open video

AccessBank öz səhmdar payının strukturunu dəyişdirəcək

Səhmdarların Ümumi Yığıncağı AccessBank-ın səhmdar payının strukturundakı dəyişiklikləri təsdiqlədi.

Bakı, 25 may 2012-ci il. Bu gün AccessBank elan etdi ki, aprelin 26-da Səhmdarların Ümumi Yığıncağı, AccessBank-ın səhmdar payının strukturunda dəyişiklik etmək təklifini dəstəkləyib və bu dəyişikliklər Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiq olunmalıdır. Təklif olunan dəyişikliklərə əsasən, yalnız hər təsisçinin payında dəyişiklik olacaq – bütün cari təsisçilər köhnə tərkibdə qalır və yeni təsisçilərin daxil olması gözlənilmir. Beləliklə, Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Beynəlxalq Maliyyə Korporasiyası (BMK) və KfW – Almaniya Dövlətinin İnkişaf Bankı, hər biri özlərinin səhm kapitalındakı payını 7.55 faiz azaldaraq, onu hazırki 20% səviyyəsindən 12.45 faizə qədər endirir. LFS isə öz səhm payını hazırki 3.47% səviyyəsindən 0.10%-dək azaldır. AccessHolding yuxarıda göstərilən səhmdarların təklif etdikləri bütün səhmləri satın almaq və öz səhmlərini hazırki 16.53%-dən 50.1%-dək artırmaq niyyətindədir. Bu zaman AccessHolding nəzarət səhm paketinə sahib olacağına və Bankın əsas səhmdarına çevriləcəyinə görə, bu sövdələşmənin həyata keçirilməsi Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiqlənməlidir.

AccessHolding mikromaliyyələşdirmə sənayesində iqtisadiyyatı keçid düvründə olan və inkişaf edən ölkələrdə qlobal şəbəkəsi artan, aşağı və orta gəlirli ailələrə, xüsusilə mikro- və kiçik müəssisələrə maliyyə xidmətləri göstərən məsul kommersiya banklarının idarə edilməsi üçün strateji sərmayəçi qismindəyaradılıb. AccessHolding beynəlxalq özəl və dövlət sərmayəçiləri qrupuna məxsusdur (hər birində 14,12%) – bu qrupa CDC Group plc (Böyük Britaniya hökumətinə məxsus olan və iqtisadiyyatı inkişaf edən ölkələrə sərmayə yatıran fond), AİB – Avropa İnvestisiya Bankı (Avropa İttifaqının maliyyə institutu), BMK, KfW, Omidyar Tufts Mikromaliyyələşdirmə Fondu (EBay təsisçisi tərəfindən yaradılıb); FMO (Niderland inkişaf bankı – 10,03%), LFS Financial Systems (16,12%), MicroAssets (LFS heyətinin sərmayə proqramı - 3,26%. Ətraflı məlumat holdingin rəsmi saytında mövcuddur - www.accessholding.com).

AccessHolding-in nəzarət paketinə sahib olacağını nəzərdə tutan yeni təsisçilik strukturu AccessBank Azərbaycanın təsisçiləri arasında holdinqin nüfuzlu beynəlxalq səhmdarların EIB, CDC, və FMO mövqeyini gücləndirəcək. AccessHolding-in digər səhmdarları – KfW və BMK üçün bu dəyişiklik AccessHolding strukturundakı təsisçiliyinin konsolidasiyası hesab olunur. Nəhayət, qeyd etmək lazımdır ki, AYİB, BMK, KfW və QDTİB, əvvəlki kimi, AccessBank-ın səhmlərinin əhəmiyyətli hissəsinə birbaşa malik olacaq (hər birində 12.45%, ümumilikdə isə 49,8%) və bu yolla AccessBank-ı davamlı surətdə dəstəklədiyini nümayiş etdirəcəklər.

AccessBank-ın baş meneceri Andrev Pospielovsky dəyişiklik barədə təklifi şərh edərək deyib: “Təkilf olunan dəyişikliklər yalnız hər təsisçinin payında dəyişiklik deməkdir və yeni təsisçilərin daxil olması gözlənilmir. Bütün cari təsisçilər QDTİB, AYİB, BMK və KfW daxil olmaqla 49,8% səhm kapitalındakı paya sahib olaraq köhnə tərkibdə qalacaqlar. Eyni zamanda yeni təsisçilik strukturu AccessBank-ın təsisçiləri arasında AccessHolding-in nüfuzlu beynəlxalq səhmdarlarının mövqeyini gücləndirəcək. Bu səhmdarlar, Avropa İttifaqının maliyyə qolu olan Avropa İnvestisiya Bankı, Hollandiya Dövlətinin İnkişaf Bankı olan FMO və Böyük Britaniya Hökumətinin Maliyyə-İnkişaf İnstitutu olan CDC-dir”.

АccessBank-ın missiyası, aşağı və orta gəlirli Azərbaycan ailələrinə, eləcə də mikro və kiçik sahibkarlara maliyyə xidmətləri göstərməkdən ibarətdir. АccessBank Fitch beynəlxalq reytinq agentliyi tərəfindən Azərbaycan bankları arasında ən etibarlı bank adına layiq görülüb (sabit proqnozla “BB+” səviyyəsində), həmçinin Global Finance (2011) və Euromoney Nəşriyyat Qrupu (2010-2011) tərəfindən “Azərbaycanın ən yaxşı bankı” və The Banker nəşri tərəfindən isə “İlin bankı” adına layiq görülüb.

İlin xəbər arxivi

KREDİT KALKULYATORU
KREDİT SİFARİŞİ
21.08.2018
NAĞD NAĞDSIZ
ALIŞ
$ USD 1,6990
€ EUR 1,9210
₽ RUB -
£ GBP -
SATIŞ
1,7030
1,9798
-
-

Mükafatlar

AccessBank-ın təltif olunduğu mukafatlarla burada tanış ola bilərsiniz.

Müraciət

Şikayət və ya təkliflərinizlə bizimlə bölüşmək üçün bu səhifəyə daxil olun

Xəbərlər arxivi

Bu səhifədə Siz, Bankın xəbərləri ilə tanış ola bilərsiniz.

KİV-Mərkəzi

Burada Siz yeniliklər, reklam xarakterli məlumatlar və digər materiallarla tanış ola bilərsiniz.

Vakansiyalar

Cari vakansiyalar barədə məlumat almaq üçün elanlarımızı izləyin.

AccessQazanc

Nağdsız ödəniş edərkən pul qazanmaq?!

Ən sərfəli təkliflər və xəbərlər barədə məlumatları birinci almaq istəyirsiniz?
АccessBank-ın yeniliklərinə abunə olun!

Ad və soyad daxil edin!
Düzgün e-mail ünvan daxil edin!
Düzgün e-mail ünvan daxil edin!
Siz uğurla abunə oldunuz!