Əməkhaqqı kartları

Bank tərəfindən təqdim olunan “Əmək Haqqı” layihələri, işçilərinin sayından asılı olmayaraq, hər bir müəssisəyə münasibdir.

Bu kartlar vasitəsi ilə şirkət və təşkilatlar əməkdaşları üçün məvacib və mükafatların ödənişini həyata keçirə bilərlər. Şirkət və təşkilatların əməkdaşları bu kartlar vasitəsilə heç bir komissiya ödəmədən günün istənilən vaxtı AccessBank-ın ATM / filiallarından pul vəsaitini nağd şəkildə çıxara bilər, kartla nağdsız ödənişlər və digər əməliyyatlar həyata keçirə bilər.

Əməkhaqqı layihəsinin şirkət / təşkilatlar üçün üstünlükləri

  • Pul vəsaitlərinin inkassasiyası, daşınması, saxlanması və sayılması ilə bağlı maliyyə xərclərinə və vaxt sərfinə qənaət edilir
  • Mühasibatlıq və xəzinədarlıq işi asanlaşır, şirkətdə nağd pul və sənəd dövriyyəsi azalır
  • Kassa limitləri və nağd pul vəsaiti ilə bağlı tənzimləyici işlər asanlaşır
  • Müasir iş təcrübəsi istifadə edilməklə təşkilatın müsbət imici yüksəlir

Kartların imkanları və üstünlükləri

  • Azərbaycanda və 200-dək ölkədə kartdan hər gün 24 saat ərzində istifadə
  • Kart ilə bu və digər valyutalarda nağdsız ödənişlərin edilməsi və nağd pulun digər ölkənin yerli valyutasında alınması
  • 50 milyondan çox ticarət və xidmət müəssisələrində mal və xidmətlərin qiymətinin heç bir komissiya tutulmadan nağdsız ödənişi
  • 2 milyondan çox bankomat və bank ofisləri vasitəsilə kartda olan vəsaitin nağd şəkildə çıxarılması
  • İnternet şəbəkəsində mal və xidmətlərin ödənişi
  • 200 mindən çox oteldə otaq sifarişi
  • Card-to-Card xidmətindən istifadə – bir kartdan digər karta vəsaitin bankomat vasitəsi ilə dərhal köçürülməsi
  • SMS-məlumatlandırma xidmətindən istifadə – kartla bütün əməliyyatlar haqqında SMS bildirişlərin dərhal mobil telefona alınması.
  • Çıxarışların alınması – kart hesabı üzrə məlumatları (çıxarışları) Bankda, bankomat və mobil telefon vasitəsi ilə alınması

“Əməkhaqqı kartları” layihəsi çərçivəsində əlavə imkan kimi qarşılıqlı razılıq əsasında şirkətin / təşkilatın əməkdaşlarına Bank tərəfindən kartla kredit xətti ayıra bilər.

“Əməkhaqqı kartları” layihəsi çərçivəsində tariflər qarşılıqlı razılıq əsasında müəyyən olunur.

Valyuta Məzənnələrİ

25.09.2018 ALIŞ SATIŞ
USD 1.6990 1.7030
EUR 1.9561 2.0160
Nağdsız ödəniş

Nağdsız ödəniş

25.09.2018 ALIŞ SATIŞ
USD 1.6990 1.7170
EUR 1.9859 2.0160
GBP 2.1838 2.2498
RUB 0.0253 0.0261

Kalkulyator*

AZN

* - hesablama nağd alış kursu üzrə aparılır

Hesablamaq
AZN