open video

AccessBank 2011-ci ildə öz uğurlu inkişafını davam etdirib

AccessBank 2011-ci il ərzində özünün bazardakı mövqeyinin inkişafı və möhkəmləndirilməsi istiqamətində böyük işlər görərək ili uğurla başa çatdırıb. 9 illik fəaliyyəti ərzində bank bir çox fəaliyyət istiqamətləri üzrə ölkədə əhəmiyyətli mövqe tutub. Belə ki, 2011-ci il ərzində bankın aktivləri 6% artaraq 380 milyon manatdan çox olub, bankın kredit portfeli isə 11% artaraq təxminən 300 milyon manatlıq həddə çatıb. O cümlədən, bankın istehlak kreditləri təxminən 25 milyon manata çatıb və bu zaman artım 48% təşkil edib. Bankın depozitləri 17% artaraq 145 milyon manatlıq həddi ötüb. Amma bank üçün ən əhəmiyyətli nəticə ondan ibarətdir ki, bank portfelin keyfiyyətini yüksək səviyyədə saxlamaqda davam edir: 2011-ci ilin sonuna 30 gündən artıq gecikdirilmiş kreditlərin payı bütünlüklə portfel üzrə 0,76% olub !

Həmçinin, AccessBank-ın nizamnamə kapitalında da dəyişikliklər baş verib – 62,2% artaraq 67,8 milyon manat təşkil edib. Qeyd edək ki, nizamnamə kapitalı, ötən ilin nəticələrinə görə bankın bölüşdürülməmiş mənfəəti hesabına artırılıb.

AccessBank-ın Baş Meneceri Andrev Pospielovsky ilin yekunlarını şərh edərək deyib: “Azərbaycanın bank sektorunda rəqabətin artmasına baxmayaraq, AccessBank kiçik və orta biznes üçün aparıcı bank mövqeyini qoruyub saxlamaqla bərabər, artmaqda və portfelin keyfiyyətini yüksək səviyyədə saxlamaqda davam edir”.

AccessBank-ın müxtəlif beynəlxalq təşkilatlardan aldığı mükafatların sayı ildən ilə artır. Belə ki, ötən il Global Finance və Euromoney nəşrləri AccessBank-ı Azərbaycanın ən yaxşı bankı elan edib, The Banker nəşri isə AccessBank-ı “İlin bankı” adına layiq görüb. Bundan əlavə, 2011-ci ilin baharında Fitch reytinq agentliyi növbəti dəfə bankın reytinqini BB+ “sabit” proqnozu səviyyəsində təsdiqləyib – hal-hazırda bu, Azərbaycan bankları arasında ən yüksək göstəricidir. Həmçinin, ötən il ərzində bank özünün növbəti regional filialını açıb və 315 yeni əməkdaş işə qəbul olunub. AccessBank 100% xarici kapitala malikdir və 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bunlar Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Kfw Development Bank – Almaniya Hökumətinin İnkişaf Bankı (hərəsi 20%), mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən Access Holding (16.5%) və Almaniyanın LFS Financial Systems GmbH (3.5%) şirkətləridir.

İlin xəbər arxivi

KREDİT KALKULYATORU
KREDİT SİFARİŞİ
22.08.2017
NAĞD NAĞDSIZ
ALIŞ
$ USD 1,6890
€ EUR 1,9579
₽ RUB -
£ GBP -
SATIŞ
1,7030
2,0181
-
-

Mükafatlar

AccessBank-ın təltif olunduğu mukafatlarla burada tanış ola bilərsiniz.

Müraciət

Şikayət və ya təkliflərinizlə bizimlə bölüşmək üçün bu səhifəyə daxil olun

Xəbərlər arxivi

Bu səhifədə Siz, Bankın xəbərləri ilə tanış ola bilərsiniz.

KİV-Mərkəzi

Burada Siz yeniliklər, reklam xarakterli məlumatlar və digər materiallarla tanış ola bilərsiniz.

Vakansiyalar

Cari vakansiyalar barədə məlumat almaq üçün elanlarımızı izləyin.

AccessQazanc

Nağdsız ödəniş edərkən pul qazanmaq?!

Ən sərfəli təkliflər və xəbərlər barədə məlumatları birinci almaq istəyirsiniz?
АccessBank-ın yeniliklərinə abunə olun!

Ad və soyad daxil edin!
Düzgün e-mail ünvan daxil edin!
Düzgün e-mail ünvan daxil edin!
Siz uğurla abunə oldunuz!