open video

Azərbaycanda Beynəlxalq Əmanət Günü qeyd olunur

Bu tədbir çərçivəsində AccessBank bir sıra aksiyalar həyata keçirəcək.

Bakı, 31 oktyabr 2012-ci il. Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzinin təşəbbüsü ilə Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu (AƏBBƏF), Əmanətlərin Sığortalanması Fondu və 5 bank – AccessBank, UniBank, Beynəlxalq Bank, Dəmir Bank və Bank Respublika ilə birgə “Maliyyə savadlılığı” layihəsi çərçivəsində Azərbaycanda ilk dəfə olaraq oktyabrın 31-də Beynəlxalq Əmanət Günü keçirilir.

Nəzərinizə çatdıraq ki, Beynəlxalq Əmanət Günü ilk dəfə 1924-cü ilin oktyabr ayında İtaliyanın Milan şəhərində 29 ölkənin nümayəndələrinin iştirakı ilə Beynəlxalq Konqresində qeyd olunub.

Noyabrın 8-dək nəzərdə tutulan tədbirlərin Azərbaycanda keçirilməsinin məqsədi, milli bank sektoruna inamın güclənməsi və əhalinin maliyyə savadlılığının artırılmasıdır. Əmanət yığımları üçün qənaət mədəniyyətinin aşılanması kiçik yaşlardan başlanıldığı üçün bu tədbir əsasən məktəb şagirdlərinə yönəldilib.

Tədbir çərçivəsində AccessBank bir sıra aksiyalar həyata keçirəcək. Bu aksiyalar Şimal regionunda qızlar arasında futzal üzrə yarışın təşkil olunması, xüsusi hazırlanan daxılların rənglənməsi üzrə uşaq evlərində yarışın keçirilməsi, məktəblilərin AccessBank-ın filiallarına baş çəkməsi və xüsusi rəngləmə albomu hazırlnaraq məktəblilər arasında yarışın təşkil olunmasından ibarət olacaq.

Azərbaycan Respublikasının “Beynəlxalq Əmanət Günü”nün simvolik rəmzi əlində qəpiklə dolu küpə tutan dələ, sloqanı isə “Toplayaraq böyü” devizi seçilib.

İlin xəbər arxivi

KREDİT KALKULYATORU
KREDİT SİFARİŞİ
21.10.2017
NAĞD NAĞDSIZ
ALIŞ
$ USD 1,6960
€ EUR 1,9685
£ GBP -
₽ RUB -
SATIŞ
1,7030
2,0288
-
-

Mükafatlar

AccessBank-ın təltif olunduğu mukafatlarla burada tanış ola bilərsiniz.

Müraciət

Şikayət və ya təkliflərinizlə bizimlə bölüşmək üçün bu səhifəyə daxil olun

Xəbərlər arxivi

Bu səhifədə Siz, Bankın xəbərləri ilə tanış ola bilərsiniz.

KİV-Mərkəzi

Burada Siz yeniliklər, reklam xarakterli məlumatlar və digər materiallarla tanış ola bilərsiniz.

Vakansiyalar

Cari vakansiyalar barədə məlumat almaq üçün elanlarımızı izləyin.

AccessQazanc

Nağdsız ödəniş edərkən pul qazanmaq?!

Ən sərfəli təkliflər və xəbərlər barədə məlumatları birinci almaq istəyirsiniz?
АccessBank-ın yeniliklərinə abunə olun!

Ad və soyad daxil edin!
Düzgün e-mail ünvan daxil edin!
Düzgün e-mail ünvan daxil edin!
Siz uğurla abunə oldunuz!