Mükafatlar

Yaradıldığı gündən etibarən AccessBank yüksək keyfiyyətli bank xidmətləri göstərməyə çalışır. Dəqiqlik, şəffaflıq və uğurlu biznes prinsiplərinə əsaslanaraq Bank ən yaxşı bank xidmətlərinin göstərilməsi və müştərilərə yeni bank məhsullarının təqdim olunması üzrə lider olduğunu sübut etməyi bacarıb. AccessBank-ın etibarlı və dinamik maliyyə təşkilatı qismində nüfuzu, müştərilərin tələbatının yüksək səviyyədə ödənilməsinə və bankın ən vacib məqsədlərinə nail olmağa kömək etməklə bərabər, həm də bankın aparıcı maliyyə təşkilatı qismində beynəlxalq aləmdə tanınmasına şərait yaradır.

The Banker award 2020
“AccessBank” Böyük Britaniyanın nüfuzlu “The Banker” jurnalı tərəfindən “İlin bankı” adına layiq görülüb. Mükafat "Cəmiyyət üçün maliyyə inteqrasiyası və bankçılıq" (FINANCIAL INCLUSION & BANKING IN THE COMMUNITY) kateqoriyası üzrə Banka, COVID-19 pandemiyasının səbəb olduğu karantin dövründə ölkə vətəndaşlarına dəstək, Azərbaycanın bölgələrindəki fərdi sahibkarların dəstəklənməsi və ətraf mühitin qorunması naminə həyata keçirilən layihələrə görə təqdim olunub.
Raiffeisen Bank award 2019
"AccessBank” artıq 2 il ardıcıl olaraq, “Raiffeisen Bank International AG” tərəfindən "STP Quality Award" mükafatı ilə təltif olunur. Bank, bu mükafata beynəlxalq ödənişlərin yüksək səviyyədə icrasına görə layiq görülür. STP (Straight-Through Processing) beynəlxalq ödənişlərin rəsmiləşdirilməsinin keyfiyyətinin əsas göstəricisidir. Bu zaman ödənişlər müvafiq standartlar qorunmaqla avtomatlaşdırılmış rejimdə həyata keçirilir. Bu da əməliyyatların sürətli baş tutmasına şərait yaradır.
Raiffeisen Bank award 2018
"AccessBank" "Raiffeisen Bank International AG" tərəfindən "STP Quality Award" mükafatına layiq görülüb. STP (Straight-Through Processing) beynəlxalq ödənişlərin rəsmiləşdirilməsinin keyfiyyətinin əsas göstəricisidir.
Financial Times Ltd
Financial Times Ltd. qrupuna aid və ən nüfüzlü beynəlxalq maliyyə nəşrlərdən biri olan The Banker 07 dekabrda Londonda keçirilən təltifat mərasimində AccessBank-ı «Azərbaycanda İlin ən yaxşı Bankı» nominasiyasında mükafatlandırıb. Son altı il ərzində artıq dördüncü dəfədir ki, Bank bu ali mükafata layiq görülür.
Euromoney2016
6 iyul 2016-cı il tarixində AccessBank nüfuzlu beynəlxalq maliyyə nəşri Euromoney tərəfindən Londonda keçirilən “2016-cı il üzrə ən Yaxşı Nəticələr” mükafatlandırma mərasimində “Azərbaycanın ən yaxşı Bankı” adına layiq görülüb. 2010-cu ildən etibarən artıq altıncı dəfədir ki, Bank bu nominasiyada mükafat qazanır.