İdarəetmə və təşkilat strukturu

Müşahidə Şurası

Oleq
İvaniyçuk

Müşahidə Şurasının sədri

Corc
Rubli

Sədr müavini

Andrea
Haqmann

Müşahidə Şurasının üzvü

Dariuş
Katsprşik

Müşahidə Şurasının üzvü

Fernanda
Molejon

Müşahidə Şurasının üzvü

Oleq İvaniyçuk

Müşahidə Şurasının sədri

[email protected]  |  151

Oleq İvaniyçuk –  nəzarətində 3 milyard ABŞ dollarından artıq məbləğdə səhmlər olan İsveçrənin responsAbility investisiya şirkətində restrukturizasiya sahəsi üzrə məsul şəxsdir. Onun öhdəliklərinə, inkişaf etməkdə olan ölkələrdəki maliyyə təşkilatları üçün restrukturizasiya strategiyalarının işlənib hazırlanması və tətbiqi, eləcə də biznesin inkişafının və transformasiyasının təmin olunması daxildir. İşinin bir hissəsi kimi o, müxtəlif qitələrdə birbaşa xarici investisiyaların cəlb edilməsini nəzərdə tutan mürəkkəb restrukturizasiya layihələrində rəhbər komitələrin sədri və həmsədri olub.

O, peşəkar karyerasını inkişafın maliyyələşdirilməsi, maliyyə təşkilatlarında investisiyaların cəlbi və idarəedilməsi, kredit risklərinin idarəolunması və restrukturizasiyası sahələrinə, o cümlədən banklarda mikromaliyyələşdirmə, kiçik və orta sahibkarlıq seqmentlərinin inkişafı ilə bağlı konsultasiyalara həsr edib. 

Cənab İvaniyçuk peşəkar fəaliyyətinə 2001-ci ildə Almaniyanın IPC GmbH şirkətində başlayıb. Sonra Frankfurt School of Finance and Management şirkətində fəaliyyətə başlayıb, daha sonra isə Finance in Motion GmbH da çalışıb. 2014-cü ildən etibarən responsAbility Investments AG şirkətinə qoşulub.

O, Ternopol (Ukrayna) Milli İqtisadiyyat Universitetini bitirib. Bundan başqa, o, Frankfurtun Höte universitetində biznes administrasiya sahəsində magistr dərəcəsinə yiyələnib. 

E-mail: [email protected]
Tel: 151

Corc Rubli

Sədr müavini

[email protected]  |  151

Corc Rubli 2019-cu ilin aprel ayında AccessBank-ın Müşahidə Şurasının üzvü təyin olunub. Cənab Rubli Asiya İnkişaf Bankını təmsil edir və orada 2010-cu ildən çalışır. O, beynəlxalq bankçılıq üzrə 30 illik təcrübəyə malikdir və 1995-ci ildən etibarən özəl şirkətlərin idarə heyətlərinin tərkibində çalışıb. Asiya İnkişaf Bankından əvvəl o, LCF Rothschilds, WestLB və UBS təşkilatlarında, əsasən, layihə maliyyələşdirməsi və öhdəliklər üzrə konsultasiya ilə məşğul olub. Cənab Rubli Vaşinqton şəhərindəki Corctaun Universitetinin Diplomatik Xidmət Məktəbini bitirib.

İngilis, alman və ispan dillərini bilir.

E-mail: [email protected]
Tel: 151

Andrea Haqmann

Müşahidə Şurasının üzvü

[email protected]  |  151

Xanım Hagmann 2020-ci ilin yanvar ayında AccessBank-ın Müşahidə Şurasına qoşulub. Maliyyə xidmətləri sahəsində 25 ildən artıq təcrübəsi olan xanım Hagmann hazırda Cənub-Şərqi Avropa üçün Avropa Fondu (EFSE), SANAD Fondu idarə heyətlərində çalışır və Afrika üçün Təmiz Enerji və Enerji Daxilolmaları Fondunun (CEI Africa) Müşahidə Şurasının üzvüdür. Daha əvvəl isə Avstriya İnkişaf Bankının İdarə Heyətində və Oesterreichische Kontrollbank AG-də yüksək vəzifələrdə çalışıb..
Xanım Haqmann Vyana İqtisadiyyat və İşgüzar İnzibatçılıq Universitetinin kommersiya elmləri üzrə magistr dəcərəsinə malikdir.

E-mail: [email protected] Tel: 151

Dariuş Katsprşik

Müşahidə Şurasının üzvü

[email protected]  |  151

Dariuş Kasprşik 2019-cu ilin aprel ayında AccessBank-ın Müşahidə Şurasının üzvü təyin olunub.

O, Avropa İnvestisiya Bankını təmsil edir. Cənab Kasprşik bir sıra Polşa banklarında rəhbər vəzifələri tutub. Hazırda sistem əhəmiyyətli banklardan birində Polşanın Maliyyə Nəzarəti Orqanının səlahiyyətli nümayəndəsidir.

Dariuş Kasprşik Varşava İqtisadiyyat Məktəbinin (SGH) Daxili ticarət və xidmət fakültəsini bitirib. Bundan başqa, o, Varşava Universitetinin Menecment fakültəsində və Beynəlxalq Menecment Məktəbində magistr dərəcələrinə yiyələnib və IESE-də Təkmilləşdirilmiş Menecment Proqramını bitirib.

Polyak, ingilis, alman, ispan və rus dillərini bilir.

E-mail: [email protected]
Tel: 151

Fernanda Molejon

Müşahidə Şurasının üzvü

[email protected]  |  151

Fernanda Molejon AccessBank-ın Müşahidə Şurasının yeni üzvü vəzifəsini 2024-cü il aprelin 15-dən icra etməyə başlayıb və bu vəzifədə Verner Klası əvəz edib.
Fernanda Molejon inkişaf etməkdə olan bazarların maliyyə sektorlarında 25 illik təcrübəyə malikdir, o cümlədən Beynəlxalq Maliyyə Korporasiyasında (International Finance Corporation - IFC) risk və portfelin idarə olunması sahəsində müxtəlif rəhbər vəzifələrdə çalışıb. IFC-də fəaliyyəti dövründə o, Latın Amerikası, Avropa, Yaxın Şərq, Şimali Afrika və Asiyanın maliyyə institutları ilə əməkdaşlıq edib. Ondan əvvəl Molejon CitiBank Argentinada çalışıb və müxtəlif sənaye sahələrini əhatə edən korporativ bankçılığı idarə edib.
Hazırda Fernanda Molejon Asiya İnfrastruktur İnvestisiya Bankının (Asian Infrastructure Investment Bank – AIIB) Kredit və İnvestisiya Riskləri üzrə rəhbərinin müşaviri vəzifəsini icra edir.
Fernanda Molejon Madriddə (İspaniya) Maliyyə Tədqiqatları Fondunda Beynəlxalq Maliyyə üzrə magistr dərəcəsi, Torkuato di Tella Universitetində (Argentina) Maliyyə üzrə aspirantura və Argentinanın Katolik Universitetində Biznesin İdarə Edilməsi və Mühasibat Uçotu üzrə iki bakalavr dərəcəsi alıb.
İngilis, İspan və Portuqal dillərini bilir.
E-mail: [email protected]
Tel: 151

İdarə Heyəti

Davit
Tsiklauri

İdarə Heyətinin Sədri

Orxan
İsmayılov

Sədr müavini və Baş Maliyyə İnzibatçısı

İlkin
Quliyev

İdarə Heyətinin üzvü, Korporativ, KOB və Pərakəndə Bankçılıq üzrə İcraçı Direktor

David
Alimbaraşvili

İdarə Heyətinin üzvü, Baş Risk İnzibatçısı

Renat
Hümbətov

İdarə Heyətinin üzvü, Mikro və Aqro müştərilərlə iş üzrə İcraçı Direktor

Davit Tsiklauri

İdarə Heyətinin Sədri

[email protected]  |  151

Davit Tsiklauri maliyyə sektorunda 15 ildən çox təcrübəyə malikdir. O, AccessBank-a təyin olunmazdan əvvəl HamkorBank və Kompanion Bank-da Qeyri-icraçı direktor vəzifəsində işləyib, həmçinin Gürcüstanın Pensiya Fondunun İnvestisiya Şurasının üzvü olub. 

Cənab Tsiklauri 2014-2019-cu illərdə Gürcüstanın ən böyük maliyyə institutlarında - Bank of Georgia-da Baş Maliyyə İnzibatçısı və TBC Bank-da İdarə Heyəti sədrinin müavini kimi rəhbər vəzifələrdə çalışıb. 

Bundan öncə isə cənab Tsiklauri Deutsche Bank-ın London ofisində Kapital bazarları və Xəzinə həlləri komandasında işləyib. 

David Tsiklauri London Biznes Məktəbindən MBA dərəcəsinə malikdir.

Gürcü, rus və ingilis dillərini bilir.

E-mail: [email protected]
Tel: 151

Orxan İsmayılov

Sədr müavini və Baş Maliyyə İnzibatçısı

[email protected]  |  151

Orxan İsmayılov “AccessBank”da fəaliyyətinə 2020-ci ilin yanvar ayında Risklərin İdarə Edilməsi departamentinin direktoru vəzifəsində başlayıb.


Cənab İsmayılov karyerasına Azərbaycan Respublikasının Mərkəzi Bankında başlayıb. Daha sonra fəaliyyətini Maliyyə Bazarlarına Nəzarət Palatasında davam etdirərək Prudensial siyasət və Metodologiya İdarəsinin rəisi vəzifəsində fəaliyyət göstərib.


Orxan İsmayılov Bakı Dövlət Universitetində İqtisadi kibernetika ixtisası üzrə bakalavr və maqistr dərəcələri alıb. Habelə, Praqada Nyu-York Universitetində MBA dərəcəsinə yiyələnib.


Azərbaycan, rus və ingilis dillərini bilir.

İlkin Quliyev

İdarə Heyətinin üzvü, Korporativ, KOB və Pərakəndə Bankçılıq üzrə İcraçı Direktor

[email protected]  |  151

 İlkin Quliyev bankçılıqda 12 ildən çox iş təcrübəsinə malikdir. O, AccessBank-dan öncə  3 müxtəlif bankda fəaliyyət göstərib. Filialda satış və xidmətdən əlavə, Beynəlxalq əlaqələr, Xəzinədarlıq, VİP Bankçılıq, AML, Risklərin idarə edilməsi şöbələrində, həmçinin Strateji planlaşdırma və layihələrin idarə edilməsi, Proseslərin optimallaşdırılması, Təşkilati inkişaf və İnsan resurslarının idarə edilməsi departamentlərində department rəhbəri vəzifələrində işləyib.

İlkin Quliyev Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın idarə olunması üzrə bakalavr, Böyük Britaniyanın Nyukasl Biznes Universitetində Bank və Maliyyə üzrə magistr dərəcələrinə yiyələnib, CİMA (Chartered Institute of Management Accountants) sertifikatlarına malikdir.

Azərbaycan, rus və ingilis dillərini bilir.


David Alimbaraşvili

İdarə Heyətinin üzvü, Baş Risk İnzibatçısı

[email protected]  |  151

David Alimbaraşvili bank və maliyyə sahəsində 20 ildən çox təcrübəyə malikdir. O, on 12 ildə rəhbər vəzifələrdə, o cümlədən banklarda və fin-texnologiya şirkətlərində icraçı menecer vəzifəsində işləyib. 2006-2022-ci illər ərzində cənab Alimbaraşvili regionun ən böyük maliyyə institutlarında – “BTA Bank” və “Halyk Bank”da rəhbər vəzifələrdə çalışıb. Bir neçə il ərzində “Equfin Holding”in Baş Əməliyyat Direktoru vəzifəsində işləyib. Davit Alimbaraşvilinin təcrübəsi coğrafi baxımından da müxtəlifdir. O, illərlə Qazaxıstan, Azərbaycan, Ukrayna, İspaniya kimi ölkələrdə çalışıb. D.Alimbaraşvili həmçinin Balkanlarda və Orta Asiyada bəzi qısamüddətli layihələr də həyata keçirib.
AccessBank-a qoşulmazdan əvvəl cənab Alimbaraşvili “Liberty Bank Georgia”da Baş risk inzibatçısının müavini və İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərib.
Cənab Alimbaraşvili İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində MBA dərəcəsini alıb.
Gürcü, rus və ingilis dillərini bilir.

Renat Hümbətov

İdarə Heyətinin üzvü, Mikro və Aqro müştərilərlə iş üzrə İcraçı Direktor

[email protected]  |  151

Renat Hümbətov 17 illik bankçılıq təcrübəsinə malikdir. O, AccessBank komandasına 2005-ci ildə Kredit mütəxəssisi qismində qoşulub. Cənab Hümbətov 2010-2017-ci illərdə Qazax filialına, 2017-2021-ci illərdə isə Gəncə filialına rəhbərlik edib. 2020-ci ildə filial rəhbərliyi ilə eyni zamada həm də Regional menecer olaraq da fəaliyyət göstərib. 2021-2022 illərdə Bankın Mikro və Aqro müştərilər üzrə departamentinin rəhbəri olub. 1 aprel 2022-ci il tarixindən Mikro və KOBM üzrə İcraçı Direktordur.

Renat Hümbətov Azərbaycan Texnologiya Universitetində İqtisadiyyat və İdarəetmə ixtisası üzrə bakalavr və magistr təhsili alıb.

Azərbaycan, rus, ingilis dillərini bilir.

İcraçı Direktor

Dmitro
Kazani

Baş İnformasiya inzibatçısı

Dmitro Kazani

Baş İnformasiya inzibatçısı

[email protected]  |  151

Dmitro Kazani informasiya texnologiyaları sahəsində 15 ildən artıq təcrübəyə malikdir.

2005-ci ildə Odessa Politexnik Universitetindən məzun olaraq Kompüter Elmləri üzrə Magistr dərəcəsi alıb. Cənab Kazani karyerasına Şərqi Avropanın informasiya texnologiyaları sahəsində aparıcı konsaltinq şirkətlərindən biri olan “Sitronics IT” şirkətində başlayıb. 2005-2016-cı illərdə Ukrayna və Rusiyanın ən böyük banklarında və telekommunikasiya operatorlarında korporativ informasiya sistemlərinin tətbiqi üzrə müxtəlif layihələrdə məsləhətçi, mühəndis, müştəri təcrübəsi rəhbəri (CRM) və biznes analitik kimi iştirak edib.
Dmitro Kazani “AccessBank”da fəaliyyətinə 2017-ci ildə İT mühəndisliyin optimallaşdırılması ilə başlayıb. 2020-ci ildən 2021-ci il mayınadək İnformasiya Texnologiyaları şöbəsinin müdiri olub.Ukrayn, ingilis və rus dillərini bilir.

Yenilənmə tarixi: 26.09.2024