Müşahidə Şurası


Oleq İvaniyçuk

Müşahidə Şurasının sədri

Oleq İvaniyçuk –  nəzarətində 3 milyard ABŞ dollarından artıq məbləğdə səhmlər olan İsveçrənin responsAbility investisiya şirkətində restrukturizasiya sahəsi üzrə məsul şəxsdir. Onun öhdəliklərinə, inkişaf etməkdə olan ölkələrdəki maliyyə təşkilatları üçün restrukturizasiya strategiyalarının işlənib hazırlanması və tətbiqi, eləcə də biznesin inkişafının və transformasiyasının təmin olunması daxildir. İşinin bir hissəsi kimi o, müxtəlif qitələrdə birbaşa xarici investisiyaların cəlb edilməsini nəzərdə tutan mürəkkəb restrukturizasiya layihələrində rəhbər komitələrin sədri və həmsədri olub.

O, peşəkar karyerasını inkişafın maliyyələşdirilməsi, maliyyə təşkilatlarında investisiyaların cəlbi və idarəedilməsi, kredit risklərinin idarəolunması və restrukturizasiyası sahələrinə, o cümlədən banklarda mikromaliyyələşdirmə, kiçik və orta sahibkarlıq seqmentlərinin inkişafı ilə bağlı konsultasiyalara həsr edib. 

Cənab İvaniyçuk peşəkar fəaliyyətinə 2001-ci ildə Almaniyanın IPC GmbH şirkətində başlayıb. Sonra Frankfurt School of Finance and Management şirkətində fəaliyyətə başlayıb, daha sonra isə Finance in Motion GmbH da çalışıb. 2014-cü ildən etibarən responsAbility Investments AG şirkətinə qoşulub.

O, Ternopol (Ukrayna) Milli İqtisadiyyat Universitetini bitirib. Bundan başqa, o, Frankfurtun Höte universitetində biznes administrasiya sahəsində magistr dərəcəsinə yiyələnib. 

E-mail: info@accessbank.az
Tel: 151

Dariuş Katsprşik

Müşahidə Şurasının üzvü

Dariuş Kasprşik 2019-cu ilin may ayında AccessBank-ın Müşahidə Şurasının üzvü təyin olunub.

O, Avropa İnvestisiya Bankını təmsil edir. Cənab Kasprşik bir sıra Polşa banklarında rəhbər vəzifələri tutub. Hazırda sistem əhəmiyyətli banklardan birində Polşanın Maliyyə Nəzarəti Orqanının səlahiyyətli nümayəndəsidir.

Dariuş Kasprşik Varşava İqtisadiyyat Məktəbinin (SGH) Daxili ticarət və xidmət fakültəsini bitirib. Bundan başqa, o, Varşava Universitetinin Menecment fakültəsində və Beynəlxalq Menecment Məktəbində magistr dərəcələrinə yiyələnib və IESE-də Təkmilləşdirilmiş Menecment Proqramını bitirib.

Polyak, ingilis, alman, ispan və rus dillərini bilir.

E-mail: info@accessbank.az
Tel: 151

Andrea Haqmann

Müşahidə Şurasının üzvü

Andrea Haqmann 2019-cu ilin dekabr ayında Səhmdarların Ümumi Yığıncağının qərarı ilə AccessBank-ın Müşahidə Şurasının üzvü təyin olunub.
Xanım Haqmann maliyyə xidmətləri sahəsində 25 ildən artıq iş təcrübəsinə malikdir. Hal-hazırda o, Cənub-Şərqi Avropa üzrə Avropa Fondunun Direktorlar Şurasının və İnvestisiya Komitəsinin üzvü (2019-cu ildən), mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün SANAD Fondunun (Yaxın Şərq və Şimali Afrika)  Direktorlar Şurasının üzvü (2017-ci ildən) və Microfinance Enhancement Facility Direktorlar Şurasının üzvüdür (2009-cu ildən). Onun əvvəlki iş təcrübəsi və xeyriyyəçilik fəaliyyəti, həmçinin, Avstriya İnkişaf Bankının İcraiyyə Şurasının üzvü (2008-2017),  Raiffeisenbank, Wolkersdorf Müşahidə Şurasının üzvü (2019-cu ildən), Avstriyanın aparıcı Hilfswerk International qeyri-kommersiya təşkilatının Müşahidə Şurasının üzvü (2018-ci ildən) qismində, eləcə də Avstriyanın Oesterreichische Kontrollbank AG ixrac-kredit agentliyində müxtəlif rəhbər vəzifələrdə (1991-2007-ci illər) iş fəaliyyətini əhatə edir.  
Xanım Haqmann Vyana İqtisadiyyat və İşgüzar İnzibatçılıq Universitetinin kommersiya elmləri üzrə magistr dəcərəsinə malikdir.

E-mail: info@accessbank.az
Tel: 151

Verner Klas

Müşahidə Şurasının üzvü

Verner Klaes 2019-cu ilin may ayında AccessBank-ın Müşahidə Şurasının üzvü təyin edilib və Beynəlxalq Maliyyə Korporasiyasını təmsil edir. O, eləcə də BVBA Global Financial Consulting şirkətinin icraçı direktorudur. Cənab Klaes risklərin idarəolunması, maliyyə və strategiya sahələrində məsləhətçi kimi fəaliyyət göstərir. Hazırda MDB məkanının üç universal bankının Müşahidə Şurası və Audit Komitələrində təmsil olunur.

Verner Klaes Belçikanın Eshal, Vleho və İverto ali təhsil ocaqlarını bitirib.

Alman, fransız, ingilis, rus, ispan, portuqal və italyan dillərini bilir, polyak, bolqar, rumın, türk və yunan dillərinə dair geniş biliklərə malikdir.

E-mail: info@accessbank.az
Tel: 151

Corc Rubli

Müşahidə Şurasının üzvü

Corc Rubli 2019-cu ilin may ayında AccessBank-ın Müşahidə Şurasının üzvü təyin olunub. Cənab Rubli Asiya İnkişaf Bankını təmsil edir və orada 2010-cu ildən çalışır. O, beynəlxalq bankçılıq üzrə 30 illik təcrübəyə malikdir və 1995-ci ildən etibarən özəl şirkətlərin idarə heyətlərinin tərkibində çalışıb. Asiya İnkişaf Bankından əvvəl o, LCF Rothschilds, WestLB və UBS təşkilatlarında, əsasən, layihə maliyyələşdirməsi və öhdəliklər üzrə konsultasiya ilə məşğul olub. Cənab Rubli Vaşinqton şəhərindəki Corctaun Universitetinin Diplomatik Xidmət Məktəbini bitirib.

İngilis, alman və ispan dillərini bilir.

E-mail: info@accessbank.az
Tel: 151

Valyuta Məzənnələrİ

22.09.2021 ALIŞ SATIŞ
USD 1.6900 1.7010
EUR 1.9523 2.0120
Nağdsız ödəniş

Nağdsız ödəniş

22.09.2021 ALIŞ SATIŞ
USD 1.6990 1.7025
EUR 1.9722 2.0080
GBP 2.2737 2.3433
RUB 0.0227 0.0235

Kalkulyator*

AZN

* - hesablama nağd alış kursu üzrə aparılır

AZN