” İnternet Bankinq xidmətini uğurla istifadəyə verdi
  • IFC AccessBank-a 25 milyon ABŞ dolları məbləğində subordinasiyalı kredit ayırır
  • Fitch AccessBank-ın kredit reytinqini Investment Grade səviyyəsində təsdiqləyib
  • Global Finance jurnalı AccessBank-ı Ən Yaxşı Bank elan edib
  • AccessBank AMCHAM CSR 2014 Excellence Award müsabiqəsində 2 nominasiya üzrə mükafata layiq görülüb!
  • EFSE və AccessBank Azərbaycan bölgələrində KOB müəssisələrin maliyyələşdirilməsi üzrə cari tərəfdaşlıqlarını genişləndirirlər
2014
  • Fitch AccessBankın reytiniqi Investment Grade səviyyəsinə yüksəltdi;"BBB-"; proqnoz "Sabit"
  • Avropa İnvestisiya Bankı Azərbaycanda ilk krediti AccessBank-a ayırdı
  • AccessBank elektron arayış əssasında kreditlərin verilməsinə start verdi
  • AccessBank The Green for Growth Fund tərəfindən 15 milyon ABŞ dolları məbləğində kredit cəlb edib
  • AccessBank 5-ci ildir ki, Euromoney tərəfindən Azərbaycanın ən yaxşı bankı adına layiq görülür
  • AccessBank, QDTİB ilə 15 milyon ABŞ dolları məbləğində kredit müqaviləsi imzalayıb
  • AccessBank Raiffeisen Bank International AG tərəfindən təşkil olunan 60 milyon ABŞ dolları dəyərində sindikatlaşdırılmış kredit cəlb edib
  • EFSE AccessBank-a 15 milyon ABŞ dolları məbləğində kredit verib