AccessBank 2024-cü ilin 3-cü rübünün nəticələrinə görə 41.5 mln manat mənfəət əldə edib
14 oktyabr 2024
Ətraflı məlumat əldə etmək üçün linkə keçid edin: https://bit.ly/3U3c6dq
Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə:
• Faiz gəlirləri 16.5% artaraq, 165.4 milyon manata çatıb.
• Xalis faiz gəlirləri isə 19.1% artaraq 102.2 milyon manata qədər yüksəlib.
• Qeyri-faiz gəlirləri 13.7 milyon manat təşkil edir.
• Xalis əməliyyat mənfəəti isə 1.3 dəfə artaraq, 51.8 milyon manata çatıb.
Nəticədə, Bankın məcmu kapitalı 171.3 milyon manata yüksəlib ki, bu da Azərbaycan respublikası Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş minimum tələbdən 3.4 dəfə çoxdur.
Bütövlükdə, bank maliyyə əlçatanlığının təmin edilməsi strategiyasını davam etdirmiş və ötən ilin analoji dövrü ilə müqayisədə cəmi kredit portfelini 13.0% (129.3 milyon) artıraraq 1,121.6 milyon manata yüksəltmişdir.
Portfelin artımı biznes sektoruna, xüsusən də, mikro seqmentə verilmiş kreditlər hesabına formalaşıb. Biznes sektoruna verilmiş kredit portfelinin artımı ötən ilin analoji dövrü ilə müqayisədə 16.2% (121.6 milyon) artaraq 874.3 mln manat təşkil edib.
Bankın aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.1% artaraq, hesabat dövrünün sonunda 1.5 milyard manata çatır.
Bankın depozit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.3% artaraq 1049.2 milyon manat təşkil edir.