myCard Standard

#Rahat #Qazandıran #Standard

Kart haqqında

Dəyərli müştəri, AccessBank-ın myCard dünyasına xoş gəldiniz!

Sahibi olduğunuz myCard Standard kartı ilə beynəlxalq təcrübəni bizimlə kəşf edin! İndividuallığınızı sübut edən kartla gündəlik alış-veriş, onlayn ödənişləriniz və nağdlaşdırma zamanı qazanan tərəf siz olun! Belə ki, kart hesabındakı qalığa əlavə gəlir əldə etməklə yanaşı, AccessQazanc xidməti ilə nağdsız alış-veriş zamanı əlavə bonuslar da qazanın. Üstəlik myAccess mobil tətbiqi ilə kart to kart (card to card) əməliyyatdan yararlanın. Kart istehsalçısı seçimində də sərbərstsiniz! myCard – ı istər Visa kart istərsə də Master kart olaraq əldə edin. Odur ki, myCard – ın Visa kart və ya Master kart növündən elə indi sifarişi edin, kartı *ünvanınıza ödənişsiz çatdıraq!

Kartın üstünlükləri

Kartınızın PİN kodunu istəyinizə uyğun və yadda qalan şifrə ilə əvəz etmək - ödənişsiz
Tərəfdaş şəbəkələrində aparılan alış-verişə görə 30%-dək Cashback
Uçuş reysinin və baqajın gecikməsi hallarından sığortalanma
İstənilən sorğularınız üçün sizə 24/7 yardım göstərən assistant xidməti
Hava limanlarının Lounge zallarından istifadə imkanı
myAccess mobil tətbiqi vasitəsi ilə 24/7 kart üzrə nağdlaşdırma limitlərinin rahatlıqla idarə olunması

Kəşbək

Kəşbək kateqoriyaları
Ətraflı

Təfərrüatlar

  • Cashback üzrə kateqoriya ayda 1 dəfə seçilir və növbəti ayda dəyişdirilə bilər.
  • Keşbeklərin hesablanması yalnız AZN valyutalı kartlara şamil edilir.
  • Seçilən kateqoriyada müştəri digər nağdsız alış-veriş əməliyyatlar üzrə də cashback alır ( 0,5% ).
  • Əməliyyatlar üzrə CashBack yalnız əməliyyat üzrə plan müştəri tərəfindən icra edildikdə növbəti ayın 5-i ödənilir.
  • Seçilən kateqoriya üzrə planın icrası və qazanılan cashback myAccess mobil tətbiqində izlənilə bilər
  • Cashback yalnız myCard (Standard, Premium, Lux) və kredit kartlarına şamil olunacaq
  • Cashback üzrə maksimal aylıq məbləğ: myCard Standart / myCard Premium– 50 AZN myCard Lux - 100 AZN
Kategoriya Təsvir Keşbək digər əməliyyatlar üçün Şərtlər
Gündəlik xərclər Marketlər, Apteklər, Ərzaqlar, Zoomağazaları 3% 0,5% Kateqoriyalardan kənar minimum əməliyyat həcmi 300 Minimum ümumi əməliyyat həcmi 500
Avtomobiliniz üçün YDM, Ehtiyat hissələri, Avtoservis 3% 300 500
Əyləncə Kafe, Restoran, Bar, Kinoteatr 5% 500 800
Gözəllik və Sağlamlıq Kosmetika mağazaları, Gözəllik salonları, Xəstəxanalar 5% 500 800
Dəb və stil Geyim və aksessuar mağazaları 7% 700 1000
Səyahət Aviaşirkətlər, Dəmiryolları, Avtomobil kirayəsi, Otellər 7% 700 1000
Eviniz üçün Mebel, Camaşırxana, Kimyəvi təmizləmə, Məişət ləvazimatları 7% 700 1000
Bütün əməliyyatlar 1,0%

Premial kartınızı pulsuz əldə edin!

500 AZN - dən başlayan mədaxil ilə


Kart tarifləri
Xidmətlər
Cashback 30%-dək
PİN dəyişdirmə ödənişsiz
Ölkədaxili ATM nağdlaşdırma 0%*
Konvertasiya 1,5%
Qiyməti 15 AZN / min. 500 AZN mədaxil edildikdə PULSUZ
myAccess ödənişsiz
AccessQazanc xidməti ödənişsiz
Hava Limanında VIP zonadan istifadə İl ərzində 2 dəfəyədək pulsuz, hər növbəti istifadə üçün 32 USD**
Konsyerj xidməti 10 AZN
Bütün tariflər

* Ölkədaxili istənilən ATM, digər bank kartlarına card to card, ölkə daxili digər bank hesablarına mədaxil əməliyyatı - 2000 AZN qədər komissiyasız.

** Visa Kartları üçün 2 dəfəyədək Lounge Key Zallarına ödənişsiz keçid.

SMS Banking

SMS Banking xidməti müştəriyə kart hesabının vəziyyəti və kart hesabındakı qalıq haqqında məlumatı müştərinin mobil telefonuna SMS vasitəsilə almaq imkanı yaradır. Hesab üzrə hər hansı bir dəyişiklik olduğu halda (kartla alış-veriş, nağd pul əldə etmək və s.) müştəri mobil telefonuna SMS xəbərdarlıq alır. SMS Banking xidmətini myAccess tətbiqi vasitəsilə asanlıqla aktivləşdirmək mümkündür.

Müddət Komissiya
1 ay 2 azn

3D Secure

3D Secure - internet vasitəsilə edilən əməliyyatlar zamanı dələduzluğunun qarşısını almaq üçün qabaqcıl texnologiyadır. Bank kartın və kart sahibinin etibarlılığını online rejimdə yoxlayır və buna görə yüksək səviyyədə təhlükəsizliyi təmin edir.

Əməliyyatların təhlükəsizliyi kart sahibi tərəfindən əməliyyat zamanı birdəfəlik şifrənin daxil edilməsi ilə təmin olunur. Birdəfəlik şifrə bank tərəfindən avtomatik olaraq SMS şəklində müştərinin mobil telefonuna göndərilir. Kart sahibi şifrəni əməliyyat edən zaman əldə edir və həmin şifrə yalnız bir dəfə istifadə edilir.

Hətta kartın bütün rekvizitlərini bilərək 3D-Secure texnologiysını dəstəkləyən saytda dələduzlar online-rejimində bu xidmətə qoşulmuş kart vasitəsi ilə ödənişi keçirə bilməzlər, çünki SMS yalnız kart sahibinin mobil nömrəsinə yönləndiriləcək.

Xidmət təmənnasız təklif olunur.

Cash by Code

«Cash by code» - tez, rahat və təhlükəsiz şəkildə günün istənilən vaxtında kart sahibi tərəfindən kartdan pul vəsaitlərinin bankomat vasitəsi ilə köçürülməsi və bank kartı olmayan şəxs tərəfindən həmin vəsaitlərin əldə edilməsidir. Bu xidmətin istifadəsi üçün vəsaiti göndərən tərəf plastik kartı bankomata daxil edib bankomatın menyunsunda «Cash by Code» xidmətini seçməlidir, sonra göndərən tərəf köçürmənin məbləğini və göndərmək istədiyi şəxsin mobil nömrəsini daxil etməlidir.

Sistem 10 rəqəmli iki hissəli kod hazırlayır. Kodun birinci hissəsi (birinci beş rəqəm) köçürməni alanın mobil telefonuna SMS-məlumat kimi göndərilir, ikinci hissəsi isə (sonuncu beş rəqəm) qəbz formasında çap edilir və göndərən tərəfdə qalır. Göndərən tərəf qəbzdə göstərilən kodu köçürməni alan tərəfə məlumat verməlidir. Nağd pulu almaq üçün köçürməni alan tərəf bankomata yaxınlaşıb kodun hər iki hissəsini ardıcıllıqla daxil etməlidir (kodun 1-ci hissəsini SMS vasitəsi ilə əldə edir, 2-ci hissəsini isə göndərən tərəf məlumat verir).

Əməliyyat Qiymət
AccessBank-ın bankomatlarında köçürmənin məbləği
5 AZN-dan 200 AZN-dək (gün ərzində əməliyyatların sayına məhdudiyyət qoyulmur).
Vəsaitin köçürülməsi üçün komissiya haqqı (göndərən tərəfdən)
min 1 AZN-max 1%
Vəsaitin nağdlaşdırılması üçün komissiya haqqı 0%

Card to Card

Card-to-Card xidməti vasitəsi ilə siz həm AccessBank daxilində, həm də MilliKart şəbəkəsinin üzvü olan bütün bankların kartlarına tez və rahat şəkildə pul köçürə bilərsiniz. Göndərdiyiniz pullar 30 dəqiqə ərzində ünvana çatacaq.

Card-to-Card xidməti vasitəsi ilə göndərilən vəsaitlərin həcminə məhdudiyyət qoyulmur.

Card-to-Card əməliyyatı aşağıdakı qaydada həyata keçirilir:
  • Kartı bankomata daxil edin, PIN kodu yazın
  • Bankomatın monitorunda Card-to-Card funksiyasını seçərək, pulu qəbul edən şəxsin kart nömrəsini daxil edin
  • Pulu qəbul edən şəxsin kartının etibarlılıq müddətini göstərin və göndərilən məbləği daxil edin
  • Əməliyyat yerinə yetirilir və sizə qəbz təqdim olunur
Card-to-Card xidmətinin əsas üstünlükləri:
  • Pulköçürmə həftənin 7 günü, 24 saat ərzində mümkündür
  • Sürətli pulköçürmə xidmətlərindən daha sürətli və sərfəlidir
  • Pul 30 dəqiqə ərzində kart hesabına köçürülür
  • Köçürülən məbləğə məhdudiyyət qoyulmur
  • Pulu köçürərkən banka gəlməyə ehtiyac yoxdur
Xidmətin tarifi
Göndərən Kartın növü Alan Kartın növü
Maaş kartı Debet kartı Kredit kartı Millikart daxili
Maaş kartı X 0
Debet kartı X 0,5% (min. 1 AZN/USD/EUR)
Kredit kartı X 1% (min. 1 AZN/USD/EUR)

*Komissiya göndərən kartdan tutulur

PIN change

Bu xidmət plastik kartın PIN- kodunu dəyişməyə imkan yaradır.

PIN Change xidmətini günün istənilən vaxtı yalnız AccessBank-ın kartları üzrə və bankın bankomatlarında həyata keçirmək mümkündür.

PIN Change əməliyyatı aşağıda göstərilən qaydada həyata keçirilir:
  • Ədəniş kart sahibi kartı bankomata daxil edərək PIN-кodu yazır
  • Bankomatın monitorunda «PIN Change» funksiyasını seçir
  • Yeni PIN- kodu daxil edir
  • Sonra PIN-kodu təsdiq edir
  • Ardınca PIN-kodun dəyişdirilməsi əməliyyatı aparılır
Card-to-Card xidmətinin əsas üstünlükləri:
  • Pulköçürmə həftənin 7 günü, 24 saat ərzində mümkündür
  • Sürətli pulköçürmə xidmətlərindən daha sürətli və sərfəlidir
  • Pul 30 dəqiqə ərzində kart hesabına köçürülür
  • Köçürülən məbləğə məhdudiyyət qoyulmur
  • Pulu köçürərkən banka gəlməyə ehtiyac yoxdur

Xidmətin qiyməti - 1 AZN

Concierge Service

Lazımi məlumatların tapılması:
  • bütün qurumların ünvanları və telefon nömrələri: mağazalar, xəstəxanalar və s.
  • tədbirlər, festivallar, sərgilər, idman tədbirləri haqqında mesajlar
  • təyyarələrin, qatarların, avtobusların hərəkət cədvəli
Gündəlik tapşırıqların yerinə yetirilməsi
  • xatırlatma: ad günü, həkim qəbulu və s.
  • restoranlarda masaların rezervasiyası
  • yemək, çiçək, dərman sifarişi
  • Məhsul və xidmətlər axtarışı
  • "Zəngli saat" xidməti
Səyahətin təşkili
  • mənzillərin, avtomobillərin kirayəsi
  • itirilmiş baqajın qaytarılmasına yardım
  • səyahət marşrutunun qurulması və s.
VisaConcierge xidmətinə qoşulması:
  • Telegram-da VisaConcierge tapın
  • START düyməsini sıxın
  • SIGN UP düyməsini sıxın
  • SEND PHONE NUMBER düyməsini sıxın
  • SMS-lə gələn kodu daxil edin
  • Ölkəni təstiqləyin və dili seçin
  • Müraciət formasını seçin
  • İstifadə qaydaları ilə tanışlığın təstigləyin
MasterCard Concierge xidmətinə qoşulması:
  • Telegram-da Konsierge Lite tapın
  • START düyməsini sıxın
  • Dil seçirik və linkə daxil olun
  • Açılmış pəncərədə mobil nömrənizi daxil edin
  • Kart nömrəsinin ilk 6 rəqəmi və adınızı qeyd edin
  • SMS-lə gələn kodu daxil edin

Lounge Key

  • Bütün növ «myCard» məhsulları sahibləri dünya üzrə əksər hava limanlarının biznes zallarına giriş imkanı əldə edirlər. Bu gün «Lounge Key» zallarının siyahısına minə yaxın zal daxildir.
  • «Lounge Key» uçuşlararası fasilə üçün mükəmməl bir yerdir. Bu seçim uçuş təxirə salındıqda/ləğv edildikdə, və ya uçuş üçün uzun müddət gözlədikdə xüsusilə aktualdır. Hər ziyarət üçün hesabdan müəyyən bir məbləğ silinir. Kart sahibi zala özü ilə qonaq gətirirsə, hər birinin giriş haqqı ödənilir. Bir ziyarətin dəyəri orta hesabla təxminən 32 dollardır, bu rəqəm zalın administratoru tərəfindən müəyyən edilir.
  • «Lounge Key» salonlarına daxil olmaq üçün kartın zalın girişində təqdim edilməsi kifayət edir.
  • Zallar və ziyarət şərtləri haqqında məlumat üçün: www.loungekey.com

Travel Insurance

«myCard» kart sahiblərinə Beynəlxalq Səyahət Sığortası verilir.
Sığorta, səyahət «myCard» ilə ödənildiyi təqdirdə etibarlıdır.
Sığorta ödənişləri aşağıdakı hallarda ödənilir:

Visa myCard Standard/Premium/Junior/Business kartları üçün
  • Gecikmiş / ləğv olunmuş / buraxılmış uçuş
  • Gecikmiş / itirilmiş baqaj
  • Müştəri mühafizəsi
Visa myCard Lux kartları üçün
  • Səyahətin ləğvi və təxirə salınması
  • Nəqliyyatın qaçırılması
  • Tibbi xərclər
  • Şəxsi əmlak və vəsait
  • Səyahət qəzası

Sığorta hadisələrinin siyahısı, həmçinin viza almaq üçün səfirliyə təqdim edilən sığorta şəhadətnaməsini (yalnız myCard ​​kartları üçün) almaq üçün Bankın CC, konsiyerj xidməti ilə əlaqə qura və ya aşağıdakı linkə daxil ola bilərsiniz:

https://cardholderbenefitsonline.com/search-service
Region: Şərqi Avropa və Orta Asiya
Kart növü: Visa Platinum/Infinite
Access Code: Aspire2016

Sığorta hadisəsi baş verdikdə müştəri konsiyerj xidməti, beynəlxalq dəstək nömrələri və ya e-mail vasitəsilə sığorta şirkəti ilə əlaqə saxlamalıdır.

+380444993975, +74959376453, +442087628373
[email protected]

myAccess - həyatı asanlaşdırır

myAccess-lə istənilən növ bank əməliyyatlarınızı daha rahat idarə edin. Zaman və məkandan asılı olmayaraq daima yanınızda!

Səhifə üzrə məzmun sizə faydalı oldumu?

myCard – la bitməyən üstünlüklər fürsətini əldən verməyin!

AccessBank – ın ATM – lərində komissiyasız nağdlaşdırma, myAccess tətbiqi ilə kart to kart (card to card) əməliyyatından yararlanın. Kart to kart (card to card) əməliyyatdan yanaşı AccessBank – dan Visa kart və ya Master kart almaq isə olduqca sadədir. İstər Visa kart istərsə də Master kart növləri üçün kartı onlayn debet kart sifarisi edin, olduğunuz ünvana kartı ödənişsiz çatdıraq*. Əlavə kart faizleri ilə yanaşı, AccessQazanc üzrə kart partnyorlar şəbəkəsində 30% dək kəşbək (cashback) əldə edin.

*Xidmət, yalnız Abşeron ərazisi üçün keçərlidir.

Digər kart məhsulları

myCard Premium

Ətraflı

myCard Junior

Ətraflı

myCard Lux

Ətraflı