02.06.2018

AccessBank kollektivi Gəncədəki "SOS Uşaq kəndi"ni ziyarət edib

AccessBank kollektivi 1 iyun - Uşaqların beynəlxalq müdafiəsi günü münasibətilə Gəncədə yerləşən "SOS uşaq kəndi"ni ziyarət edib.

AccessBank kollektivi Gəncədəki "SOS Uşaq kəndi"ni ziyarət edib Tədbir çərçivəsində valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün əyləncəli proqram və maraqlı müsabiqələr təşkil olunub. Bundan başqa, "face art" ustaları öz bacarıqlarını nümayiş etdirərək uşaqların gününə rəng qatıblar.

Ardınca uşaqlara öz istəklərinə uyğun hədiyyələr paylanılıb.

Bununla yanaşı, bank tərəfindən "SOS uşaq kəndi"nin bəzi ehtiyacları qarşılanıb.

AccessBank-ın Korporativ bankçılıq/Marketinq departamentlərinin direktoru Günay Cəlilova bildirib: "Biz bu gün uşaqlara bayram yaşatmaq üçün gəlmişdik, lakin balacalar bizə bayram yaşatdı və biz onlardan inanılmaz enerji aldıq. Bu uşaqların həyat sevgisi, onların nailiyyətləri, istedadları bizi heyran etdi. Mən bir şeyi dəqiq anladım ki, bu uşaqların parlaq gələcəyi var. Sözsüz ki, onların uğurunun təməlində uşaqların qayğısına qalan insanlar dayanır".

Departament direktoru əlavə edib ki, AccessBank ilə "SOS uşaq kəndləri" arasında əməkdaşlıq davamlı olacaq.

Valyuta Məzənnələrİ

16.03.2019 ALIŞ SATIŞ
USD 1.6971 1.7015
EUR 1.8886 1.9464
Nağdsız ödəniş

Nağdsız ödəniş

16.03.2019 ALIŞ SATIŞ
USD 1.6971 1.7015
EUR 1.9078 1.9425
GBP 2.2138 2.2816
RUB 0.0259 0.0266

Kalkulyator*

AZN

* - hesablama nağd alış kursu üzrə aparılır

Hesablamaq
AZN