15.05.2019

AccessBank-ın Müşahidə Şurası yenidən formalaşdırılıb

"AccessBank" QSC-nin Müşahidə Şurasının yeni tərkibi açıqlanıb. Müvafiq qərar bankın səhmdarlarının ümumi yığıncağında qəbul olunub.


Qərara əsasən, Oleq İvaniyçuk bankın Müşahidə Şurasının sədri seçilib. Cənab İvaniyçuk müxtəlif ölkələrin maliyyə sektorunda 15 illik təcrübəyə malikdir. Onun namizədliyi İsveçrənin "responsAbility Investments AG" şirkəti tərəfindən irəli sürülüb.

Bununla yanaşı, Corc Rubli (George Rublee), Dariuş Katspşik (Dariusz Kacprzyk) və Verner Klas (Werner Claes) Müşahidə Şurasının yeni üzvləri kimi fəaliyyətə başlayıblar.


Cənab Rublinin namizədliyi 2010-cu ildən etibrən çalışdığı Asiya İnkişaf Bankı tərəfindən irəli sürülüb.


Dariuş Katspşikin namizədliyi isə Avropa İnvestisiya Bankı tərəfindən irəli sürülüb. O, Poşanın müxtəlif banklarında rəhbər vəzifələri tutub.

Verner Klasın namizədliyi isə Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən irəli sürülüb. Cənab Klas "BVBA Global Financial Consulting" şirkətində baş direktor vəzifələrində çalışır.


2014-cü ildən "AccessBank"ın Müşahidə Şurasının üzvü olan Rayner Müller-Hanke sözügedən vəzifədə fəaliyyətini müstəqil üzv qismində davam etdirəcək.


Xatırladaq ki, sözügedən dəyişikliklərə qədər Müşahidə Şurasının sədri Yan Klazen idi. Onun rəhbərlik etdiyi Şura Rayner Müller-Hanke ilə yanaşı, Sayed Aftab Ahmed, Tomas Enqelhardt və Emre Yıldız kimi təcrübəli mütəxəssislərdən ibarət olub.

Valyuta Məzənnələrİ

21.05.2019 ALIŞ SATIŞ
USD 1.6971 1.7015
EUR 1.8591 1.9160
Nağdsız ödəniş

Nağdsız ödəniş

21.05.2019 ALIŞ SATIŞ
USD 1.6971 1.7015
EUR 1.8780 1.9122
GBP 2.1195 2.1844
RUB 0.2060 0.0267

Kalkulyator*

AZN

* - hesablama nağd alış kursu üzrə aparılır

Hesablamaq
AZN