“Bizdən Biznesə” startap müsabiqəsi
Kreativ, yenilikçi, gəlirli bir ideyanız varsa, AccessBank-ın “Bizdən Biznesə” startap müsabiqəsinə elə indi qoşulun və qalib olaraq biznesinizə start verin!
Layihə haqqında
AccessBank yenilikçi ideyalara dəstək olmaq, yeni sahibkarlar üçün imkanları artırmaq, iqtisadi artımı stimullaşdırmaq, eləcə də, insanlara biznes ideyalarını reallaşdırmaq üçün platforma təqdim etmək məqsədilə “Bizdən Biznesə” startap müsabiqəsinə start verdi.
Bu müsabiqə iştirakçılarına öz biznes-planlarını təqdim etməklə yaradıcılıq və sahibkarlıq bacarıqlarını sərgiləmək və eyni zamanda həyata keçirmək imkanı yaradır.
Mükafatlar
I
Yer
25 000 ₼
Pul vəsaiti
II
Yer
20 000 ₼
Pul vəsaiti
III
Yer
15 000 ₼
Pul vəsaiti
Həmçinin
0% komissiya
1 İl boyunca AccessBank - la ölkədaxili bütün bank əməliyyatları üçün keçərlidir
Konsultasiya
Biznes ideyanı reallaşdırmaq üçün peşəkarlardan konsultasiya xidməti
İştirak şərtləri və seçilmə prosesi
İştirak şərtləri
Seçilmə prosesi
İştirak şərtləri
- Layihədə iştirak etmək istəyən şəxslər təyin olunmuş müddət ərzində biznes-planı bankın rəsmi internet saytı üzərindən təqdim etməlidirlər;
- Biznes-plan daxili qanunvericiliyə zidd olmamaldır;
- Biznes-plan yüksək ekoloji riskləri istisna etməlidir;
- Biznes layihəsi alkoqollu içkilərin, tütün məmulatlarının və xüsusi lisenziya tələb olunan məhsulların satışına və ya istehsalına yönəldilə bilməz;
- Layihənin dəyəri 15 000 AZN-dən çox olarsa, iştirakçı çatışmayan hissənin mənbəyini göstərməlidir;
- Layihə üzrə iştirakçılar 18 yaşdan yuxarı Azərbaycan vətəndaşı olmalıdır.
Seçilmə prosesi
I mərhələ: Uyğun 20 layihənin seçilməsi
İlkin mərhələdə Biznes-planların qiymətləndirilməsi və seçimi 5 nəfərdən ibarət xüsusi komissiya tərəfindən aparılacaq.Təqdim olunan layihələr aşağıda qeyd olunan meyarlar əsasında qiymətləndiriləcək:
- Yenilikçilik və kreativlik
- Reallaşdırma imkanları
- Davamlılıq və gəlirlilik
- Yaşıl dünya və qadınların cəmiyyətdə rolunun gücləndirilməsinə yönələn layihələrə üstünlük verilir
- İşğaldan azad edilmiş ərazilərdə reallaşdırılacaq layihələrə üstünlük verilir
II mərhələ: 20 layihənin təqdimatı və onların arasından 7 layihənin seçilməsi
- Birinci mərhələdən keçmiş iştirakçılar münsiflər heyətinin baxması üçün biznes-plan təqdim edirlər.
- İştirakçılar biznes-plan haqqında daha ətraflı məlumat verirlər.
- Təqdimat zamanı münsiflər heyətinin sualları cavablandırılmalıdır.
- Münsiflər heyəti 20 iştirakçı arasından ən uyğun olan 7-sini seçir və onlar növbəti mərhələyə keçirlər.
- Seçimlər öncədən müəyyən edilmiş xüsusi hesablama modelinə əsaslanaraq aparılacaq.
- Ən yüksək nəticə göstərmiş 7 iştirakçı final mərhələsinə keçid edəcək.
- Seçilmiş 7 iştirakçı mentorlarla təmin edilir.
III mərhələ: Final mərhələdə layihələrin təqdimatı
- Yarımfinal mərhələsində iştirakçılar mentorların dəstəyi ilə detallı biznes-plan hazırlayaraq təqdimatlar keçirir.
- Onların arasından ən uyğun 3 biznes-plan seçilir.
- Seçimlər öncədən müəyyən edilmiş xüsusi hesablama modelinə əsaslanaraq aparılacaq.
- Qaliblər 1-ci, 2-ci və 3-cü yer olaraq müəyyən ediləcəklər.
İştirak Mərhələləri:
Mərhələlər və tarixlər
Əlavə məlumat
Mərhələlər:
1
Layihənin elan olunması və sorğuların qəbulu
24 oktyabr - 24 noyabr
2
Xüsusi komitə tərəfindən 20 uyğun biznes layihənin seçimi
25 noyabr – 1 dekabr
3
Seçilmiş layihələrin təqdimatı üçün hazırlıq
2 dekabr - 8 dekabr
4
7 uyğun biznes layihənin təqdimatı
12 dekabr - 19 dekabr
5
Qaliblərin mükafatlandırılma mərasimi
25 dekabr
Əlavə məlumat
- Sorğuların son qəbul günü – 24 noyabr tarixi təyin olunmuşdur.
- Seçilmiş 20 iştirakçıya biznes-planlarının münsiflər heyətinə təqdim olunmasına hazırlıq mərhələsi üçün 7 təqvim günü veriləcək.
- Yekun təqdimatların hazırlanması üçün isə iştirakçılar mentorlarla təmin ediləcək və hazırlıq üçün 7 təqvim günü ayrılacaq.
Layihənin məqsədi
Sahibkarlıq mədəniyyətinin inkişafı
Yeni başlayan bizneslərə öz ideyalarını nümayiş etdirmək üçün platforma təqdim etməklə sahibkarlıq mədəniyyətinin inkişaf etdirilməsi
İnnovasiyaların stimullaşdırılması
Yenilikçi, kreativ ideyalara dəstək olaraq iqtisadi artımı stimullaşdırmaq
Perspektivli biznes konsepsiyaların inkişafı
Davamlı inkişaf və cəmiyyətə müsbət təsir pontensialı olan perspektivli biznes konsepsiyaların araşdırılması və inkişafı
Sahibkarlığa mentorluq və maliyyə dəstəyi
Azərbaycanda mikro, kiçik və orta sahibkarlığın inkişafına mentorluq və maliyyə dəstəyinin göstərilməsi
Sorğuların son qəbuluna qədər vaxt
Gün
Saat
Dəqiqə
Saniyə
Qeydiyyat
Dəstəyi ilə