Kreditlər
Depozitlər
Kartlar
Onlayn xidmətlər
Digər xidmətlər
AZ
EN RU

İdarəetmə və təşkilat strukturu

Müşahidə Şurası

Oleq
İvaniyçuk

Müşahidə Şurasının sədri

Corc
Rubli

Müşahidə Şurasının üzvü

Andrea
Haqmann

Müşahidə Şurasının üzvü

Verner
Klas

Müşahidə Şurasının üzvü

Dariuş
Katsprşik

Müşahidə Şurasının üzvü

Oleq İvaniyçuk

Müşahidə Şurasının sədri

[email protected]  |  151

Oleq İvaniyçuk –  nəzarətində 3 milyard ABŞ dollarından artıq məbləğdə səhmlər olan İsveçrənin responsAbility investisiya şirkətində restrukturizasiya sahəsi üzrə məsul şəxsdir. Onun öhdəliklərinə, inkişaf etməkdə olan ölkələrdəki maliyyə təşkilatları üçün restrukturizasiya strategiyalarının işlənib hazırlanması və tətbiqi, eləcə də biznesin inkişafının və transformasiyasının təmin olunması daxildir. İşinin bir hissəsi kimi o, müxtəlif qitələrdə birbaşa xarici investisiyaların cəlb edilməsini nəzərdə tutan mürəkkəb restrukturizasiya layihələrində rəhbər komitələrin sədri və həmsədri olub.

O, peşəkar karyerasını inkişafın maliyyələşdirilməsi, maliyyə təşkilatlarında investisiyaların cəlbi və idarəedilməsi, kredit risklərinin idarəolunması və restrukturizasiyası sahələrinə, o cümlədən banklarda mikromaliyyələşdirmə, kiçik və orta sahibkarlıq seqmentlərinin inkişafı ilə bağlı konsultasiyalara həsr edib. 

Cənab İvaniyçuk peşəkar fəaliyyətinə 2001-ci ildə Almaniyanın IPC GmbH şirkətində başlayıb. Sonra Frankfurt School of Finance and Management şirkətində fəaliyyətə başlayıb, daha sonra isə Finance in Motion GmbH da çalışıb. 2014-cü ildən etibarən responsAbility Investments AG şirkətinə qoşulub.

O, Ternopol (Ukrayna) Milli İqtisadiyyat Universitetini bitirib. Bundan başqa, o, Frankfurtun Höte universitetində biznes administrasiya sahəsində magistr dərəcəsinə yiyələnib. 

E-mail: [email protected]
Tel: 151

Corc Rubli

Müşahidə Şurasının üzvü

[email protected]  |  151

Corc Rubli 2019-cu ilin may ayında AccessBank-ın Müşahidə Şurasının üzvü təyin olunub. Cənab Rubli Asiya İnkişaf Bankını təmsil edir və orada 2010-cu ildən çalışır. O, beynəlxalq bankçılıq üzrə 30 illik təcrübəyə malikdir və 1995-ci ildən etibarən özəl şirkətlərin idarə heyətlərinin tərkibində çalışıb. Asiya İnkişaf Bankından əvvəl o, LCF Rothschilds, WestLB və UBS təşkilatlarında, əsasən, layihə maliyyələşdirməsi və öhdəliklər üzrə konsultasiya ilə məşğul olub. Cənab Rubli Vaşinqton şəhərindəki Corctaun Universitetinin Diplomatik Xidmət Məktəbini bitirib.

İngilis, alman və ispan dillərini bilir.

E-mail: [email protected]
Tel: 151

Andrea Haqmann

Müşahidə Şurasının üzvü

[email protected]  |  151

Andrea Haqmann 2019-cu ilin dekabr ayında Səhmdarların Ümumi Yığıncağının qərarı ilə AccessBank-ın Müşahidə Şurasının üzvü təyin olunub.
Xanım Haqmann maliyyə xidmətləri sahəsində 25 ildən artıq iş təcrübəsinə malikdir. Hal-hazırda o, Cənub-Şərqi Avropa üzrə Avropa Fondunun Direktorlar Şurasının və İnvestisiya Komitəsinin üzvü (2019-cu ildən), mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün SANAD Fondunun (Yaxın Şərq və Şimali Afrika)  Direktorlar Şurasının üzvü (2017-ci ildən) və Microfinance Enhancement Facility Direktorlar Şurasının üzvüdür (2009-cu ildən). Onun əvvəlki iş təcrübəsi və xeyriyyəçilik fəaliyyəti, həmçinin, Avstriya İnkişaf Bankının İcraiyyə Şurasının üzvü (2008-2017),  Raiffeisenbank, Wolkersdorf Müşahidə Şurasının üzvü (2019-cu ildən), Avstriyanın aparıcı Hilfswerk International qeyri-kommersiya təşkilatının Müşahidə Şurasının üzvü (2018-ci ildən) qismində, eləcə də Avstriyanın Oesterreichische Kontrollbank AG ixrac-kredit agentliyində müxtəlif rəhbər vəzifələrdə (1991-2007-ci illər) iş fəaliyyətini əhatə edir.  
Xanım Haqmann Vyana İqtisadiyyat və İşgüzar İnzibatçılıq Universitetinin kommersiya elmləri üzrə magistr dəcərəsinə malikdir.

E-mail: [email protected]
Tel: 151

Verner Klas

Müşahidə Şurasının üzvü

[email protected]  |  151

Verner Klaes 2019-cu ilin may ayında AccessBank-ın Müşahidə Şurasının üzvü təyin edilib və Beynəlxalq Maliyyə Korporasiyasını təmsil edir. O, eləcə də BVBA Global Financial Consulting şirkətinin icraçı direktorudur. Cənab Klaes risklərin idarəolunması, maliyyə və strategiya sahələrində məsləhətçi kimi fəaliyyət göstərir. Hazırda MDB məkanının üç universal bankının Müşahidə Şurası və Audit Komitələrində təmsil olunur.

Verner Klaes Belçikanın Eshal, Vleho və İverto ali təhsil ocaqlarını bitirib.

Alman, fransız, ingilis, rus, ispan, portuqal və italyan dillərini bilir, polyak, bolqar, rumın, türk və yunan dillərinə dair geniş biliklərə malikdir.

E-mail: [email protected]
Tel: 151

Dariuş Katsprşik

Müşahidə Şurasının üzvü

[email protected]  |  151

Dariuş Kasprşik 2019-cu ilin may ayında AccessBank-ın Müşahidə Şurasının üzvü təyin olunub.

O, Avropa İnvestisiya Bankını təmsil edir. Cənab Kasprşik bir sıra Polşa banklarında rəhbər vəzifələri tutub. Hazırda sistem əhəmiyyətli banklardan birində Polşanın Maliyyə Nəzarəti Orqanının səlahiyyətli nümayəndəsidir.

Dariuş Kasprşik Varşava İqtisadiyyat Məktəbinin (SGH) Daxili ticarət və xidmət fakültəsini bitirib. Bundan başqa, o, Varşava Universitetinin Menecment fakültəsində və Beynəlxalq Menecment Məktəbində magistr dərəcələrinə yiyələnib və IESE-də Təkmilləşdirilmiş Menecment Proqramını bitirib.

Polyak, ingilis, alman, ispan və rus dillərini bilir.

E-mail: [email protected]
Tel: 151

İdarəedici Komanda

Davit
Tsiklauri

İdarə Heyətinin Sədri

Zəhra
Zeynalova

Əməliyyatlar üzrə Baş Direktor

Ramin
Hüseynov

Baş Maliyyə İnzibatçısı

Renat
Hümbətov

Mikro və KOBM üzrə İcraçı Direktor

İlkin
Quliyev

Korporativ və Pərakəndə Bankçılıq üzrə İcraçı Direktor

Orxan
İsmayılov

Baş Risk İnzibatçısı

Nigar
Hüseynzadə

İnsan Resursları üzrə İcraçı direktor

Dmitriy
Kazani

İnformasiya Texnologiyaları, Kartlar və Biznesə Dəstək üzrə İcraçı Direktor

Ruqiyyə
Əliyeva

Maliyyə üzrə İcraçı Direktor

Tural
Feyzullayev

Hüquq və Komplayens Departamentinin Rəhbəri

İdarəedici Komanda

Davit Tsiklauri

İdarə Heyətinin Sədri

Zəhra Zeynalova

Əməliyyatlar üzrə Baş Direktor

Ramin Hüseynov

Baş Maliyyə İnzibatçısı

Renat Hümbətov

Mikro və KOBM üzrə İcraçı Direktor

İlkin Quliyev

Korporativ və Pərakəndə Bankçılıq üzrə İcraçı Direktor

Orxan İsmayılov

Baş Risk İnzibatçısı

Nigar Hüseynzadə

İnsan Resursları üzrə İcraçı direktor

Dmitriy Kazani

İnformasiya Texnologiyaları, Kartlar və Biznesə Dəstək üzrə İcraçı Direktor

Ruqiyyə Əliyeva

Maliyyə üzrə İcraçı Direktor

Tural Feyzullayev

Hüquq və Komplayens Departamentinin Rəhbəri

Davit Tsiklauri

İdarə Heyətinin Sədri

[email protected]  |  151

Davit Tsiklauri maliyyə sektorunda 15 ildən çox təcrübəyə malikdir. O, AccessBank-a təyin olunmazdan əvvəl HamkorBank və Kompanion Bank-da Qeyri-icraçı direktor vəzifəsində işləyib, həmçinin Gürcüstanın Pensiya Fondunun İnvestisiya Şurasının üzvü olub. 

Cənab Tsiklauri 2014-2019-cu illərdə Gürcüstanın ən böyük maliyyə institutlarında - Bank of Georgia-da Baş Maliyyə İnzibatçısı və TBC Bank-da İdarə Heyəti sədrinin müavini kimi rəhbər vəzifələrdə çalışıb. 

Bundan öncə isə cənab Tsiklauri Deutsche Bank-ın London ofisində Kapital bazarları və Xəzinə həlləri komandasında işləyib. 

David Tsiklauri London Biznes Məktəbindən MBA dərəcəsinə malikdir.

Gürcü, rus və ingilis dillərini bilir.

E-mail: [email protected]
Tel: 151

Zəhra Zeynalova

Əməliyyatlar üzrə Baş Direktor

[email protected]  |  151

Zəhra Zeynalova “AccessBank”da iş fəaliyyətinə 2006-cı ildə başlayıb. Daha sonra Bankçılıq Xidmətlərinin Rəhbəri vəzifəsinə təyin olunub. 2013-2014 illər ərzində əsas bank sisteminin miqrasiyası zamanı layihə koordinatoru rolunda çıxış edib. 2015-2018 illər ərzində İT Biznes Analiz Departamentinin rəhbəri, 2018-2020-ci illərdə İnformasiya Texnologiyaları Departamentinin Rəhbəri vəzifəsində fəaliyyət göstərib. 1 noyabr 2020-ci il tarixindən İnformasiya Texnologiyaları üzrə İcraçı direktordur.

Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” ixtisası üzrə məzunudur.

Azərbaycan, rus, ingilis dillərini bilir.

E-mail: [email protected]
Tel: 151

Ramin Hüseynov

Baş Maliyyə İnzibatçısı

[email protected]  |  151

Ramin Hüseynov “AccessBank”da fəaliyyətinə 2021-ci ilin may ayında Maliyyə üzrə Baş Direktor vəzifəsində başlayıb. Cənab Hüseynov bank və real sektorda ümumilikdə 15 illik iş təcrübəsinə malikdir. Onun əsas fəaliyyəti maliyyə idarəetməsi və nəzarət, restrukturizasiya və sağlamlaşdırma, biznesin optimizasiyası və risklərin idarə olunması kimi sahələri əhatə edir.

R. Hüseynov əmək fəaliyyətinə 2004-cü ildə AR Mərkəzi Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentində başlayıb, 2008-2013-cü illər ərzində həmin departamentin Xarici nəzarət şöbəsinə rəhbərlik edib.

2015-ci ildən AccessBank-a qoşulanadək tikinti və istehsalat sektorlarında maliyyə üzrə rəhbər vəzifələrdə çalışıb.

O, 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə üzrə bakalavr, 2014-cü ildə isə ABŞ-ın Corc Vaşinqton Universitetində maliyyə üzrə magistr dərəcəsinə yiyələnib. ABŞ-ın “Fulbrayt” proqramının təqaüdçüsüdür.

R.Hüseynov Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının Direktorlar Şurasının üzvüdür.
Azərbaycan, rus və ingilis dillərini bilir.

E-mail: [email protected]
Tel: 151

Renat Hümbətov

Mikro və KOBM üzrə İcraçı Direktor

[email protected]  |  151

Renat Hümbətov 17 illik bankçılıq təcrübəsinə malikdir. O, AccessBank komandasına 2005-ci ildə Kredit mütəxəssisi qismində qoşulub. Cənab Hümbətov 2010-2017-ci illərdə Qazax filialına, 2017-2021-ci illərdə isə Gəncə filialına rəhbərlik edib. 2020-ci ildə filial rəhbərliyi ilə eyni zamada həm də Regional menecer olaraq da fəaliyyət göstərib. 2021-2022 illərdə Bankın Mikro və Aqro müştərilər üzrə departamentinin rəhbəri olub. 1 aprel 2022-ci il tarixindən Mikro və KOBM üzrə İcraçı Direktordur.

Renat Hümbətov Azərbaycan Texnologiya Universitetində İqtisadiyyat və İdarəetmə ixtisası üzrə bakalavr və magistr təhsili alıb.

Azərbaycan, rus, ingilis dillərini bilir.

İlkin Quliyev

Korporativ və Pərakəndə Bankçılıq üzrə İcraçı Direktor

[email protected]  |  151

 İlkin Quliyev bankçılıqda 12 ildən çox iş təcrübəsinə malikdir. O, AccessBank-dan öncə  3 müxtəlif bankda fəaliyyət göstərib. Filialda satış və xidmətdən əlavə, Beynəlxalq əlaqələr, Xəzinədarlıq, VİP Bankçılıq, AML, Risklərin idarə edilməsi şöbələrində, həmçinin Strateji planlaşdırma və layihələrin idarə edilməsi, Proseslərin optimallaşdırılması, Təşkilati inkişaf və İnsan resurslarının idarə edilməsi departamentlərində department rəhbəri vəzifələrində işləyib.

İlkin Quliyev Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın idarə olunması üzrə bakalavr, Böyük Britaniyanın Nyukasl Biznes Universitetində Bank və Maliyyə üzrə magistr dərəcələrinə yiyələnib, CİMA (Chartered Institute of Management Accountants) sertifikatlarına malikdir.

Azərbaycan, rus və ingilis dillərini bilir.


Orxan İsmayılov

Baş Risk İnzibatçısı

[email protected]  |  151

Orxan İsmayılov “AccessBank”da fəaliyyətinə 2020-ci ilin yanvar ayında Risklərin İdarə Edilməsi departamentinin direktoru vəzifəsində başlayıb.


Cənab İsmayılov karyerasına Azərbaycan Respublikasının Mərkəzi Bankında başlayıb. Daha sonra fəaliyyətini Maliyyə Bazarlarına Nəzarət Palatasında davam etdirərək Prudensial siyasət və Metodologiya İdarəsinin rəisi vəzifəsində fəaliyyət göstərib.


Orxan İsmayılov Bakı Dövlət Universitetində İqtisadi kibernetika ixtisası üzrə bakalavr və maqistr dərəcələri alıb. Habelə, Praqada Nyu-York Universitetində MBA dərəcəsinə yiyələnib.


Azərbaycan, rus və ingilis dillərini bilir.

Nigar Hüseynzadə

İnsan Resursları üzrə İcraçı direktor

[email protected]  |  151

Nigar Hüseynzadə 2019-cu ildən “AccessBank”da İnsan Resursları departamentinin rəhbəridir.

Xanım Hüseynzadə insan resursları sahəsində iş təcrübəsinə 2005-ci ildə neft sektorunda başlayıb. “Telia Sonera” şirkətlər qrupu daxilində öncə “Azercell Telekom”da (Azərbaycan) şöbə rəhbəri, daha sonra isə 2015-2018-ci illərdə “Ucell” (Özbəkistan) şirkətində İnsan Resurları və Administrasiya üzrə departament direktoru vəzifəsində işləyib.

Nigar Hüseynzadə insan resursları sahəsində bir çox beynəlxalq səviyyəli sertifikatlara malikdir. 1 Noyabr 2020-ci il tarixindən “AccessBank”da İnsan Resursları üzrə İcraçı direktordur.

Azərbaycan Dövlət Dillər Universitetinin "Beynəlxalq münasibətlər və regionşünaslıq” fakültəsini fərqlənmə diplomu ilə bitirən Nigar Hüseynzadə bu sahədə maqist dərəcəsinə malikdir.

Azərbaycan, rus və ingilis dillərini bilir.

Dmitriy Kazani

İnformasiya Texnologiyaları, Kartlar və Biznesə Dəstək üzrə İcraçı Direktor

[email protected]  |  151

Dmitri Kazani informasiya texnologiyaları sahəsində 15 ildən artıq təcrübəyə malikdir.

2005-ci ildə Odessa Politexnik Universitetindən məzun olaraq Kompüter Elmləri üzrə Magistr dərəcəsi alıb. Cənab Kazani karyerasına Şərqi Avropanın informasiya texnologiyaları sahəsində aparıcı konsaltinq şirkətlərindən biri olan “Sitronics IT” şirkətində başlayıb. 2005-2016-cı illərdə Ukrayna və Rusiyanın ən böyük banklarında və telekommunikasiya operatorlarında korporativ informasiya sistemlərinin tətbiqi üzrə müxtəlif layihələrdə məsləhətçi, mühəndis, müştəri təcrübəsi rəhbəri (CRM) və biznes analitik kimi iştirak edib.

Dmitriy Kazani “AccessBank”da fəaliyyətinə 2017-ci ildə İT mühəndisliyin  optimallaşdırılması ilə başlayıb. 2020-ci ildən 2021-ci il mayınadək İnformasiya Texnologiyaları şöbəsinin müdiri olub.
Ukrayn, ingilis və rus dillərini bilir.

Ruqiyyə Əliyeva

Maliyyə üzrə İcraçı Direktor

[email protected]  |  151

Ruqiyyə Əliyeva AccessBank komandasına 2019-cu ilin dekabr ayında Maliyyə Departamentinin rəhbəri olaraq qoşulub. AccessBank-dan öncə isə PwC, Azərbaycan Beynəlxalq Bankı və Azerconnect kimi şirkətlərdə audit və maliyyə üzrə rəhbər vəzifələrdə fəaliyyət göstərib. 1 aprel 2022-ci il tarixindən Maliyyə üzrə İcraçı Direktordur.

Ruqiyyə Əliyeva Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq əlaqələr fakültəsini fərqlənmə diplomu ilə bitirib. Daha sonra isə IE Business School-da Executive MBA dərəcəsini alıb.
Azərbaycan, rus, ingilis dillərini bilir.

Tural Feyzullayev

Hüquq və Komplayens Departamentinin Rəhbəri

[email protected]  |  151

Tural Feyzullayev AccessBank komandasına 2021-ci ilin may ayında Hüquq və Komplayens departamentinin rəhbəri olaraq qoşulub.

O, bundan öncə Azərbaycan Respublikasının Mərkəzi Bankında Hüquq departamentinin direktor müavini və Maliyyə Bazarlarına Nəzarət Palatasında Hüquqi təminat şöbəsinin rəisi vəzifəsində işləyib.

Tural Feyzullayev Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Hüquqşünaslıq ixtisası üzrə bakalavr və Fransanın Tuluz Universitetində Beynəlxalq və Avropa hüququ və Beynəlxalq Biznes hüququ ixtisasları üzrə magistratura təhsili alıb.

12.11.2018-ci il tarixində Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılmasına verdiyi töhfəyə və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması sahəsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib.

Tural Feyzullayev eyni zamanda ölkə Prezidentinin Fərmanı ilə təsis edilmiş və 2021-ci ildə ilk dəfə keçirilmiş Yüksəliş müsabiqəsinin qalibidir.

Azərbaycan, ingilis və fransız dillərini bilir.