Risklərin idarə edilməsi

Risklərin idarə edilməsi bankın biznes fəaliyyətinin ayrılmaz hissəsidir. Bankın ümumi strategiyasına müvafiq olaraq, risklərin idarə olunması strategiyası Bankın kreditləşdirmə fəaliyyətinin inkişafına nail olmaq və risklərin idarə edilməsi məqsədi ilə keçirilən tədbirləri gücləndirmək üçün aparılır. Strateji nöqteyi-nəzərdən, risklərin idarə olunması üçün risklərin səviyyəsi müəyyən edilir, risklərə nəzarət normaları formalaşdırılır və bankın hər bir şöbəsinin üzləşdiyi müəyyən risklər (kredit riski, bazar riski, əməliyyat riski, likvidlik riski, xüsusi risklər) haqqında ətraflı məlumatlar təsvir olunur.


Risklərin idarə edilməsi prosesi, bankın fəaliyyəti üçün səciyyəvi olan risklərin müəyyən edilərək qiymətləndirilməsi, onlar haqqında müvafiq hesabatların hazırlanması, rikslər üçün yolverilən limitlər qoymaqla və riskləri azaltmaqla onlara nəzarət edilməsi məqsədi ilə həyata keçirilir. Risklərin qiymətləndirilməsi prosesi, bank tərəfindən tərtib olunmuş risklər xəritəsində ətraflı şəkildə əks etdirilir.

Bankda biznes kreditləri üzrə borcalanların qiymətləndirilməsi zamanı borcalanın biznes fəaliyyətində təcrübəsi, maliyyə göstəriciləri, kredit tarixi, girov təminatı, kreditin təyinatı, eləcə də borcalana təsir göstərən bazar amilləri və xarici amillər nəzərə alınır. İstehlak kreditləri üzrə borcalanların qiymətləndirilməsi bankdaxili qaydalarla və Scoring sistemi əsasında həyata keçirilir. Daha ətraflı məlumat üçün müvafiq faylı yükləyin.

Valyuta Məzənnələrİ

25.09.2018 ALIŞ SATIŞ
USD 1.6990 1.7030
EUR 1.9561 2.0160
Nağdsız ödəniş

Nağdsız ödəniş

25.09.2018 ALIŞ SATIŞ
USD 1.6990 1.7170
EUR 1.9859 2.0160
GBP 2.1838 2.2498
RUB 0.0253 0.0261

Kalkulyator*

AZN

* - hesablama nağd alış kursu üzrə aparılır

Hesablamaq
AZN