Tariximiz

Azərbaycan Mikromaliyyələşdirmə Bankı (AMMB) QSC 29 oktyabr 2002-ci ildə Bakıda fəaliyyət göstərməyə başlayıb. 8 sentyabr 2008-ci il tarixindən Bank adını dəyişdirərək öz fəaliyyətini «AccessBank» olaraq davam etdirməyə başlayıb. Bank qısa müddət ərzində sürətlə inkişaf edib və nəticədə böyük nailiyyətlər əldə edib. Aşağıda ən zəruri inkişaf mərhələləri göstərilir.

  • 2007

    • AccessHolding yeni səhmdar qismində qoşulub
    • Pərakəndə və “çarpaz sektor” məhsulları inkişaf etdirilib, o cümlədən: VISA debit kartları buraxılıb; əməkhaqqı layihələrinin işə salınması sayəsində işəgötürənlər üçün əməkhaqqının bilavasitə işçilərin bank hesablarına ödənilməsi üçün şərait yaradılıb; ilk POS terminallar və filiallardan kənar bankomatlar quraşdırılıb
    • Xüsusi aqrokredit məhsulları işlənib hazırlanaraq işə salınıb
    • Mikromaliyyələşdirmə üzrə M-CRIL reytinq agentliyindən Alpha reytinqi alınıb
    • Ümumilikdə 50 milyon ABŞ dollarından artıq həcmdə təkrar maliyyələşdirmə haqqında müqavilələr bağlanıb: buraya AccessBank-ın buraxdığı və beynəlxalq kapital bazarlarında Azərbaycan şirkəti tərəfindən buraxılan ilk istiqraz olan debüt istiqrazı; beynəlxalq özəl investor olan SNS Institutional Microfinance Fondundan alınan AZN denominasiyalı ilk istiqraz və Deutsche Bank-dan alınmış 10 milyon ABŞ dolları həcmində subordinasiyalı kredit daxildir
  • 2006

    • Əlavə depozit məhsullarının, pərakəndə kreditləşmənin, kredit kartlarının işə salınması, ilk bankomatların quraşdırılması, eləcə də VISA kart şəbəkəsinə və bir neçə digər pulköçürmə şəbəkələrinə qoşulma sayəsində pərakəndə biznes inkişaf edib
  • 2005

    • Müddətli depozitlərin açılmasına başlanıb və AccessBank SWIFT, Western Union və PrivatMoney kimi beynəlxalq pulköçürmə şəbəkələrinə qoşulub
    • Global Microfinance Facility (GMF), Blue Orchard, Deutsche Bank, Incofin və Triodos şirkətlərindən ilk qeyri-səhmdar kreditləri alınıb
    • Gəncə şəhərində ilk regional filial açılıb
  • 2004

    • Müştəri hesabları və pulköçürmə sistemləri işə salınıb
  • 2003

    • AYİB-dən 5 milyon ABŞ dolları məbləğində ilk təkrar maliyyələşmə krediti alınıb
  • 2002

    • Oktyabrın 29-da Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW and LFS Financial Systems tərəfindən Azərbaycan Mikromaliyyələşdirmə Bankı qismində təsis olunub

Valyuta Məzənnələrİ

22.01.2019 ALIŞ SATIŞ
USD 1.6990 1.7030
EUR 1.8923 1.9502
Nağdsız ödəniş

Nağdsız ödəniş

22.01.2019 ALIŞ SATIŞ
USD 1.6990 1.7170
EUR 1.9212 1.9502
GBP 2.1466 2.2114
RUB 0.0251 0.0252

Kalkulyator*

AZN

* - hesablama nağd alış kursu üzrə aparılır

Hesablamaq
AZN