“Accessbank” QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir
14 iyun 2024
Hərrac zamanı 2 investor tərəfindən 1,000 ABŞ dolları qiymətindən 2 sifariş təqdim edilmişdir. İstiqrazların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 1,000 ABŞ dollar müəyyən edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 6.00%, faiz ödəniş dövrü isə hər 3 (üç) təqvim ayından bir təşkil edir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 2,500,000.00 ABŞ dolları təşkil etmişdir. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 2,500,000.00 ABŞ dolları təşkil etmişdir.
İstiqrazların ödəmə tarixi 14.12.2025-cü ildir.
Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.