İstehlak krediti

İşləriniz yarıda qalıb? Kredit almaq üçün uyğun təklif axtarırsınız? Elə isə Sizə özəl kredit təkliflərimiz var!

Sizə uyğun olan krediti seçin

Nağd kredit

40 000 -dək
Təcili pul lazımdırsa, nağd pul kreditimiz köməyinizə gələcək!
  • 10% - dən başlayaraq
  • 48 aya qədər

Nağd kredit Sifariş et
Şərtlər
  • Kredit məbləği: min. 500 AZN - maks. 40.000 AZN
  • Kredit müddəti: min. 6 ay - maks. 48 ay
  • İllik faiz dərəcəsi: min. 10% - maks. 26%
  • FİFD (Faktiki illik faiz dərəcəsi): min. 15.02% - maks. 29.59%
  • Komissiya: 0-3%
  • Ödəniş: Annuitet sxemlə (bərabər hissələrlə)

Üstünlüklər
  • Çevik sənədləşmə prosesi
  • Sənədlərin minimal siyahısı
  • Kreditin filiala gəlmədən internet vasitəsilə ödənişi imkanı

Tələblər
  • Azərbaycan Respublikasının vətəndaşlığı
  • 21-65 arası yaş həddi
  • Son iş yerində minimum 6 ay əmək stajı
  • Şəxsiyyət vəsiqəsi və iş yerindən arayış *

* Müştəri haqqında məlumatın təhlili zamanı Bank əlavə sənəd tələb edə bilər və şərtlərdə dəyişikliklər oluna bilər. Arayışlarınızı həmçinin Elektron Hökümət Portalı (www.e-gov.az) vasitəsilə AccessBank-ın filiallarında çap edə bilərsiniz.


Nümunə planı

Nümunə: 1 000 AZN məbləğində kreditin 12 ay müddətinə ayda 1 dəfə ödəniş etmək şərti ilə ödəniş planı.

Müddət Aylıq ödəniş 
1 ay 88 AZN
2 ay 88 AZN
3 ay 88 AZN
4 ay 88 AZN
5 ay 88 AZN
6 ay 88 AZN
7 ay 88 AZN
8 ay 88 AZN
9 ay 88 AZN
10 ay 88 AZN
11 ay 88 AZN
12 ay 88,29 AZN
1000 AZN + 56,29 AZN = 1056,29 AZN

myCard Kredit kartı

10 000 -dək
Etdiyiniz hər ödənişə 50 günlük güzəşt müddəti əldə edin.
  • 36 aya qədər
  • 24% ilik
  • Güzəşt müddəti: 50 günədək
  • Komissiya 0%

myCard Kredit kartı Sifariş et
Şərtlər
  • Məbləğ: 10.000 AZN-ə qədər
  • Müddət: 36 ay
  • İllik faiz dərəcəsi: 24 - 26%
  • FİFD (Faktiki illik faiz dərəcəsi): min. 24% - maks. 26%
  • Güzəşt müddəti: 50 günədək
  • Komissiya: 0%
Üstünlüklər
  • Etdiyiniz bütün xərcləmələrə 50 günədək güzəşt müddəti əldə edirsiniz
  • AccessQazanc loqosu olan ticarət obyektlərində ödəniş etdikdə, məbləğin müəyyən hissəsini geri qazanırsınız
  • myAccess-lə kart hesabınızı rahat izləyin və onlayn ödənişlər edin
Tələblər
  • Yaş həddi: min. 25 yaş
  • Şəxsiyyət vəsiqəsi *
  • Rəsmi əmək haqqı

* Müştəri haqqında məlumatın təhlili zamanı Bank əlavə sənəd tələb edə bilər və şərtlərdə dəyişikliklər oluna bilər. Arayışlarınızı həmçinin Asan Finans elektron portalı vasitəsilə AccessBank-ın filiallarında çap edə bilərsiniz.


Komissiyalar (nağd pulun çıxarılması)
AccessBank-ın ATM şöbələrində min 2 AZN/USD/EUR maks 2%
Rezident bankların ATM şöbələrində min 2 AZN/USD/EUR maks 2%
Qeyri-rezident bankların ATM şöbələrində min 3 AZN/USD/EUR maks 3%
AccessBank-ın şöbələrində aparılan Nağd Əməliyyatları üzrə xidmət haqqı min 2 AZN/USD/EUR maks 2%
Rezident bankların şöbələrində aparılan Nağd Əməliyyatları üzrə xidmət haqqı min 2 AZN/USD/EUR maks 2%
Qeyri-rezident bankların şöbələrində aparılan Nağd Əməliyyatları üzrə xidmət haqqı min 3 AZN/USD/EUR maks 3%

Təminatlı kredit

70 000 -dək
Daşınmaz əmlak və depozit təminatı əsasında kredit əldə edin.
Daşınmaz əmlak əsasında:
  • 18% başlayaraq
  • 59 aya qədər
Təminatlı kredit Sifariş et
Şərtlər (Sərt girov əsasında)
  • Kredit məbləği: min. 10 000 AZN - maks. 70 000 AZN
  • Kredit müddəti: min. 12 ay - maks. 59 ay
  • İllik faiz dərəcəsi: 18%-dən başlayaraq
  • Komissiya: 1%
  • Təminat: təminat qismində müştərinin və ya birinci dərəcəli qohumunun adına olan daşınmaz əmlak
  • Ödəniş: annuitet sxemlə (bərabər hissələrlə)
  • FİFD (Faktiki illik faiz dərəcəsi): min. 19.9% 

Kredit məbləği və hesablanan bütün faizlər girov qismində qoyulan daşınmaz əmlakın bazar dəyərinin 65%-i keçməməlidir

Şərtlər (Depozit əsasında)
  • Minimal məbləğ - 300 AZN/USD
  • Kredit məbləği: Kreditin rəsmiləşdirilməsi ücün komissiya, kredit üzrə hesablanacaq faiz məbləğlərinin cəmi girov qismində çıxış edən Əmanətin məbləğinin 90%-ni keçməməlidir. 
  • Kreditin rəsmiləşdirilməsi üçün komissiya: kredit məbləğinin 1%-ni təşkil edir.
  • Kredit AZN valyutasında verildikdə: əmanətin illik faiz dərəcəsinə 6 % əlavə edilir.
  • Kredit ABŞ Dolları valyutasında verildikdə: əmanətin illik faiz dərəcəsinə 3% əlavə edilir
  • Minimal Kredit müddəti – 3 ay
  • Maksimal Kredit müddəti – 36 ay
  • Minimum yaş həddi-18
  • FIFD: min 3.1% - max 18.73%

Lombard krediti

50 000 -dək
Qızıl-zinət əşyaları təminatı ilə qızıl kimi kredit əldə edin!
  • aylıq 1.5%-dən başlayaraq
  • 36 aya qədər

Lombard krediti Sifariş et
Şərtlər
  • Kredit məbləği: maks. 50 000 AZN
  • Kredit müddəti: min. 1 ay - maks. 36 ay
  • İllik faiz dərəcəsi: 18%-dən başlayaraq
  • Komissiya: 1-3%
  • Təminat: qızıl-zinət əşyaları
  • Ödəniş: annuitet sxemlə (bərabər hissələrlə)
  • FİFD (Faktiki illik faiz dərəcəsi): min. 24,96% - maks. 39,9%
Tələblər
  • Azərbaycan Respublikasının vətəndaşlığı
  • 21-70 arası yaş həddi
  • Şəxsiyyət vəsiqəsi
Nümunə planı

Nümunə: 1 000 AZN məbləğində kreditin 12 ay müddətinə ayda 1 dəfə ödəniş etmək şərti ilə ödəniş planı.

Müddət Aylıq ödəniş
1 ay 96 AZN
2 ay 96 AZN
3 ay 96 AZN
4 ay 96 AZN
5 ay 96 AZN
6 ay 96 AZN
7 ay 96 AZN
8 ay 96 AZN
9 ay 96 AZN
10 ay 96 AZN
11 ay 96 AZN
12 ay 99.81 AZN
1000 AZN + 155.81 AZN = 1155.81 AZN

Kredit kalkulyatoru

Müddət
Məbləğ
İllik faiz dərəcəsi
Aylıq ödəniş

Kreditin illik faiz dərəcəsi iş yeriniz və stajınız, kredit tarixçəniz, bankın daxili prosedurları və digər göstəricilərə əsasən dəyişə bilər.

Niyə AccessBank?

Asan rəsmiləşdirmə

Çevik sənədləşmə prosesi və sənədlərin minimal siyahısı

Xüsusi təkliflər

Bazar tələblərinə uyğun güzəştli və çeşidli kredit təklifləri

Hədiyyə Kredit Kartı

50 günədək güzəşt müddəti ilə ödənişlərinizi rahatlıqla edin

Krediti elə indi, onlayn sifariş edin!

Kredit müraciətinə Bankın təyin etdiyi minimal əməkhaqqı və iş stajı tələbinə əsasən baxılır

© 2024 «AccessBank» QSC. Bütün hüquqlar qorunur. Bank 25 oktyabr 2002-ci il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 245 saylı lisenziya əsasında Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında fəaliyyət göstərir.

İşləriniz yarıda qalıb? Uyğun nağd kredit təklifi axtarırsınız? Elə isə online kredit sifarisi edin!

Online kredit müraciəti ilə isə, işinizi daha da asanlaşdırın. Kredit kalkulyator ilə aylıq ödənişinizi, həmçinin illik faiz dərəcəsini rahatlıqla hesablayayın. Kredit almaq hələ bu qədər asan olmamışdır. Asan kredit sertleri tam ürəyinizcə olacaq! Kredit sifarişi elə indi edin və əməkdaşlarımız sizinlə ən qısa zamanda əlaqə saxlayacaq. Müştərilərinin rahatlığını düşünən AccessBank banklar arasında en serfeli kredit faizleri təklif edən banklardan biridir.

Nağd Pul Krediti İstəyirsiniz?

Nağd pula ehtiyac yaranarsa, nə etməli? Təbii ki, etibar etdiyiniz bankdan sərfəli şərtlərlə kredit götürə bilərsiniz. AccessBank-dan cibinizə uyğun şərtlərlə nağd krediti almaq çox əlverişlidir! Bankımız sizə hər növ istehlak krediti almağa köməklik göstərəcək. Bugünədək minlərlə müştəri öz tecili kredit pul ehtiyaclarını etibarlı tərəfdaş AccessBank vasitəsilə qarşılayıblar. Bankın təkrar müştərilərinin üstünlük təşkil etməsi təsadüfi deyil. Bu rahatlığı bir dəfə görənlər növbəti dəfələrdə də kredit almaq və ya digər bank xidmətlərindən yararlanmaq üçün təkrar müraciət edirlər. Burada bütün bank xidmətlərinin şərtləri olduqca əlçatandır. Buna görə də AccessBank kredit xidməti və digər istənilən xidmətlər üzrə müştərilərin etibarını qazanmışdır.

AccessBank-dan Kredit Götürmək Niyə Sərfəlidir?

Götürülən kreditin aylıq ödənişini hesablamaq rahatdır. Rəsmi veb-saytında yerləşdirilmiş onlayn kredit kalkulyatoru vasitəsilə kredit məbləği və müddətinə əsasən aylıq ödənişinizi hesablaya biləcəksiniz. Bu metod vaxtınıza qənaət edir və nəticədə filialdakı növbələrdə itirəcəyiniz vaxt özünüzə qalır. Kredit pul rəsmiləşdirilməsi prosesi sürətli, tələb olunan sənədlərin sayı isə azdır. Əgər rəsmi gəlir yeriniz varsa, təqaüd alırsınızsa və sizə tecili pul lazdır sa AccessBank müraciət üçün ən uyğun bankdır.
Banka gəlməyə, növbə gözləməyə vaxtınız yoxdur? Filiala gəlmədən belə bank krediti almaq olar! Dövr online sifariş dövrüdür. Banka gəlmədən, heç yerə zəng etmədən sadəcə bir neçə kliklə AccessBank veb-saytından və ya mobil tətbiqindən online kredit götürə bilərsiniz. Kredit kalkulyatoru vasitəsilə aylar üzrə düşən ödənişinizi sifarişdən öncə hesablayıb tədbirli davrana bilərsiniz.

Kredit Məhsulları

Onlayn Kredit Sifarişi İmkanı

Banka gəlmədən tam online şəkildə kredit ala bilərsiniz. AccessBank-ın tam onlayn kredit sifarisi prosesi sözün əsl mənasında tamamilə onlayn baş verir: müraciətin ünvanlanmasından tutmuş, təhlili və kredit pul vəsaitinin alınmasınadək bütün proses. Siz AccessBank-ın mobil tətbiqi vasitəsilə müvafiq məbləği və digər vacib məlumatları qeyd edərək istehlak krediti sifarişi edə bilərsiniz. Bəzi avtomatikləşdirilmiş sualları cavablandırdıqdan və müvafiq sənədləri imzaladıqdan sonra sərfəli faizlər ilə kredit vəsaiti birbaşa kartınıza köçürüləcəkdir. Əgər hal-hazırda sizin aktiv bank kartınız yoxdursa, narahat olmayın. Çünki, biz sizin üçün içərisinə vəsait köçürülmüş bank kartını pulsuz şəkildə birbaşa ünvanıza çatdırırıq.

İstehlak Krediti

İşləriniz yarıda qalıb? Kredit almaq üçün uyğun təklif axtarırsınız? Elə isə Sizə özəl kredit pul təkliflərimiz var! Yarıda qalmış planlarınızı tamamlamaq üçün fərdi istehlak krediti əldə edə bilərsiniz. 48 ayadək müddətə ödəyə biləcəyiniz 40 000 AZN-dək pul kredit almaq imkanına sahibsiniz. Təcili pul lazımdırsa, nağd pul krediti köməyinizə gələcək!
Üstünlüklər:

  • Çevik sənədləşmə prosesi
  • Sənədlərin minimal siyahısı
  • Kreditin filiala gəlmədən internet vasitəsilə ödənişi imkanı

İndi kredit goturmek çox asandır. AccessBank-ın kredit kalkulyatoru ilə aylıq ödənişinizi, həmçinin illik faiz dərəcəsini rahatlıqla hesablaya bilərsiniz. Onlayn kredit sifarişi imkanı ilə isə işiniz daha da asan olacaq. Kreditinizi elə indi sifariş edin ki, əməkdaşlarımız sizinlə ən qısa zamanda əlaqə saxlasın.

Biznes Krediti

Reallaşdırmaq istədiyiniz biznes ideyanız var? Sərfəli şərtlərlə kredit götürsəniz, biznes planlarınızı düşündüyünüzdən daha tez həyata keçirə bilərsiniz. AccessBank-ın biznes sahibkarlarına təklif etdiyi sərfəli kredit faizləri ilə kredit pul götürün və biznesinizi inkişaf etdirin. Üstəlik biznes krediti sifariş etmək üçün artıq filiala gəlməyə də ehtiyac olmayacaq, çünki AccessBank-ın həm rəsmi veb-saytındakı, həm də mobil tətbiqindəki sürətli kredit goturmek imkanı vasitəsilə biznes krediti sifarişi artıq çox rahatdır. Çox vaxt sərf etmədən bankımızın biznes krediti vasitəsilə öz biznesinizə parlaq gələcək bəxş edin. Biznesinizin inkişafı, dövriyyənizin artırılması, aktivlərin alınması, nəqliyyat ehtiyacının ödənilməsi və digər məqsədlər üçün pul götürmək çətin deyil. Ünvanınızı tərk etmədən, evinizdən saytımız vasitəsilə sifariş göndərə bilərsiniz. Sifariş etmədən əvvəl hansı növ pul vəsaiti lazım olduğuna qərar verin. Sizin pul krediti götürmək imkanınız mütəxəssislər tərəfindən analiz ediləcəkdir. Bu zaman sizin ödəmə qabiliyyətinizə - aylıq əsasda nə qədər ödəniş etmə imkanınız olduğuna baxılacaq. Ardınca biznesinizin inkişaf perspektivinə baxılaraq sizə pul vəsaiti ayrılacaqdır.

Daşınmaz Əmlak Təminatlı Pul Krediti

Nə qədər nağd pula ehtiyacınız var? Bankımız müştərilərinə sərfəli kredit faizləri ilə daşınmaz əmlak təminatlı kreditini təqdim edir. Daşınmaz əmlak təminatlı kredit ilə yüksək məbləğli kredit almaq mümkündür. Bank, 70 000 AZN-ə qədər daşınmaz əmlak girovlu kreditləri sərfəli şərtlərlə təklif edir. Daşınmaz əmlak girovlu kreditin rəsmiləşməsi operativ şəkildə qısa zamanda həyata keçirilir. Böyük məqsədlərinizlə əlaqədar iri məbləğdə kredit pul vəsaitinə ehtiyacınız olduğu halda bu kredit məhsulu sizə böyük imkanlar yaradacaq.

Əmanət Təminatlı Kredit

Əgər bankda əmanətiniz varsa, siz bu pul krediti növünə müraciət edə bilərsiniz. Əmanət təminatlı kredit almaqla siz əmanət məbləğinin 90 faizi miqdarında pul krediti götürə bilərsiniz. Eyni bankda həm əmanətinizi etibarlı şəkildə saxlayaraq əlavə gəlir əldə edəcəksiniz, həm də sərfəli kredit faizləri ilə səyahət edə, alış-veriş edə, evinizə lazım olan məişət əşyalarını ala bilərsiniz. Əmanət təminatlı pul krediti ilə məqsədlərinizi gerçəkləşdirmək üçün rahatlıqla pul vəsaiti əldə edə bilərsiniz.

İpoteka Krediti

Aylıq hissə-hissə ödənişlə mənzil sahibi olmaq istəyirsinizsə, AccessBank-ın ipoteka krediti köməyinizə çatacaq. Bankımızın ipoteka kredit məhsulu müştərilərə əlçatan şərtlərlə mənzil və fərdi yaşayış evi almaq imkanı verir. Bankımızdan ipoteka krediti almaqla aşağıdakı üstünlükləri qazanırsınız:

  • Yüksək məbləğdə kredit pul vəsaitinin ayrılması (150000 AZN-ə dək)
  • Kredit müddətinin 300 aya qədər olması
  • Borcalan qismində bir neçə fiziki şəxsin çıxış edə bilməsi
  • İpoteka kredit ödənişlərinin onlayn qaydada həyata keçirilməsi rahatlığı

Səhifə üzrə məzmun sizə faydalı oldumu?