Cash by Code

Cash by code»- tez, rahat və təhlükəsiz şəkildə günün istənilən vaxtında kart sahibi tərəfindən kartdan pul vəsaitlərinin bankomat vasitəsi ilə köçürülməsi və bank kartı olmayan şəxs tərəfindən həmin vəsaitlərin əldə edilməsidir. Bu xidmətin istifadəsi üçün vəsaiti göndərən tərəf plastik kartı bankomata daxil edib bankomatın menyunsunda «Cash by Code» xidmətini seçməlidir, sonra göndərən tərəf köçürmənin məbləğini və göndərmək istədiyi şəxsin mobil nömrəsini daxil etməlidir.

Sistem 10 rəqəmli iki hissəli kod hazırlayır. Kodun birinci hissəsi (birinci beş rəqəm) köçürməni alanın mobil telefonuna SMS-məlumat kimi göndərilir, ikinci hissəsi isə (sonuncu beş rəqəm) qəbz formasında çap edilir və göndərən tərəfdə qalır. Göndərən tərəf qəbzdə göstərilən kodu köçürməni alan tərəfə məlumat verməlidir. Nağd pulu almaq üçün köçürməni alan tərəf bankomata yaxınlaşıb kodun hər iki hissəsini ardıcıllıqla daxil etməlidir (kodun 1ci hissəsini SMS vasitəsi ilə əldə edir, 2ci hissəsini isə göndərən tərəf məlumat verir).

Əməliyyat Qiymət
AccessBank-ın bankomatlarında köçürmənin məbləği 5 AZN-dan 200 AZN –dək (gün ərzində əməliyyatların sayına məhdudiyyət qoyulmur).
Vəsaitin köçürülməsi üçün komissiya haqqı (göndərən tərəfdən) min 1 AZN – max 1%
Vəsaitin nağdlaşdırılması üçün komissiya haqqı 0%

Valyuta Məzənnələrİ

18.12.2018 ALIŞ SATIŞ
USD 1.6990 1.7030
EUR 1.8906 1.9485
Nağdsız ödəniş

Nağdsız ödəniş

18.12.2018 ALIŞ SATIŞ
USD 1.6990 1.7170
EUR 1.9195 1.9485
GBP 2.1040 2.1676
RUB 0.0250 0.0258

Kalkulyator*

AZN

* - hesablama nağd alış kursu üzrə aparılır

Hesablamaq
AZN